Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

04 Fevral

2014
3367
AZƏRBAYCAN SÜRƏTLƏ QOCALIR

Bir neçə gün öncə qohumumuzla bağlı faciə baş verib. Həmin ailə Rusiyada yaşayır. Ata öz kiçik oğlunun bəzi sənədlərini qaydaya salmaq üçün Bakıya gəlir və bacısıgildə qalmağa başlayır. Faciədən bir gün əvvəl gecə saat  2-yə kimi Moskvada qalan həyat yoldaşı və böyük oğlu ilə Skype vasitəsi ilə danışır. Sübh tezdən hansısa sənədlə bağlı yenidən evə zəng edir. Xanımı ilə danışır, oğlunun da səsini eşitmək istəyir və…

Bacısı deyir ki, bir də o biri otaqdan fəryad səsi eşitdim. İçəri girəndə qardaşının böyük ekranın qarşısında yerdə dizin-dizin süründüyünü, xalça-palayazı yaladığını,ağlaya-ağlaya oğlunun adını çəkdiyini eşitdim. Skype-a baxdım. Gəlin oğlunu durğuzmağa çalışır, üz-gözünü şillələyir, fəryad qoparırdı. Məlum olur ki, oğlan gecə yatıb, səhər isə qalxmayıb.

Atanın burada Skype qarşısında köməksiz vəziyyətini, ananın orada tək-tənha oğlunun meyidi ilə qalmasını təsəvvür edəndə hələ də gözlərim yaşla dolur.

Həkimlərin rəyi isə bir oldu: Gəncin sadəcə, ürəyi yatıb.

Bu hadisə məni düşünməyə vadar etdi. Son zamanlar nə baş verir. Hər yerdən ölüm xəbəri gəlir. Elə bil Azərbaycan gənclərinin üzərinə hansısa qara qüvvə əl çəkib: cavanlardan biri özünü dənizə atır, digəri körpüdən tullanır, o biri özünü yandırır, başqa birisi asır. Özü də bunlar arasında, inanclısı da var, ateisti, fəalı, sakit həyat sürəni, axşam deyə-gülə yatan, səhər durmayanı, çörək dalınca xaricə gedib qayıtmayanı və sair və ilaxır da var. Hərbçi intiharlarından isə yazmağa dəyməz. Üstəgəl gənc ana və körpə ölümləri.

Hə, bir də Suriyaya döyüşməyə gedənlər var. Statistikaya görə, artıq 100-dən çox həmyerlimiz orada həlak olub.

Nə baş verir? Bir də gözümüzü açıb görəcəyik ki, ölkədə ancaq yaşlı nəsil qalıb. Hökumət bunun üçün niyə bir tədbir görmür? İndi deyəcəksiniz ki, biri özünə qəsd edirsə, ya yatıb qalxmırsa, buna hökumət neyləsin? Mən deyim, siz də baxın.

Son 24 gündə 26 intihar faktı qeydə alınıb. KİV gecə-gündüz bununla bağlı psixoloqlardan, mütəxəssislərdən müsahibələr alır. Ancaq əməldə bir şey yoxdur. Quru söz yığını: belə olmalı idi, filan edilməli idi… Əslində həmin ailələrin özləri ilə danışılmalı, intiharın səbəbi araşdırılmalı, ümumiləşdirilməli və problemin həlli yolunda müəyyən addımlar atılmalıdır.

Xaricə özü gedib, ölüsü gələnlərin sayı-hesabı yoxdur.  Deməli, xaricə axının qarşısının alınması üçün işsizlik problemi kökündən həll olunmalıdır. Ümumiyyətlə 11 iqlim qurşağının 9-nun keçdiyi, təbii sərvətlərlə, o cümlədən neftlə zəngin ölkəmizdə belə bir problemin olması utancvericidir.

Hərbçilərə gəlincə, yeniyetməlik - zəmanəsindən asılı olmayaraq hər bir insanın ən çətin vaxtıdır. Gənc oğlan məktəbi qurtarmağa yaxınlaşdıqca ətrafda əsgərlik barədə söhbətlərlə maraqlanır və başlayır araşdırmağa. Biri oradakı «dedovşina»dan, digəri dözülməz həyat şəraitindən, başqası sərt rəfdardan şişirdilmiş formalarda danışır. Ailə də bütün var-yoxunu sataraq oğlunu «yaxşı yerə» salmağa çalışır. Büruzə verməsə də bütün bunlar yeniyetməni qorxuya salır, psixoloji sarsıntı keçirməsinə səbəb olur, hələ əsgərliyə ilk addımını atmamış xof onu bürüyür. Əsgərlik dövründə isə, etiraf etməyi kişilik qüruruna sığışdırmasa da, mehriban ailəsi, isti evi, otağı, şəxsi əşyaları, dostları və sair üçün darıxır, buna görə də əsəbləri gərilir. Əsgərlik müxtəlif təbəqədən olan, ayrı-ayrı ailələrin tərbiyəsini almış gənclərin yeridir. Təbii ki, hamının xasiyyəti bir-biri ilə tutmur. Vay o halda ki, biri o birinin xoşuna gəlməyən hərəkəti edə. Bu zaman əsəbləri tarıma çəkilən əsgər ya özünü, ya da qarşısındakını güllələyir, bəziləri isə hətta düşmən tərəfə keçir ki, bu da ölümə bərabərdir.

1918-ci ildə ilk müntəzəm hərbi hissə yaranandan, sonra isə Sovet hökuməti qurulundan bəri Azərbaycan oğlu əsgərliyə gedir. Bu müddətdə Böyük Vətən Müharibəsini də yola salmışıq. Azərbaycan əsgərləri həmin döyüşlərdə öz qəhrəmanlıqları ilə dünyaya ün salıb. Ancaq indi, Qarabağ işğal altında olarkən, intihar və ya qətlin baş verməsi ağlasığmazdır. Deməli nə isə düz deyil. Özü də sıfırdan başlanmalıdır. Bağça və məktəb dövründə kitablarda 1-2 dərs mövzusunda vətənpərvərliyə yer verməklə heç nəyə nail olmaq mümkün deyil. Televiziyanı açırsan, ancaq səviyyəsiz şou proqramları, əyləncə, toyxana verilişləri, şit-şit komediyalar və sair görünür. Azərbaycanın kanallarını bəyənməyərək, peyk antenası alan da üzünü Türkiyəyə çevirir və ancaq seriallarla başını qatır. Evdə gözünü açandan bunu görən övlad Vətənin haqqını necə qoruya bilər?

Hərbçilərdən danışarkən Suriyaya döyüşə gedənlərdən də söz açmaq istərdim. Onları heç başa düşə bilmirəm. Öz Vətəni işğal altında olan kəs, necə başqa dövlətin torpağını qorumağa gedə bilər? Həmin o gedənlər birləşsəydilər, çoxdan torpağımızı geri alardıq.  Bəziləri bunu «din uğrunda mübarizə» adlandırır. Onda heç başa düşmək olmur. Fələstin torpağı artıq 60 ildən çoxdur ki, işğal altındadır. İnsanlar yaşlısından, cavanından, qadınından, kişisindən asılı olmayaraq, dünyanın ən güclü texnikasına malik olan sionist dövlət qarşısına daş-qalaqla çıxır, hər tərəfdən mühasirədə olan torpaqları uğrunda canlarından, qanlarından keçirlər. Heç indiyə qədər eşitmədim ki, bir azərbaycanlı ilk qibləmiz Qüdsün yerləşdiyi məkanı qorumaq üçün əlinə silah alıb orada döyüşməyə getsin.

Və ya İraqda Kərbəla qan ağlayır. Hər gün məsumlarımızın qəbirləri yanında partlayışlar olur, zəvvarlar öldürülür. Kim əlinə silah alıb müqəddəs torpaqları qorumağa yollanıb?

Deməli, məsələ başqadır. Bax, bu «başqa məsələ» araşdırılmalıdır.

Gənc ana, körpə ölümlərinə gəlincə… Əvvəllər hamilə qadın xəstəxanaya yollanarkən bayram olardı, hər kəs şirinliyi hazırlayardı ki, evə təzə sakin gəlir. Amma indi gəlinin boynuna uşaq düşəndən ta azad olana kimi hamı qorxu içində yaşayır. Elə bil ağır səfərə yollanır: ya qayıdar, ya qayıtmaz.

Necə ola bilər ki, 9 ay «uçotda», həkim nəzarətində olan sağlam qadın, uşaq dünyaya gələndə ya özü, ya körpəsi, ya da hər ikisi həlak olur. Deməli, səhiyyədə problem var. Bunun üçün ciddi tədbirlər görülməli, cəzalar artırılmalıdır. Qeydiyyata durmayan ana da ciddi şəkildə cərimələnməlidir.

Nə isə, yazdıqca bitən dərd deyil. Ancaq ümidvaram ki, demək istədiklərimi tam doğlunluğu ilə olmasa da, çatdıra bildim.

Əgər ciddi tədbir görülməzsə, sözün həqiqi mənasında gözümüzü bir də açacağıq ki, ölkəmizdə ancaq qocalar qalıb…

Şərhlər
Mesume Şerifzade tərəfindən 04-02-2014 11:06:56 tarixində yazıldı
AZƏRBAYCAN SÜRƏTLƏ QOCALIR
En dehshetlisi budurki,özünü yandirmaqla olan, intihar daha çox görünmekdedir...teessüfki bele bir dövletde yashayiriq...haqsizliq bash alib getdikce....qurbanlarda çoxalir....
Ayten Lacin tərəfindən 04-02-2014 11:07:40 tarixində yazıldı
AZƏRBAYCAN SÜRƏTLƏ QOCALIR
Zavalsiz soz parlaq gunewdi.meqribi qulaqdir, mewriqi agiz.
Ali Rzayev tərəfindən 04-02-2014 11:28:23 tarixində yazıldı
AZƏRBAYCAN SÜRƏTLƏ QOCALIR
Mence bu iqtidarin burad gunahi az deyil
Kenan Memmedcanov tərəfindən 05-02-2014 07:41:23 tarixində yazıldı
azərbaycan sürətlə qocalır
milletin ureyi qutarib uje
Sevin Cihan Süğlün tərəfindən 06-02-2014 06:51:35 tarixində yazıldı
azərbaycan sürətlə qocalır
Çok üzüldüm..Bu gençlere bir hedef göstermek,yüreklendirmek gerekiyor..Yaşamak için bir gayeleri olmalı,şahsî değilse bile millî bir hedefleri olmalı..
Sevin Cihan Süğlün tərəfindən 06-02-2014 06:52:34 tarixində yazıldı
azərbaycan sürətlə qocalır
Bu gençliğe yaşama gayesi olacak bir hedef gösterilmeli..(
Rəşid Məmmədov-Həkim-stomatoloq tərəfindən 04-03-2014 13:29:35 tarixində yazıldı
Azərbaycan qocalır
Emilya xanıma qeyrəti yazısına görə öz təşəkkürümü bildirirəm,bilmirəm bəlkə də düz fikir deyil,amma zənnimcə səbəblər sadalandıgından az və zəifdir nəzərimizcə auditoriyaya müraciət etməklə daha ciddi suallarla bu mövzuların ayrı-ayrılıqda aktullıgını çatdırmaq,ciddi tədbirlər tökmək(işbirlikləri yaratmaq,mütəxxəsis rəylərinə yer ayırmaq,aidiyyatlı orqanları rahat qoymamaq və s.-lə bu faciələrə ən azından vətəndaş mövqeyini diriltmək, yersiz və faydasız siyasi şüarlar verən avara "siyasətçilərimizə"konkret iş mövzusu ola bilər,bəlkə belə demək olarsa"dindar siyasətçilər"bu yolla bəndələrinin fikrində oldugunu göstərməkçin Allah-mütəalın nəzərlərini özlərinə cəlb edə bilələr ...bir daha səmimi təşəkkür."Qələminizə" Allahın və Hüccətinin inayəti olsun
Metin tərəfindən 05-03-2014 06:00:35 tarixində yazıldı
Açıq fikir
Salam xanım. Sizin məqalələrinizi hərdənbir oxusam da hər oxuyanda gözümün qarşısında olan hadisələrə daha obyektiv baxmalı oluram. Bəlkə də bəzi qəflətlərim agahlığa çevrilir. Əlbəttə bütün bunların hamısı hamının göz qabağındadır. amma siz onları qələmə alıb yazır, bizləri qəflət yuxusundan oyadırsınız Sizə uğurlar arzulayıram
garib veten tərəfindən 11-01-2015 08:47:03 tarixində yazıldı
vicdanini satmislar
hokumet kurdlerin sayini artirmagla mesguldur. azersun milleti girmagla gorevlidir. televiziya exlagsizligi yayir. dermanlar ve gida sonsuzlugu artirir.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 20:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com