Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

21 Sentyabr

2012
2089
ŞƏHİD TARİXİN QƏLBİDİR

60 illik yubileyini zindanda qarşılayan Hacı Vaqif Abdullayev
yeddinci onilliyin ilk ilini daha müqəddəs məkanda qeyd elədi

"Mən bundan sonra uzağı iki il yaşayacaqdım, nə yaxşı ki,
ömrümün qalanını da Allah yolunda sərf etdim"

(Mərhumun dediklərindən)


"Şəhid tarixin qəlbidir". Bu sözlər dahi mütəfəkkir Əli Şəriətiyə aiddir. Yazımı belə dəyərli kəlamlarla başlamağımın səbəbi tarixin qəlbinə çevrilən ilk hicab şəhidi Hacı Vaqifin doğum günü ilə əlaqədardır.

Bəli, Vaqif Abdullayev həqiqətən tarixin həm dili oldu, həm ürəyi. Təkcə bu adı çəkmək kifayətdir ki, ötən bir neçə ildə müsəlmanların başlarına gətirilən müsibətləri xatırlayasan.

Həmin faciələrin içində Allahın yaratdığı kainatda "yer tapılmadığından" sökülən məscidlər, kəsilən azan səsləri, başlarında hicab olduğu üçün məktəbə buraxılmayan şagirdlərin göz yaşı, geyimində İslami qaydalara uyduğu üçün dərs soruşulmayan və bununla da psixoloji təzyiqlərə məruz qalan tələbələrin haqq səsi, təsəttürünə görə işə götürülməyən xanımların qəzəbi var.

Hacı Vaqif bu ədalətsizliyi göz yuma bilmədi. Ömrünün ahıl çağının olmasına baxmayaraq, Allahın kəlamının ayaqlar altına alınmasına dözmədi, haqq səsini ucaltdı. Onu sındırmaq istədilər. Həbsə atdılar. 60 yaşını orda qeyd etdi. Sınmadı. Şahidi belə, olmadığı halda onun üçün ömürlük həbsə bərabər 11 il iş verdilər, yenə sınmadı. Hər  zaman məhkəmələrdə dəmir barmaqlıqlar ardından ailəsinə dözüm, səbr  iradə eləməsini tapşırdı, nəvələrini oynatdı: "Mən lap yaxşıyam. Narahat olmayın", -dedi. Əslində heç də yaxşı deyildi. Səhhətində bir sıra problemlər var idi. Buna görə dəfələrlə  müalicə də almışdı. Amma özünü tox tuturdu.

Onu sındırmaq üçün astma xəstəsi olduğunu billə-bilə küləklərin tüğyan elədiyi Qobustana yolladılar. Vəziyyəti lap ağırlaşanda şəhərə gətirdilər. Amma son vəsiyyətini etmək üçün balalarını yanına buraxmadılar. Ondan beləcə intiqam almaq istədilər...

Amma Allahı unutduqları üçün bir şeyi anlamadılar. Yaradan hər şeyə qadirdir. Cismani şəkildə bizimlə, ailəsi ilə görüşə bilmədi. Amma  yuxumuza gəldi. Qabağındakı masada cürbəcür nemətlərdən yeyərək, bizimlə şad-xürrəm söhbət elədi. Yerinin lap yaxşı olduğunu dedi və bildirdi ki, bundan sonra uzağı bir neçə il yaşayacaqdı, onu da Allah yolunda sərf etdiyi üçün şaddır.

Burada bir məsələni qeyd etmək yerinə düşərdi. Bu yaxınlarda internet saytlarının birində Evrovision mahnı müsabiqəsinə kəskin etiraz etdiyi üçün fevral ayının 17-də həbs olunan Cəlilabad rayon sakini, ruhani Hacı İlqar Əliyevin məktubunu oxudum. Məktubda deyilirdi: "Mən Hacı Vaqiflə son dəfə may ayının 12-də Kürdəxanı təcridxanasında gorüşdüm. Biz Seyid Fəraməzin imaməti ilə, Hacı Mövsüm, Ruhullah, Dəyanət və digər dustaqlarla birlikdə cəm namazı qıldıq. Ömrümün ən gözəl namazını zindanda qıldım. Namazı qurtarandan sonra Hacı Vaqif mənim alnımdan öpüb dedi: "Mən bundan sonra bəlkə də uzağı 2 il yaşayacaqdım. Nə yaxşı oldu ki, bu 2 il ömrümü Allah yolunda sərf etdim"".

Yuxarıdakı iki hadisəni qarşılaşdıranda, əslində bunun bizə göndərilmiş mesaj  olduğunu anladım. Bəli, atam son anına qədər Allahın dini uğrunda mübarizə apardı və bu yolda şəhid oldu. O, indi cismani şəkildə yanımızdan ayrılsa da, əbədi dünyada bizləri gözləyir. Həqiqətən də "Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir. Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəkləriə fərəhlənirlər. Onlar Allahın nemətinə, lütfkarlığına, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağına sevinirlər"  ("Ali-İmran", 169 - 171).

Şərhlər
Ali tərəfindən 21-09-2012 14:30:56 tarixində yazıldı
"Şəhidə şahid lazım deyil"(İmam Hüseyn Əlihessalam)
Metleb EHmedov tərəfindən 22-09-2012 09:11:56 tarixində yazıldı
Allahin salami ve salavati olsun Peygemebr ve Ali Peygembere.
Salamun aleykum. Bacim bu gozel meqalenize gre Allah sizden razi olsun heqiqetende oxuduqca gozlerim doldu. Allah HAci Vaqif agamiza Rehmet elesin ve bizleri o agamiz kimi Hicabin azadligi ugrunda Sehid olanlardan qerar versin. Allah butun Zindandaki Hicab azadligi ugrunda iceri dusen qardaslarimizin qapilarini acsin. Allah islamin dusmenlerine lenet elesin. o Keslerki mominlere eziyyet edirler Allah onlari ilk novbede hidayet elesin eger hidayetden keciblerse oz Serlerine ducar elesin. Rebbimiz gozumuzun nuru Imam Zaman (e.f.s)-in mubarek Zuhurunu tezlesdirsin ve bizlerin eli ile bu hicab problemini Azerbaycanda hell elesin. Amin . Vessalamun aleykum Rehmetullahi ve Bereketuh..
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 20:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com