Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

04 Mart

2014
7445
Namus, qeyrət, bir də havayı maşın

Adətən bu iki sözü birlikdə işlədirlər. Yəni birini tənqid edəndə bildirirlər ki, “adamın namusu, qeyrəti olar”. Gəlin görək nədir bu namus və qeyrət anlayışı.

 

Xalq arasında qeyrət adətən, insanın öz namusu, şəxsiyyəti, vətəni, dini və mal-dövlətinin qorumasına deyilir. Qeyrətli insanın bütün bu qeyd olunmuş mövzuların müdafiəsində sifəti şiddətlə “dəyişdiyinə” görə, ona qeyrətli ləqəbi və adı verilir. Bütün bu mənaların müqabilində hər kəs, öz namusu, şəxsiyyəti, vətəni, dini və mal-dövlətinə qarşı təcavüz olarsa, müdafiə etməsə və yerindən tərpənməsə, ona el arasında qeyrətsiz ləqəbi verilir. 

 

Qeyrət sifəti və xasiyyəti insanın elə mühüm və həyati sifətlərindəndir ki, hər bir insanın düşməni onu məğlub etməkdən ötrü ilk növbədə ona əl atır. Müasir dövrümüzdə Qərbin müsəlman ölkələrinə qarşı apardığı informasiya və mədəni müharibə və həmləsinin ən aşkar taktikası “qeyrətsizik” şüarı və qeyrətin müsəlman cəmiyyətində tənəzzülə uğratmasıdır. Onlar çox yaxşı bilirlər ki, müsəlman xalqın qeyrəti ilk növbədə onun mənəviyyatına bağlıdır. Ona görə də bu sahədə hər hansı ölkədə mənəviyyatla mübarizə aparmaq üçün qeyrətə zərbə vuran addımlardan istifadə olunur. Tarixdə də bu hücumların şahidi olmuşuq. Müasir İspaniya ölkəsi vaxtı ilə müsəlman ölkəsi olub və 300-ə qədər məscidi olub. Amma hazırda Qəbrin fahişəlik və fitnə-fəsad proqramları vasitəsi ilə bu ölkədə apardığı uzun illərin təbliğatından sonra ölkədə mənəviyyat adında bir şey qalmayıb. 

 

Qeyrətin ən mühüm qismlərindən biri də namus və vətən qeyrətidir. Hər kəsin bu qeyrətdə zəiflik etsə, istər-istəməz çox ağır nəticələrlə üzləşməli olacaq. Bəzi cəmiyyətlərdə qərb psixologiyası o qədər təbliğ olunub ki, müsəlmanlar qeyrətsizliyə adət kimi baxırlar. Bu isə qeyrətsizliyin ən mühüm acı nəticələrindən biridir. Əgər cəmiyyətdə qadınların namusunu və ya vətənini qoruyanlara qarşı mübarizə gedirsə, deməli düşmən o cəmiyyətin nə güclü silahını əlindən almaq qəsdi var və istər-istəməz bu kampaniyada iştirak edənlər xalqın düşmənlərinin sırasında qərar tuturlar. 

 

Yəqin ki, bura qədər aydındır qeyrət və namus anlayışı. Əgər aydındırsa, onda gəlin görək Azərbaycanda bu anlayışların ayaq altına atılmasına kimlər və necə nail olmaq istəyirlər. 

 

Yadınızdadırsa, ATV telekanalında “Qəfəs” adlı bir şou-proqram yayımlanırdı. Hər kəs yazdı ki, bu proqram Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə ziddir, əxlaqsızlığı təbliğ edir. Proqram rəhbərliyi daş atıb başının tutdu ki, bizim nüfuzumuza xələl gətirmək istəyirlər. Daha sonra proqramın çəkildi evdə baş verənlər yavaş-yavaş bayıra sızmağa başladı və yazılanların həqiqiliyi ortaya çıxdı. Və sonda o baş verdi ki, proqramın yayımlandığı vaxt reklam fasiləsi oldu, reklamdan sonra isə artıq “Qəfəs” verilişi yox idi. Bir gizli əl verilişin dayandırılması barədə düyməni basmışdı.

 

İndi yenə bir proqram yayımlanır: “Məni yarımdan soruş”. Və yenə ATV kanalında. Verilişin ilk buraxılışında aparıcı Zaur Baxşəliyev bütün xalqa və proqramda iştirak edən 4 kos-koca azəri övladına necə göbək rəqsi oynamağı öyrətdi. İştirakçılara göbək rəqai oynamağı bir qədər də həyat yoldaşları göstərdi belə oyna deyə. Şou-proqramın sonun buraxılışında isə daha bir biabırçılığa imza atıldı – aprıcı Zaur Baxşəliyev güləş fəndi ilə desək, parter vəziyyəti aldı və həyat yoldaşı olan proqram köməkçisi Günayı belinə mindirib gəzdirdi. İştirakçılara isə təklif olunan biabırçı vəziyyət bu deyildi. Kişilər “jim” vəziyyəti alıb həyat yoldaşlarını da bellərinə uzandırdılar. Bəli, məhz uzandırdılar. Guya kim bu vəziyyətdə, yəni arvadı belində uzanıqlı formada daha çox dayansa, o, uduşda olan maşına sahib ola biləcək. Qardaş, niyə bu qədər əzab-əziyyət çəkib özünü 9 milyonluq Azərbaycan xalqına güldürürsən? Bəs harda qaldı bizim əxlaqımız? Heç kişinin də arvadı xalqın gözünün qarşısında ərinin belinə uzanarmı?

 

Bax, bunu bizim üçün adiləşdiriblər. Ekrana çıxan o vəziyyətə düşüb ki, aparıcı desə ki, “arvad “jim” vəziyyəti alsın kişi də onun üstünə uzansın, ev verəcəyik”, onu da edərlər.

 

Qeyrətinizə toxundusa, üzrlü bilin, amma bu cür oyunlar kişiyə yaraşan deyil, gedin dilənən, qazanın, amma maşın üçün yerə yzanmayın.

 

"Qəfəs" verilişinin dayanması üçün düyməni basan şəxsin bu verilişdəki əxlaqsız hərəkətlər üçün də düyməni basacağı arzusu ilə.

 

 

 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 08:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com