Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

05 Oktyabr

2013
2026
Bəlkə siz də `Mister Bin` olasınız?

Bu günlərdə sosial media və bir sıra xəbər saytlarında "Mister Bin" kimi tanıdığımız bütün dövrlərin ən məşhur komediya ustası Rouven Atkinsonun müsəlman olması haqqında məlumat yayıldı. Hətta məşhur aktyoru Tunisin hakim partiyasının sədri Rəşid Əl-Ğənnuşi də bu münasibətlə təbrik etdi.

Bundan əlavə "Vikipediya" saytında 1 oktyabr tarixi "Mister Bin"in müsəlman olması kimi qeyd olundu. Bu məlumatları eşidərkən həm sevindim, həm də narahat olmağa başladım. Sevincim buna görə idi ki, tanınmış aktyorun müsəlman olması İslam dininin nə qədər cəlbedici və insanlar tərəfindən qəbul edilən din olduğunu ortaya qoydu. Rouven Atkinsona qədər minlərlə tanınmış siyasətçi, aktyor, idmançı və digər sahələrin sayılıb-seçilmişlərinin İslam dəyərlərinə aşiq olaraq bu inancı seçməsi, hər-halda bu dinin aliliyindən xəbər verir. İslamın və müsəlmançılığın geniş yayılması və inkişaf etməsi bu inanca sahib şəxs kimi məni də şübhəsiz sevindirir.

Lakin bu hadisələr fonunda narahçılıq da öz sözünü deməkdədir. Çünki əqidəsindən, mədəniyyətindən və mənəvi dəyərlərindən imtina etmiş bəzi şəxslər İslam dini ilə düşmənçilik edir və buna qarşı öz fikirlərini virus kimi yayırlar. Heç kimi təhqir etmək istəməsəm də, bəzən yazıları və fikirləri böhtan və dezinformasiya əsasında qurulmuş bəzi yazarları tənqid etməyi özümə borc bilirəm. Çünki Azərbaycanın milli və mənəvi dəyələrini hər vəclə vuran, bu dəyələri geridə qalmış kimi göstərən və dini mollaların oyunu kimi göstərən bəzi "müasirbazlar" gətirdikləri qeyri-normal və etikadan uzaq dəlillərlə insanları zəhərləməklə məşğuldurlar. Təbii ki, ölkəmizdə mövcud olan bəzi adət-ənənələrdə xurafatların olduğunu inkar etməsəm də, bütün dəyərlərimizin aşağılanmasını sadəcə əxlaqsızlıq sayıram. Çünki İslam dini və ölkəmizin müqəddəs ənənlərini aşağılayan həmin şəxslər əslində bu dəyərlərə sahib olmadığı, uşaqlıq və ya böyük çağlarından həyatda heç bir uğura nail olmayaraq nələrinsə qarşılığında düşmənçiliyə keçiblər. Maraqlıdır ki, onların yazdıqları məqalə, roman və şeirlərə mütəxəssis gözü ilə baxsaq kifayət qədər qeyri-peşəkarlığın şahidi oluruq. Əl qərəz demək istəyirəm ki, ən inkişaf etmiş ölkədə və milyonlara sahib bir aktyorun İslam dinini seçərək müsəlman olması qərbpərəst və ateistlərin yalnış yolda olduğuna kişik misaldır. Bu səbəbdən onların da ağıllı və ədalətli tənqidlərə yol verərək haqqa üz tutmasını gözləyirəm.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 08:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com