Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

22 Dekabr

2012
1464
`Mayya Təqvimi` baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın

Mayyalıların qiyamət təqvimi alınmadı. Hamı (təbii ki, söhbət inananlardan gedir) diqqətini 11:11-də qopacağı deyilən "qiyamət”ə yönəltdi. Qiyamətin baş verəcəyindən deyil, öləcəklərindən qorxub, nəfəslərini içlərinə çəkdilər, geriyə saymağa başladılar, ancaq gözlədikləri olmadı.

Sosial şəbəkələrdə mayyalılarla və sözügedən “qiyamət” ssenariləriylə bağlı ələsalmalar başladı.

Bu hadisə Twitterdə daha çox müzakirəyə səbəb oldu.

Gülüş hədəfi olan hadisəylə bağlı bəzi maraqlı statusları diqqətinizə çatdırıram:

•~ TuTi ~•‏@__eCCe__

Bir qiyamət mövsümü də bağlandı. İndi növbəti qiyamətlərə bağacağıq.

Ö.F.Y‏@furqan_

Mayalayar dünyanın ən böyük sazan ovunu edərək, rekordlar kitabına girmək haqqı qazandı

Mais ‏@mais

İndi Türkiyənin Şirincə kəndindəkilər bütün dünyada qiyamətin qopduğun, yalnız onların xilas olduğunu düşünürlər...

ƏLİ ‏@Partizan72_

Bayaq küçəyə bir dənə “zırpaket” atdım, az qala aləm bir-birinə dəyəcəkdi

Virna‏@virn_

Qiyaməti bir nəfər günahsıza qıya bilməyib ləğv ediblər. Ayyy tüklərim biz-biz oldu

Last Ottoman~1903~‏@sfftyldrm
Cüməniz mübarək ay qiyaməti gözləyənlər

FuRuQaN ‏@Furqan_ Furqan

Biz Mayya təqviminə görə deyil, ALLAHın təqdirinə görə yaşayırıq.

Durna ‏@Durna_1

Həftənin birinci günü dərsə gəlməyən düşüncəsizlərin - bura rəfiqələrim və müəllimlərimin əksəriyyəti daxildir – sifətinə baxmaq istərdim.

Malik ‏@Malik_yek
Bu gün iki hadisənin şahidi oldum. Birincisi metroda iy var idi hamı qorxaq siçan kimi bir-birinin üzünə baxırdı. İkincisi isə deputatlarımızın parlamentdə xalqı təbrik etməsi. Biabırstva…

Mən də dünən axşam evə gedərkən gülməli bir hadisə ilə rastlaşdım. Çörək almalıydım, amma mağazaları gəzib tapa bilmədim. Gözdən uzaq bir marketdə iki gündən qalma lavaş tapa bildim. Satıcı isə təəccüblə ona baxdığımı görüb gülə-gülə dedi ki, “Vallah camaatın başı xarab olub. Başqa vaxt səhərə 10-15 çörək geri qaytarırdım, bu gün hamısı satılıb.”

Bəli, insanları artıq robotlaşdırıblar. Televiziyalar insanlara hansı xəbəri verirlərsə, onu da “yeyirlər”. Düşünmürlər. Sanki beyinləri yoxdur. Dünən axşam tanınmış televiziyalardan birinin internet səhifəsinə baxırdım. Son 10 xəbərinin hamısı qondarma qiyamət günündən idi. Təbii ki, bu cür televiziyanın xəbərini oxuyan da, elə o televiziya kimi düşünəcək. Ona görə də infarktdan ölənlərin, bir-birini bıçaqlayanların, namusa sataşanların, ev soyanların sayı çoxalıb. O birincilər də - infarktdan ölənlər – bu xəbərləri eşidib ölürlər. Düşünürlər, düşünürlər, axırda da ürəkləri partlayır.

Nə isə bir “qiyamət”i də belə yola verdik. Amma məndən məsləhət, gedin Qiyamətə hazır olun. O Qiyamət, bu qiyamətdən olmayacaq!

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2019 00:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru