Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Vüqar Bayramov

13 Yanvar

2014
970
“Rəqabət Məcəlləsi`nin qəbulu sürətləndirilməlidir

Ölkə Prezidenti 2014-cü ilin sənaye ili adlandırılması ilə bağlı sərəncam imzaladı. Bu ilin sənaye ili adlandırılması iqtisadiyyatı sənayeləşdirilməsi baxımdan vacib idi. Rəsmi proqnozlara əsasən, bu il qeyri-neft sektorunun ÜDM-də payı 62.0, büdcə gəlirlərində isə 35.0 faizə çatdırılacaq. İqtisadiyyatın şaxələnməsi üçün isə təbii ki, xüsusən də qeyri-neft sektorunda sənayenin inkişafı qaçılmazdır. Bəs, sənaye ilində ölkəmizdə sənayenin inkişaf etdirilməsi üçün makro səviyyədə nələrin edilməsinə ehtiyac var?

1. Hökumət xüsusi iqtisadi zonaların yaradılması prosesini başa çatdırmalı və xüsusən də regionlara güzəştli şərtlər ilə xarici investisiyaların cəlb edilməsinə çalışmalıdır;

2. Xeyli müddət öncə qanunverici orqana təqdim edilən “Rəqabət Məcəlləsi"nin qəbulu sürətləndirilməsi və sənəd təsdiq edilməlidir. Sənaye sektoruna investisiyaların cəlb edilməsi üçün rəqabətin hüquqi müdafiəsi olduqca vacibdir;

3. Texnoparkların və eləcə də klasterlərin regionlarda formalaşdırılması prosesi başa çatdırılmalıdır;

4. “2015-2020-ci illər üzrə sənayenin inkişafı üzrə” dövlət proqramı ekspert icmasının iştirakı təmin olunmaqla makro-iqtisadi model nəticələr, müqayisəli təhlili və nəticələri ölçülən bilən bençmarklar nəzərə alınmaqla hazırlanmalıdır;

5. Neft sektorunda sənayenin inkişafına nail olunması üçün Azərbaycan hökuməti ilə ABƏŞ arasında bağlanmış əsrin müqaviləsinin başa çatma tarixinə yenidən baxılmalı və BP başda olmaqla digər xarici şirkətlərinin daha genişmiqyaslı sərmayələrinin cəlb edilməsi üçün 2024-cü ildə başa çatmalı olan müddət 2040-cı ilədək uzadılmalıdır;

6. İnvestisiya mühitinin yaxınlaşdırılması üçün dövlət qurumlarının xidmətlərinin elektronlaşdırılması prosesi başa çatdırılmalıdır;

7. İxrac olunan yerli sənaye məhsullarının istehsalına xüsusi vergi güzəştləri və ixrac kompensasiyaları təqdim edilməlidir;

8. Sənayedə differensial vergi sistemi tətbiq olunmaqla sadələşdirilmiş vergi dövriyyəsinə yenidən baxılmalıdır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 09:01



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com