Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

27 Noyabr

2012
1904
Hüseyni (ə) sevək

Sabah dünyanın bir çox ölkəsində İslam Peyğəmbəri həzrəti Muhəmmədin (s) sevimli nəvəsi İmam Hüseynin (ə) şəhid olduğu gün böyük təntənə ilə qeyd ediləcək. Hamı qara geyinəcək, məscidlərə axışacaq və “Hüseynim vay” nalələri aləmi bürüyüəcək. Görəsən İmam Hüseyn kimdir ki, ona 14 əsrdir əza saxlanlır? Niyə İslam dünyası ona bu qədər ehtiram göstərir? Və ən əsası Hüseyn (ə) nə edib ki, adı dillərdə əzbər olub? Bu suallara cavab vermək üçün insana Allahın bizə verdiyi ən böyük nemət olan ağıl lazımdır ki, onu da işlədərək uğura imza atmaq olar. Hər bir ağıllı, dərrakəli və məntiqli insan Hüseynin (ə) faciəsini, göstərdiyi şücaəti, əxlaqını, elmini və Kərbəla məktəbini başa düşmək iqtidarındadır. Bunun üçün sadəcə yaranan suallara qərəzsiz cavab tapmaq, araşdırmaq və qəbul etmək gərəkdir.  Gəlin əvvəl araşdıraq ki, İmam Hüseyn kim olub və nə edib? Adından da göründüyü kimi Hüseyn İmam idi,  müsəlmanların qanuni, mənəvi və dünyəvi rəhbəri sayılırdı. Lakin bəzi insanlar vardır ki, onlar Hüseyn (ə) şəxsiyyyəti qarşısında məğlub olduqları təqdirdə qələbə qazanmaq arzununda idilər. Özləri zülmkar, ədalətsiz, xalqın malını talayan və  dinsiz olduqları halda, bu cinayətlərinə İmam Hüseynin beyətini almaqla (razılıq) haqq qazandırmaq istəyidirlər. Təbii ki, İmam Hüseyn bu insanların istəklərini ürəyindəcə qoyub onlarla mübarizəyə qalxdı. Kərbəla faciəsində yəni, İmam Hüseyn və onun tərəfdarlarının qətl yeitirldiyi hadisədə bir çox örnək götürüləsi məqamlar var. İmam Kərbəlada insanlara valideyn-övlad, dostluq, böyük-kiçik, şücaət və zalıma qarşı mübarizə aparmaq mesajları verdi ki, bu gün əksər insanımız bundan istifadə edərək həyatını qurur. Amma bəzi insanlar mövcuddur ki, Hüseyn məhəbbətindən və onun məktəbindan uzaqdır. Onlar bu məktəbdən uzaq düşməklə özlərini çox şeydən məhrum ediblər.  Hüseyni (ə) sevmək, ona əza saxlamaq və onun davamçısı olmaq insanı ədalətli, ləyaqətli və şücaətli edər ki, bu gün xalqımzın buna böyük ehtiyacı var. Əgər ölkəmizdə adi vətəndaşdan tutmuş, dövlətin başında duranlara kimi hamı Hüseyni (ə) başa düşsə və onun Kərbəla məktəbindən faydalansa, xalqmızın durumu indikindən xeyli firavan olar. Düşünürəm ki, torpaqlarımızı işğal altından azad etmək və zülmkar Ermənistanı yerində oturtmaq üçün Hüseyn məhəbətti lazımdır.  Bu məhəbbət bizə həm də ölkəmizdə insanımızın bir-birinə olan münasibətində gərəkdir ki, vətəndaşlarımız həmrəyliyini bir qədər də artırsın. Hüseyn məhəbbəti bizə narkomaniyanın, əxlaqsızlığın və s. problemlərin həllində yardımçı ola bilər. Belə olan halda niyə də bu məhəbbətdən uzaqda qalaq?

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 08:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com