Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar


Orxan Hüseyn

18 Dekabr

2012
1610
“Ağıllı”lar “ağılsız”lara irad tutur

Ağıl - dogru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidir. Lakin əfsuslar olsun ki, bu günümüzdə doğrunu yalnış bilən və  fikir yürütmək əvəzinə kor-koranə tənqid edən insanlar özlərini ağıllı kimi göstərmək istəyirlər. Sosial şəbəkələrdə fikirlərini İslam dini və onun ardıcıllarına ayrıan bu “ağıllı”lar məntiqsiz, dəlilsiz və heç bir əsası olmayan iradlarla müsəlmanları narahat etməklə məşğuldur. İslam müqəddəslərinə dil uzatmaq və dində vacib buyurulan əməlləri ələ salmaqla özlərini müasir, demokrat və inkişaf etmiş kimi göstərən bu cənablar əslində bəyənmədiyi müsəlmanlardan qat-qat geridədirlər. Etiaf edirəm ki, dindarlar içində də bəzi mənfi fikirdə olan şəxslər mövcuddur ki, onların fəaliyyəti müsəlman icmaları və təşkilatlarına böyük zərər vurur. Lakin bu şəxslər qeyd etdiyim kimi az bir kütləni təmsil edir ki, onları da ən yaxşı halda islah etmək imkanı var. Lakin özlərini ağıllı hesab edən şəxslər nədənsə İslam dinində olan qanunları deyil, sadəcə bu qaydalara əməl etməyən insanları din kimi cəmiyyətə göstərməyə çalışırlar. Nədənsə bu şəxslər hədəf obyekti olaraq İslam dini və onun ardıllarını götürürlər. Qərbdəki demokratiya və cəmiyyət prinsiplərini xalqımıza örnək seçən bu şəxslər, əhalini sanki əxlaqsızlaşdırmaq və mənəviyyatsızlaşdırmaq prinsipi həyata keçirirlər. Xalqımızın İslam dini ilə olan bağlığını qoparmağa səy göstərən “ağıllı”lar,  hədəf  olaraq dini qaydaları və dindarları seçiblər.

Maraqlıdır ki, inanclıları “ağılsız”lar kimi göstərməyə çalışan şəxslər yaddan çıxarıb ki, ölkədə dindarların təmsil olunmadığı heç bir elmi, siyasi, ictimai qurum və ya təşkilat mövcud deyil. Bu gün dindar kəsim əhali arasında elə bir hörmət və izzətə nail olub ki, məhz onların bu nailiyyəti “ağıllı”larda qısqanclıq və düşmənçilik yaradıb. Gözünü, dilini və qulağını Allahına həsr etmiş inanlara qarşı düşmən mövqe hər-halda anlaşılan deyil. Bunun birinci izahını qeyd etdim ki, qısqanclıqdan irəli gələ bilər. Digəri isə kimlərinsə marağı və nəyisə naminə bilərəkən, məqsədli şəkildə düşmənçilik etmək və onları aşağılama səy göstərməkdir. Bu mövzu üzərində dayansaq bir çox fondlar, təşkilatlar bir az da irəli getsək ölkələrin adları çəkmək olar ki, məhz buna görə Azərbaycanda İslam dini və dindarlara qarşı böyük və kiçik həcmdə represiyalar həyata keçirilir. Sonda qeyd etmək istəyirəm ki, dinlə, dindarla, Qurani-Kərimlə, Peyğəmbərlə və ən əsası Allahla düşmənçilik etməyin sonu heç də yaxşı qurtarmır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-01-2018 21:55

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru