Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

08 Noyabr

2013
2400
İngiltərədən Azərbaycana Məhərrəmlik dərsi

Bu gün dünya müsəlmanları müqəddəs Məhərrəm ayını qeyd etməkdədir. Əksər ölkələrdə müsəlmanların 3-cü İmamı  Həzrəti Hüseyn (ə) və ailəsinin məruz qaldığı zülm böyük ehtiramla yad olunur. Azərbaycanda da inanclı insanlar tərəfindən bütün məscidlərdə əzadarlıq məclisləri təşkil olunur. Bu hadisələr fonunda bir məsələni qeyd etmək istəyirəm ki, ölkəmizdəki dindar kəsimin də etirazı ilə qarşılanır.

Söhbət Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Məhərrəm ayı ilə bağlı qoyduğu qadağan gedir. Maraqlıdır ki, Bakı şəhər yol polisinin Məhərrəm ayı zamanı avtomobillərdə reklam yazılarının yerləşdirilməsini qanunauyğun saymaması, qeyri-müsəlman ölkələrində heç də etirazla qarşılanmır. Misal üçün İngiltərənin Mançester şəhərində müsəlmanlar bu ayda avtobuslara, dayanacaqlara və idarə etdikləri avtomobillərə xırda və ya böyük həcmli plakatlar yerləşdirə bilirlər. Buna görə, onlar heç bir cərimə ödəmir, məsuliyyətə cəlb olunmur və qanun qarşısında cavab vermirlər. Əksinə müsəlmanların insanları mənəviyyata dəvət etməsini özündə əks etdirən bu tip şüarlar rəhbərlik səviyyəsində dəstəklənir.

Ümid edirəm ki, aşağıda sizlərə təqdim olunan görüntülərdən sonra Azərbaycanda adiyyatı orqanlar Məhərrəm ayı ilə bağlı mövqelərində dəyişiklik etmək fikrinə düşərlər. Çünki Məhərrəm ayı bəlkə də bü dünyada ən çox bizim millətin ehtiyacı olduğu aydır. Əvvəla bu ay müharibəni haram edir ki, ölkəmiz məhz müharibə şəraitindədir. Sonra bu ayda elə şəxslər elə bir qəhrəmanlıq göstəriblər ki, yaşlı və cavanlarımız bundan faydalanaraq Azərbaycanın keçmiş və gələcəyini abad edə bilərlər. Kərbəla məktəbi zülmə boyun əyməmək və haqsızlığa qarşı çıxmaqla yanaşı ata-oğul, qardaş-bacı münasibətlərini necə formalaşdırmağı, ailə-dəyər sisteminin ən üstün mərhələsini, müharibədə qələbənin necə əldə olunmasını, düşməni necə rüsvay etməyin sirlərini, bir sözlə necə yaşamağı və necə ölməyi insanlara öyrədir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 00:02



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com