Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

29 Oktyabr

2012
1870
Azad Mətbuat axtarışında

Heç bir silah söz qədər güclü ola bilmir. Ən güclü silahla yaxşı nişan alıb atmaq lazımdır. Lakin söz nişanəsiz atıldıqda da hədəfi tapır və bütün məsafələrdən təsirlidir. Mərhum Əli Şəriəti zindana gətiriləndə nəzarətçilərdən biri xəlvətçə yaxınlaşıb “silahlamı tutulmusan”,-deyə ondan soruşur.
Ustad: Bəli!
Nəzarətçi: Neçə ədəd idi?
Ustad: 6,7
Nəzarətçi: Markası nə idi?
Ustad: “Bik”! (O dövrdəki qələm markası).

Etiraf edirəm ki, bu hadisəni sosioloq dostumdan eşidəndə çox təsirləndim. Düşündüm ki, hələ də bəşəriyyəti zülmdən, haqsızlıqdan və ədalətsizlikdən xilas etmək üçün sadə insanların danışmaq və ziyalıların isə yazmaq silahları mövcuddur. Sadəcə olaraq bundan düzgün və vaxtında istifadə etmək lazımdır. Maraqlıdır ki, azad söz, düşüncə və etiqad bu günümüzün əsas problemlərindəndir. İnsanlar ya azad danışmağı bacarmır, ya müstəqil düşünməkdə çətinlik çəkir, ya da əqidələrini yalnış istiqamətə yönəldirlər. Bu gün danışmaq istədiyim azad söz mövzusudur ki, ötən gün ölkədə bu mövzuda keçirilən geniş təlimdə iştirak etdim. Böyük Britaniya vətəndaşı olan Aydan Vaytın təcrübələri ilə tanış olduqdan sonra bir daha yəqin oldum ki, azad mətbuata və müstəqil mediaya rast gəlmək çox müşkül məsələdir. Siyasi mühit ölkəmizdə mətbuat azadlığını əməlli-başdı öz təsiri altına alıb. Avropalı ekspertin azad mətbuat və müstəqil jurnalist barəsində təklif etdiyi formullara baxdıqda, bizdə media sahəsində problemlərin olduğu açıq-aşkar görsəndi. Ölkəmizdə jurnalistlərin təqibi, müstəqil Mətbuat Şurasının yoxluğu və daxili davranış qaydalarının istənilən səviyyədə olmaması medianın durumunu bərbad vəziyyətdə olduğu təsdiqlədi.

Çox təəssüf ki, azad sözə qoyulan qiymət bizdə aşağı səviyyədədir. Bu istənilən halda ölkəmizin inkişafdan qalması və problemlərdən xəbərsiz olması ilə nəticələnəcək. Əgər bu gün ölkədə rahat şəkildə istənilən problemdən yazmaq olmursa və bu barədə danışmağa senzura qoyulubsa, onda Azərbaycanın daxili blokada qarşısındadır. Təbii ki, ölkədə fəaliyyət göstərən bəzi media orqanlarının müstəqil fəaliyyət göstərməsini də qeyd etməliyik ki, onlar bu yolda xeyli itkilər veriblər.

Sonda bir daha qeyd etmək istəyirəm ki, azad, demokratik və inkişaf etmiş hər bir ölkədə media sahəsi xeyli inkişaf etmişdir. Media sahəsinin inkişaf etməsi isə bu ölkələrinin mövcud durumunu və gələcəyinin nikbin olmasını təmin edir. Belə olan halda nə üçün bizdə də bu sahəyə diqqət yetirilməsin və mediamızın müstəqil fəaliyyətinə şərait yaradımasın?

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 00:31



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com