Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar
`TÜPÜRÜM SİYASƏTƏ`
Bu suallara aydınlıq gətirmək üçün iqtidar mövcud durumda dəqiq və izahlı addımlar atmalıdır.
""Facebook"da hər kəs yaza bilər. Hər biriniz gəlin söhbət edək. Tüpürüm siyasətə də. Mənə mənim bacım vacibdir. Hər birinizi gözləyirəm..." Maraqlıdır bu sözləri yazan azca da olsa dünyadan, ölkədən və onun dili ilə desək siyasətdən xəbərdardırmı? Ölkədə hakim partiyanın deputatı Gülər Əhmədovanın korrupsiya faktı ilə bağlı video-görüntüləri yayıldığı bir zamanda, İlqar Mikayıloğlu camaatı söhbətə çağırır. Əşşi heç dəxli var. Nə olsun ki, Gülər Əhmədova sənün bacındır? Belə olan təqdirdə həqiqətlər barədə danışmamalıyıq məgər?
Hər-halda danışmaq lazımdır, çünki bu məsələnin həlli milyonlarla seçicinin taleyi ilə bağlıdır. Dünən axşam internet saytlara yerləşdirilən video-rolikdə təkzibolunmaz şəkildə görünür ki, Gülər Əhmədova ilə ABU-nun rektoru Elşad Abdullayev deputat mandatı qarşılığında pul söhbəti edir. Gülər Əhmədova deyir ki, 1 milyon qarşılığında E.Abdullayevi hakimiyyətin siyahısına saldıracaq. Danışıqdan da göründüyü kimi, həmin məbləğin 500 min manatını alır. İndi biz nə fikirləşək? Ölkədə bütün seçkilər saxtalaşdırılıb? Yoxsa deputatlarımız 500 min qarşılığnda millətin səsini qazanırlar? Bu suallara aydınlıq gətirmək üçün iqtidar mövcud durumda dəqiq və izahlı addımlar atmalıdır. Çünki xalq bir videonun yayılması ilə əməlli-başlı rus dilində desək "izmenaya" düşüb. Bu məsələdə ya videonun qəhrəmanı cəzalandırılmalı, ya da tərəflər bəlli olmalıdır.
Sonda Gürcüstanda cəzaçəkmə müəssisələrində məhbuslara işgəncə verilməsi və onlara qarşı qeyri-insani münasibət göstərilməsi hadisəsini xatırlatmaq istəyirəm. Gürcüstanda məhbuslara qarşı qeyri-insani rəftarın göstərilməsi faktında ölkənin iki naziri istefa verdi. Ədliyyə və daxili işlər naziri yayılan videodan sonra öz işi ilə vidalaşdı. Görəsən Azərbaycanda video-görüntüləri yayılan Gülər Əhmədovanın vəziyyəti necə olacaq?

Bölmənin digər xəbərləri
- 14-05-2019 İşğal altında olan ən qədim və müqəddəs şəhər – Qüds
- 21-09-2018 Möcüzəli “onuncu gün”
- 15-05-2018 Dinamik inkişafın savadsız şagirdləri
- 25-04-2018 Kəndli şəhərə gəlməsin, şəhərli kəndə getməsin?
- 10-02-2018 Quran bizi meymuna yox, insana çevirmək üçün gəlib
- 23-11-2017 3 oyuna 3 qırmızı vərəqə almış qəhrəman `Qarabağ`
- 13-10-2015 Rusiya Əfqanıstandakı məğlubiyyətin intiqamını Amerikadan alır
- 05-10-2015 5 oktyabr - Müqəddəs insanların bayramı
- 06-01-2014 “Ölürəm ay yetim!”
- 08-11-2013 İngiltərədən Azərbaycana Məhərrəmlik dərsi
- 05-10-2013 Bəlkə siz də "Mister Bin" olasınız?
- 18-12-2012 “Ağıllı”lar “ağılsız”lara irad tutur
- 18-12-2012 Mavi dalğalar
- 27-11-2012 Hüseyni (ə) sevək
- 29-10-2012 Azad Mətbuat axtarışında
- 19-10-2012 Nobel Qoyun Mükafatı
- 06/10/2012 HİCABA HÖRMƏT EDƏK
- 27/09/2012 "TÜPÜRÜM SİYASƏTƏ"
- 04/09/2012 SƏSİNİZ GƏLSİN!
- 28/08/2012 RAMİLİ AZAD EDİRLƏR?
- 26/07/2012 BƏLKƏ ŞƏHƏRİMİZ ORUC TUTSUN?
- 03/05/2011 TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...
- 13/12/2010 BƏSDİR DƏ, QARI NƏNƏ
- 30/10/2010 İRAQDA GÖRDÜKLƏRİM
- 04/09/2010 YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)
- 24/06/2010 Azadlıq radiosunun siğə maxenasiyası
- 28/04/2010 Unutqan yəhudilər BİLSİN!
- 18/03/2010 ERGENEKONÇUYA CAVAB
- 26/01/2010 DEBAT HƏSRƏTİNDƏ OLAN TALEH...
- 09/01/2010 10 milyon dollarlıq cinayət
- 26/11/2009 QURBAN BAYRAMINDA YENİ "QURBAN"
- 14/11/2009 Uşaqpulu yoxsa, Arayışpulu?
- 05/11/2009 MƏNƏVİYYATSIZ QƏRAR
- 26/09/2009 Azərbaycan təhsili bu gün
- 25/08/2009 Efirsiz Ramazan