Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

19 Oktyabr

2012
1899
Nobel Qoyun Mükafatı

Bu günlərdə Nobel mükafatı üzrə bütün qaliblərin adları məlum oldu. Bu dəfə Nobel Sülh Mükafatı maliyyə böhranında boğulan Avropa Parlamentinin sədri Martin Şultsa təqdim edildi. Düzünü desəm, Nobel mükafatları təqdim edilən zaman ağlıma bir ideya gəlib ki, istəyirəm bunu sizinlə bölüşüm. Fikirləşdim ki, əgər Nobel mükafatının İdarə Heyətində olsaydım, mükafatlar sırasına yeni nominasiya əlavə edərdim. İndi hamı sual edəcək ki, məgər Nobelin iqtisadiyyat, ədəbiyyat, kimya, fizika və s. sahələri azlıq edir? Cavab isə qısa və aydındır: artıq Azərbaycan mühitini nəzərə alaraq, Nobelin mükafatlar sırasına yeni sahənin əlavə olunması zərurətdir. Yeni əlavə olunacaq sahə isə təbii ki, Nobel Qoyun Mükafatıdır. Çünki nəzərə alsaq ki, gələn həftə dünya ölkələrində olduğu kimi Azərbaycanda da əhalinin böyük təbəqəsi müqəddəs Qurban bayramını qeyd edəcək, onda hər il olduğu kimi yenə qoyun, quzu, qoç və inəklərin hüquq müdafiəçilərinin peyda olacağını təxmin etmək çətin deyil. Ona görə də hər il sadəcə Qurban bayramında yadına qoyun hüquqlarını qorumaq düşən şəxsləri düşünərək, onlara Nobel Qoyun Mükafatının verilməsini təklif edirəm. Çünki hər necə olsa da, belələri bütün il boyu basıb ət yeyəndə sakit oturmalarına baxmayaraq, Müqəddəs Qurban Bayramında, yəni ildə bir dəfə qoyun-quzu hüquqlarının müdafiəsi ilə məşğul olurlar.  Maraqlıdır ki, hər il iyrənc və elmi əsaslara söykənməyən şəkildə Qurban bayramı əleyhinə kampaniya aparan bu şəxslər, özlərini təbiət müdafiəçiləri, insanpərvərlər və “elm” sahibləri kimi təqdim edirlər. Allah-təalanın insanlara rəhmət olaraq göndəridiyi bayrama qarşı çıxan qoyunsevərlər, heyvanların qurban kəsilərək insanlara paylanmasına etiraz edirlər. Etirazları isə budur ki, niyə bu günahsız, yazıq və məzlum heyvanları kəsirsiz?  Bu məsələləri diqqətlə izlədikdə dini inanclara qarşı yönələn təzyiqlərin və hücumların arxasında başqa nələrinsə və kimlərinsə durduğunu görmək çox asandır. Çünki keçirilməsi insanların sosial rifahının artırılmasına yönələn bu bayarama qarşı çıxmaq, sadəcə ağılsızlıq və məntiqsizlikdir. Ya da buna ruslar demişkən “zakaz” adı vermək olar, yəni İslam dini əleyhinə aparılan kampaniyalarda nəyinsə müqabilində canfəşanlıq etmək.  Sonda inanclılardan tutmuş ateistlərə kimi, müxalifətdən tutmuş iqtidara qədər olan hər kəsi Qurban bayramı münasibəti ilə təbrik edirəm. Uca Allahdan hər bir qrup üçün bağışlanmaq və rəhmət diləyirəm. Xalqımıza bir-birinə qarşı mərhəmətli olmağı diləyirəm.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 00:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com