Yəqin ki, sevib ailə quran şəxsləri çox eşitmsiniz. Elə bəlkə bu sətrləri oxuyanların özləri də həmin mərhələni keçiblər. Əgər keçiblərsə, həmin zaman kəsimini bir daha fikirlərində canlandırım.
Təxminən 20 yaşı var. Bir qəşəng qız görən kimi həmən fikri ona yönəlir, özü üçün xəyallar qurur, ona necə yaxınlaşmağın, söhbəti haradan başlamağın yollarını axtarır...
Sonrakı gün bir başqasını görür və yenə eyni aqibəti yaşayır.
Bu fikirlər, xəyallar aləmi o zamana kimi davam edir ki, ta öz həmdəmini tapır. Gördüyü xanım barədə anidən beynindən fikir keçir ki, "axtardığım budur". Və başlayır bu xanımı izləməyə. Bir gün, iki gün, bir həftə. Əsl məsələ bundan sonra başlayır. Əvvəl gördüyü qızlarla qurduğu xəyallar, tanışlıq məqamları, söhbətə hansı sözdən başlayacağı, ürəyini necə açacağı barədə düşünür. Uyğun məqamı tapır, yaxınlaşır, sözünü deyir. Təbii ki, ilk cəhddən uğursuzluğa düçar olur. Amma usanmır. Bu oyunlar uzun müddət davam edir. Oğlanın əl çəkmədiyini, onu kölgə kimi izlədiyini görən xanım, nəhayətdə müsbət cavabını verir. Amma bu proses bir neçə aydan bir neçə ilə kimi davam edir.
Daha sonra tez-tez görüşürlər, söhbət edirlər, gəzməyə çıxırlar, restorana gedirlər, məktəb illərindən, tələbəlikdən danışırlar. Bu tanışlıq mərhələsi də eyni qədər vaxt alır.
Və evlilik. Kim deyə bilər ki, o xanımdan aylarla əl çəkməyən, kölgəsinə çevrilən bəy, evlilikdən sonra nə edəcək. Çox az adam tanıyıram sözünün və həyat yoldaşının əridir. Evlilikdən əvvəl verilən sözlər çox qısa zaman kəsiyindəcə yaddan çıxır. Bəzilərinin isə hətta bir xanımın əri olduğu belə yadına düşmür. Bütün günü dostlarla gəzməkdə, kefdə-damaqda. Axşam isə evə təkərləri buraxmış maşın kimi gəlir; kişi işdən gəlib, yorulub.
Belələrini çox tanıyıram. Yəqin bu yazını oxuyub özlərini görənlər olacaq. Elə zatən onlar üçün də yazıram. Qoy oxusunlar, qoy qınasınlar məni, amma yetər ki, özlərini görsünlər.
Kişinin yorulub evə gəlməyində qalmışdım axı. Səhər tezdən də durub yenə gedir öz həyatını yaşamağa. Balam, bu ailənin problemi təkcə bayırda pul qazanıb gətirmək deyil axı. Bəlkə soruşasan evdə ki, bu xanımın nə dərdi var. Bəlkə soruşasan ki, uşaqlar onu incidirmi. Bəlkə bir qonşu ilə problemi var, utanır özü açıb sənə deməyə.
Bu cür biganə münasibətin sonu hər zaman məhkəmədə bitir. Hakim qarşısına çıxırsan, hakim fikirləşmək üçün vaxt verir və sonda boşanırsan.
Heç boşanma mədəniyyətin də yoxdur axı. Başlayırsan orda-burda danışmağa ki, anama qarşı kobud idi, natəmiz idi, arvadlıq edə bilmirdi, səliqəsi yox idi. Ay bala, sənin özünün ailə saxlamaq səliqən vardı bəyəm? Sən ailənin necə olduğunu bilmirsən axı! Ərin vəzifələrini bilmirsən. Hələ bir dur kənardan özünə bax, gör nələri etməlisən və ya etməliydin, amma etməmisən. Mərdi-mərdanə fikirləş, gör sənin kimilərinə ailə başçısı, ər deyirlər? Məncə demirlər. Çünki bivec adamdan, ailəsini - "birdən filankəsin sözünü yerə salıb çağırdığı yerə getmərəm, xətrinə dəyər", - deyə fikirləşərək gözüyolda qoyan, həyat yoldaşı narahat olub da zəng edərək, "gec gələcəksən?", - deyə sual etdikdə elə o xətrinə dəyməyə qorxduğu dostunun yanında, "sənə hesabat verəsi deyiləm ki", - söyləyib çəmkirənə ailə başçısı yox, əyyaş deyirlər. Əyyaş tək o deyil ki, içki içə, başqa qadınlarla gəzə. Əsl əyyaş odur ki, ailəsini maraqlarına, oturub-durduğu dost-tanışının xətrinə qurban verə.
Bir başqa cür "ailə başçısı" da var ki, çox fikirləşsəm də onların kateqoriyasını müəyyənləşdirə bilməmişəm. Misal üçün, bir qızı birinci sinfdə məktəbə gedəndə uşaqlıq sevgisi ilə sevəsən, bu sevgi illər sonra məhəbbətə çevrilə, amma qarşılıqlı yox a, düz 11 il ilan kimi dil çıxarıb sürünəsən, nəhayətdə sevgi qarşılığı alasan, atası qızı sənə verməyəndə götürə qaçasan, evləndikdən cəmi 2-3 il sonra əlini burnuna çəkib o bədbəxti dam altında qoyub gedəsən Rusiyaya, guya pul qazanmağa, bir də uşağın 7-ci sinifdə oxuyanda gələsən, bax buna ad tapa bilmirəm. Ad tapıram e, amma o tapdığım ad çox yumşaq olduğu üçün çəkmirəm, daha sərtini axtarıram.
Başqa bir "kişi" modeli də var. Məsələn, birini sevib alır. Ədəb-ərkanla, el qaydası ilə. Bir qızı olur, sevinir, sonra biri də olur, o da arvada acıq edib gedir Rusiyaya ki, "niyə oğlan doğmadın", bax bu da dəhşətdir. Ay bədbəxt savadsız! Niyə başa düşmürsən ki, yayda pomidor turşusu bağlayanda qışda o bankadan xiyar turşusu çıxmır. Niyə anlamırsan ki, uşağın cinsiyyəti adına kişi deyilən səndən asılıdır. Bunu indi, XXI əsrdə də başa düşməyib nə zaman başa düşəcəksən?
Bir başqa ailə başçısı da tanıyıram. Bunun da özünə görə çıxarışları var. Məsələn belə: ailəsi var, əli pulla oynayır, heç bir çətinliyi də yoxdur. Heç nədən yaranan ailədaxili münaqişədə ailəsini atıb gedir, başqasıyla evlənir. Uşaqları olur, onları böyüdür, ev-eşik sahibi edir. Sonra da qapı dalında qalır. İllər uzunu əvvəlki övladlarının öldü-qaldısından xəbəri olmadığı halda, övladının xəstəxanada yatdığını bildiyi halda gəlməyən ata, 30 ildən sonra dönür. Onu 27 il əvvəl görmüş və indi də tanımayan övladına deyir: “Mən sənin atanam, qalmağa yerim yoxdur.”
Yuxarıda sonuncudan başqa 3 ailə başçısı tipi misal çəkdim. Amma inanın ki, bu sadəcə ailə başçısı tiplərinin çox cüzi hissəsidir. Və hər 3 ailə başçısının aqibəti də illər sonra 4-cü ailə başçısı kimi olur.
Ona görə də, gəlin nə qədər ki, ailə üzvlərimiz arasında pərdə cırılmayıb, nə qədər ki, övladımız bizə yad insan kimi baxmır, özümüzə, ailəmizə sadiq qalaq. Həm də, həm də və həm də ona görə...
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...