Son günlərin ən aktual mövzularından biri şəhərdaxili nəqliyyatda gediş haqqının artırılması məsələsidir. Artıq bir aya yaxındır Taarif Şurasına ardıcıl edilən müraciətlər, keçirilən iclaslar barədə də məlumatlısınız. Nəqliyyat nazirimiz Ziya Məmmədov israrla gediş haqqının qaldırılmasına tərəfdardır. İsrar sözünü ona görə yazdım ki, Taarif Şurası bir neçə dəfə qiymət artımının olmayacağı barədə açıqlama versə də, Nazirlik israrlı müraciətlərindən əl çəkmir.
Yəqin ki, xatırlayırsınız, əvvəlki qiymət artımında hörmətli nazirimiz Ziya müəllim nə demişdi. O qiymət artımına özünəməxsus izah vermişdi. Onun açıqlamasının qısa məzmunu təxminən belə idi: qiymət artımına getməyə məcburuq, yeni avtobuslar alınıb, təzə dayanacaqlar quraşdırılıb, intellektual sistem yaradılıb.
İndi də diqqət yönəldək görək bu artımdan kim nə qazandı. Sərnişinlərin qazandığını mən sayım: avtobus qəzaları artdı, ölümlər çoxaldı, 100-lə sürülən avtobuslarda bəlkə də 100 il yaşamaq arzusunda olan insanlarımızın ödü ağzına gəlib infarkt oldular, dayanacaqları da insanların dədə-baba avtobusa mindikləri yerdə yox, ürəkləri istəyən yerdə, nataraz vəziyyətdə qoydular. İntellektual sistemdən isə danışmağa dəyməz. Açılışından bir ildən də çox vaxt keçən bu sistem, hələ də avtobusların nə vaxt dayanacağa yaxınlaşacağını göstərə bilmir. Təsəvvür edin ki, dayanacaqdakı monitorda avtobusun 25 dəqiqədən gələcəyini göstərir, amma budur e, bir də gördün avtobus dayandı. Və ya 10 ildir mindiyin avtobusun nə vaxt gələcəyini bilmək istəyirsən, məlum olur ki, monitorda sənin minmək istədiyin marşrutun adı yoxdur. Bu bizim qazandıqlarımızdır. Qarşı tərəfin qazandıqları barədə isə heç bir iddiam yoxdur. Sadəcə onu bilirəm ki, Bakı şəhərindəki marşrutlarda 2000-ə yaxın avtobus işləyir. Onların hər birində gündəlik planı orta hesabla 100 AZN-dən hesablayın.
İndi isə qiymət artımına baxaq. Bu gün nəqliyyat nazirinin müavini Musa Pənahov açıqlamasında bildirib ki, gediş haqqı 30 qəpikdən baha olmayacaq. Yəqin ki, bu 10 qəpiklik artımda da xalqı nəzərə alıblar. Ona görə çox artıma getməyiblər. Niyə də getsinlər axı, elə on-on qaldırsalar yaxşıdır. Belədə hiss olunmur, adam öyrəşir.
Bilirsiniz bu nəyə oxşayır? Bilmirsinizsə deyim:
Bir gün kəndin cayılları oturub söhbət edirlər. Kişilikdən, söz deməkdən dəm vururlar. Aralarında ən sısqa olanı qəfildən, “mən gedib Fərmana əclaf deyə bilərəm” söyləyir. Hərə başlayır bir yandan buna gülməyə. Gülüşə səbəb isə o olur ki, Fərman kəndin adlı-sanlı qoçularından imiş. Amma bu balaca inadından dönmür, sadəcə 1 ay vaxt istəyir. Hamı mərcləşir. On nəfər bir yana olur, bu bala sısqa da bir yana. Sabah tezdən düzəlir yola və gəlib çatır Fərmanın evinin yanına. Oturub gözləyir, Fərman yola çıxan kimi onun qabağından keçə-keçə başlayır “ə”, “ə”, “ə” deməyə. Bu əməlini dayanmadan 6 gün təkrarlayır. Növbəti 6 gündə isə başlayır “əc”, “əc”, “əc” deməyə. Növbəti 6 günü “əcl”, “əcl”, “əcl” söyləyir. Gələn dəfə “əcla”, “əcla”, “əcla” deyir. Ayın son 6 gününü isə “əclaf”, “əclaf”, “əclaf” deyib işini başa vurur. Kəndin cayılları ay tamamında gəlirlər balacanın yanına ki, buyur, hünərini göstər. Gəlirlər Fərmanın evinin qənşərinə. O da eləmə tənbəllik, başlayır tində dayanmış Fərmanın qabağından o yana gedir, bu yana gedir və “əclaf”, - deyir, mərci də udur.
Gözləyin, növbə Tağı Əhmədovundur. O da açıqlama verərək, yaxın illərdə 8 stansiya tikəcəklərini deyib. Nəylə tikəcəklər, cibindən verəsi deyil ki? Gedişhaqqı 25 qəpik olsun, biz də bir qədər kömək edək. Zarafat deyil, rayona gedəsi olsaq, cəmi 25 qəpiyə “Qaraçuxur”dan minib, “Avtovağzal”da düşəcəyik. Heç bilirsiniz, əlinizdə bir çantanız olsa, bu yolu taksi sizi 15 manatdan ucuza aparmaz. Bir qədər insaflı olun, 5 qəpik nədir ki? Onsuz da hiss etməyəcəyik, ödəniş kartladır, 5 qəpik davası olmayacaq.
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...