RAMİLİ AZAD EDİRLƏR?

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

28 Avqust

2012
1531
RAMİLİ AZAD EDİRLƏR?
Yəqin ki, bu yazının başlığını oxuyan hər bir şəxs Azərbaycanın mərd, vətənpərvər və cəsur oğullarından biri - Ramil Səfərovun azad ediləcəyi ilə bağlı fikrə düşdü. Hamı bir anlıq düşündü ki, görəsən Ramili doğrudan buraxırırlar? İnanın bunun reallıq olmasını hamıdan çox bəlkə də mən istəyirəm. Ancaq nə edək, yaşadığımız məmləkətdə Ramil və onun kimilər tez bir zamanda unudulur. Bir çox vacib hadisələr, əhəmiyyətli günlər və eyni zamanda ölməz şəxsiyyətlər bizlər tərəfindən yaddan çıxarılır və ya az diqqətə layiq görülür. Nədənsə biz öz keçmiş və gələcəyimizi qorumaq, sevmək və təbliğ etmək əvəzinə, onu yaddan çıxarmağa meylliyik. Ömrünün gənc illərini vətən və qeyrət uğrunda həbsdə keçirən Ramil Səfərov 35 yaşını qeyd etdi. Bəlkə də Ramilin ad günü olmasaydı,  çox az qisim insan onun sağ olmasını, eyni zamanda qərib ölkədə məhbus həyatı yaşadığını düşünəcəkdi.

Həqiqətən də, 20 faiz torpağı işğal altında olan və 1 milyondan çox məcburi köçkünü olan bir ölkəyə görə  düşmən zabitini cəhənnəmə vasil etdiyi üçün həbsə atılan oğlunu yaddan çıxarmaq qəbuledilməzdir. Bu cür insanları daima yadda saxlamaq, onları təbliğ etmək və ən əsası vətəni üçün vaz keçdiyi hər şeydən vətəndaşlarımıza məlumat vermək lazımdır. Düşünəndə ki, nişanlısından vaz keçən, ana həsrəti ilə yaşayan və qərib ölkədə dustaq olmağı seçən Ramil Səfərov bunları Vətəninə görə edib, insan heyrətə gəlir.

İndi biz belə bir vətən oğlunu demək olar ki, yaddan çıxarmışıq. İldə bir dəfə ad günündə Ramil Səfərovun şəkil və ya video-rolikini yaymaqla əslində biz onu təhqir edirik. Çünki bu insan vətəni uğrunda hər şeyini qurban verib. Amma biz ona bəlkə də bir yarışma qədər də önəm vermirik. "Eurovision" yarışması və ya qızlar arasında keçiriləcək dünya çempionatına göstərilən diqqət qədər Ramil Səfərovun azad edilməsinə diqqət göstərilmir. Bu gün Avropada 77 nəfəri qətlə yetirən sadəcə 21 il həbs cəzası alırsa, demək ki, Ramilin həbsdən çıxmaq şansı o qədər də çətin deyil. Sadəcə bunun üçün çaba göstərmək lazımdır.  Bu isə nə bizim dövlətin, nə də millətin göstərdiyini hələ ki müşahidə etmək olmur.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 05:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com