Bilmirəm gördüklərimə nə deyim, nə yazım? İnanın ki, ölkədə idmanın inkişafından bol-bol danışan gənclər və idman nazirimizin sözlərinə az da olsa şübhə etmirdim, amma gördüklərim ona olan inamımı dərənin dibinə diyirlətdi.
Hər şeyi başa düşmək olar. Ölkənin inkişaf etdiyini, büdcəsinin ilbəil artdığını, müdafiə sisteminin gücləndiyini, Neft Fondunun gəlirlərinin artdığını, yeni körpülərin salındığını, yolların pul bolluğundan ildə bir neçə dəfə dağıdılıb yenidən çəkildiyini, şəhərin gözəlləşdiyini, metroda insanların havasızlıqdan bayıldığını, Nəqliyyat Nazirliyinin marşrutlara yeni və iri tutumlu avtobusları buraxaraq sərnişinlərə xidməti artırdığını, amma nazirlik rəsmisinin avtobuslarda kondisionerlərin qoşularsa insanların səhhətinə mənfi təsir edəcəyini, "badımcan" taksilərində heç bir xidmətin olmadığı halda, yolpulundan əlavə 1 manat xidmət haqqı alınmağını, "Azərsu"nun qarası hələ getməmiş asfaltı qazıb kanalizasiya borusu basdırmağını, 1 milyard dollar xərclə Qəbələdən Bakıya çəkilərək şəhəri fasiləsiz içməli su ilə təmin ediləcəyi söylənilsə də, hələ də Bakının əksər hissəsində suyun fasilələrlə verilməsini, milyonlarla pul xərclənsə də, hələ də işləməyən intellektual idarəetmə sistemini, Kəmaləddin müəllimin helikopterlərinin suyu yanğının üstünə deyil, kənara boşaltmağını, kartofun Cəlilabadda 8 qəpiyə, Bakıda 70 qəpiyə olmağını, buğdanın kilosunun 20 qəpiyə, qarışıq undan hazırlanmış çörəyin 300 qramının 30 qəpiyə olmasını, Azərbaycanda Aİ-98 markalı benzinin 1.50 AZN, Ermənistanda isə 0.88 AZN olmasını, bizdə ən keyfiyyətsiz kağızda vurulmuş 16 səhifəlik ağ-qara qəzetin qiymətinin 0.40 AZN, xarici ölkələrdə isə yüksək keyfiyyətli kağızda və rəngli qəzet 0.25 AZN olmasını, xalqın intellektual verilişlərə deyil, kimin-kiminlə küsülü olmasından, bozbaşı necə bişirməkdən, hansı müğənninin nə vaxt dünyaya uşaq gətirəcəyindən danışan səviyyəsiz proqramlara baxmağını, Milli Qəhrəmanlarına deyil, kino qəhrəmanlarına özlərini oxşatmağını, hərənin öz ofisinin qabağındakı yolun kənarını dədəsinin malı kimi çəpərləyib orada maşın saxlamağa qoymamasını, dövlətdə içməli suyun tonunun qiymətinin 0.30 AZN, plastik qabdakı suyun 0.5 litrinin də 0.30 AZN-ə olmasını və sair. Amma mən bir şeyi başa düşə bilmirəm. Niyə Azərbaycanı Olimpiya oyunlarında təmsil edən 53 idmançının az qala yarısı əcnəbidir? Təsəvvür edirsiniz, Azərbaycanı 5000 metr məsafəyə qaçışda təmsil edən qadının adı Layesdir, soyadı isə Abdullayeva, özü də Əddis-Əbəbədə doğulub.
Cənab Azad Rəhimov, bəlkə deyəsiz görək, finiş xəttinə çata bilməyən Yelena Çalıx nə vaxtdan Azərbaycan vətəndaşı olub ki, o da heç olmasa aldığı pulun müqabilində üstündə bayrağımız həkk olunmuş formanın şərəfini qoruya?
Şəxsən mən olimpiya oyunlarında çıxış edən Azərbaycan "vətəndaşları"nın nə vaxtsa "Səni axtarıram" verilişinə çıxıb atasını axtardığını görməmişəm. Ola bilsin ki, qaçırdığım veriliş var. Bu barədə məlumatı olan varsa xahiş edirəm şərh bölməsinə yazsın, həmin verilişin videosunu tapıb baxım.
Olimpiyada iştirak edən və adlarını müəyyənləşdirə bildiyim əcnəbilərimiz:
Valentin Xristov
Soltan Migitinov
Aleksandr Aleksandrov
Yelena Çalıx
Boyanka Kostova
Xetaq Qazyumov
Camaləddin Maqomedov
Mariya Stadnik
Yuliya Ratkeviç
Şalva Qadabadze
Saman Tahmasebi
Yelena Vıstropova
İvan Stoitsov
Veliçko Çolakov
Dmitri Marşin
Hayle İbrahimov
Layeş Abdullayeva
Sergey Bezuqlıy
Yevgeni Lazuka
dilaver tərəfindən 02-08-2012 22:04:39 tarixində yazıldı |
) |
İdmancının idmancı suuru ve exlaqi olar. Kecen il ev esik bag bagat, 400 min avro mukafat alan dirnaqarasi vetenperver idmancilarin heqiqi uzu gorsendi. Ona gore de bunlari yazib eseb kecirmekdense, basqa seylerden yazmaq daha maraqli ve faydali olar. |
Reyqan Abdulla tərəfindən 04-08-2012 21:13:44 tarixində yazıldı |
Duppeduz |
Aqil Mehdi bəyin fikirləri ilə tam razıyam.Həqiqətəndə mən həmin siyahıda yerli ada rast gəlmədim.necə də düzgün dediniz.Aqil bəy əmin olun mən xoşqədəmin bütün verlişlərinə baxmışam.orda dədəsini axtaran olimpiya iştirakçısını görməmişəm.Fikirləriniz arasında ən çox mənə ləzzət edəni televiziya kanallarında gedən verilişlər haqqında oldu.həmin verilişlər ancaq qarın otarmaqdan ibarətdir.nə isə bu barədə facebookda çox demişəm.sizə uğurlar diləyirəm.yeni yazılarınızı gözləyirik |
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...