SƏSİNİZ GƏLSİN!

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

04 Sentyabr

2012
1485
SƏSİNİZ GƏLSİN!
Azərbaycan ordusunun mərd, xalqımızın igid oğlu Ramil Səfərovun Azərbaycana ekstradisiyası nə qədər sevindirici olsa da, onun azadlığa çıxması ilə bağlı cəmiyyətdə kifayət qədər fikir ayrılığı mövcuddur. Ölkənin iqtidar və müxalifyönlü vətəndaşları Ramil Səfərovu həm tənqid atəşinə tutub, həm də böyük ehtiramla qarşılayıb. Mayor Səfərovun azadlığa çıxmazdan öncə vətənpərvər və cəsur olmasında fikir ayrılığı mövcud deyildisə, ölkəsinə qədəm qoymuş zabitimiz dərhal tənqid atəşinə tutuldu. Tənqidlər çox oldu. Onların arasında "baş əymə", "iqtidarla həmfikir olma" və "cani" kimi təqdim edilmə əsas predmetlərdəndir. Bəzi iradların qəbul isə, sadəcə mümkünsüzdür. Maraqlısı isə budur ki, iradlar, ABŞ-ın Azərbaycanı Ramil Səfərovun azadlığa buraxmasını tənqid etməsindən sonra başlayıb. Bir növ belə təəssürat oyandı ki, bəzi jurnalistlər, siyasilər və gənclər sanki ABŞ maraqlarına uyğun olaraq Ramil Səfərova məhəbbət və nifrət bəsləyirlər. Elə bil Amerika konqresmenləri və ya senatları Ramil Səfərovun ekstradisiyasını müsbət qarşılasaydı və  buna heç bir etiraz etməsəydi, onda həmin vətəndaşlar da keçmiş leytenantımızın vətənə qayıtmasında problem görməyəcəkdi. Amma ABŞ-ın erməniprəsət və işğalçıları dəstəkləmək siyasəti onu göstərdi ki, rəsmi Bakıya Ramil Səforovla bağlı müəyyən təzyiqlər var. Düzdür, bu təzyiqlər geniş və irimiqyaslı olmasa da, hər halda ABŞ erməni zabitini o dünyalıq etmiş Ramilin vətənimizə qayıtmasından narahatdır. Bu narahatlığı bir neçə halla əlaqələndirmək olar. Birincisi, ABŞ digər müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da vətənpərvər ruhiyyənin yaranmasını istəmir, ikincisi isə daima gərginlik yaratmaqla dövlət başçılarına təzyiq edən Ağ Ev, Azərbaycanı idarə etmək istəyir.

Bir məsələni də qeyd etmək istərdim ki, Vladimir Putinə etiraz etdiyi üçün 2 il azadlıqdan məhrum edilmiş "Pussy Riot" rok qrupunun üzvlərinin - hansı ki, onların həbsini ABŞ da rəsmi şəkildə pisləyir - azadlığa çıxmasını istəyən vətənpərvər gənclər ötən gün Rusiyanın ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyası keçirmişdi. Bu ilk belə aksiya deyil. Maraqlıdır, indi o gənclər və ya təşkilatlar haradadır? Niyə Ramil Səfərovun ekstradisiyasını tənqid edən ABŞ və Qərb dünyasına etiraz etmirlər? Niyə Amerikanın ölkəmizdəki səfirliyi qarşısına etiraz aksiyası keçirərək, Ağ Ev rəhbərliyini tənqid etmirlər?

Ağlıma bir neçə ideya da gəlir ki, bunu dilə gətirmək bir az etik olmayacaq. Bəlkə də kimlərsə hansısa ölkənin nəyisə çıxacaq, ona görə bu mövzunu elə burada dayandırmaq istəyirəm. Lakin sonda gənclərimizə çağırış etmək istəyirəm ki, bu vətəni qorumaq bizim müqəddəs borcumuzdur. Gəlin canımız çıxsa belə, səsimizi çıxaraq!
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 05:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com