Artıq bir ay ərzində doğma şəhərimiz olan Bakıda bir-birinin ardınca bir neçə yanğın hadisələri baş verib. Hadisələrə ötəri baxsaq bunun adi bir yanğınlar olduğunu düşünmək olar. Yox, əgər yanğınları araşdırmalı olsaq, onda xeyli məsələlər ortaya çıxır. Misal üçün, ilk fikirləşdiyimiz variant budur ki, ölkəmizi istəməyən, inkişafımızı götürə bilməyən (əgər varsa) və ən əsası, çiçəklənən paytaxt Bakının böyüməsinə mane olan qüvvələr vardır. Elə həmin qüvvələr istər yerli olsun, istərsə də xarici bu yanğın hadisələrini törədir. Lökbatandakı hərbi baza ilə başlayan, Heydər Əliyev Mərkəzi ilə davam edən və Luna Park ətrafında alovlanan yanğın hadisələri Bakı şəhərinin yanmasına səbəb olur. Bir tərəfdən isti havalar, o biri tərəfdən də yanğın hadisələri onsuz da bişməkdə olan həm şəhərimizi, həm də sakinlərimizi həyəcanda saxlayır. Hamı düşünür ki, görən bu gün Bakının hansı tərəfi barədə yanğın xəbərini alacaqlar. Bu hadisələrdə təqdirəlayiq hal mövcuddur ki, o da Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yanğınlara vaxtında müdaxilə etməsidir. FHN əməkdaşlarının helikopter və ya yanğınsöndürən maşınlarla yanğınları vaxtında zərərsizləşdirməsi sakinlərdə bir qədər rahat nəfəs almağa stimul yaradır.
Maraqlıdır ki, müqəddəs Ramazan ayında yanğın hadislərinin baş verməsini günah etməklə də əlaqələndirmək olar. Mümkündür ki, yanğınların baş verməsində səbəb heç bir xarici və ya daxili qüvvələr deyil, məhz günahların edilməsidir. Ramazan sözünün ərəb dilindən hərfi tərcüməsindən biri də məhz "yandıran" mənasını verir. Elə bu səbəbdən paytaxt Bakının hər gün çoxlu günah etməsi və ya günaha məcbur edilməsi onun sonda yanması ilə nəticələnir. Bəlkə də çoxları üçün bu variant gülünc görsənsə də, şəhərimizin oruc tutmaması variantını səsləndirmək istəyirəm. Təklif edirəm ki, şəhərimiz oruc tutsun, günahlardan uzaq düşsün, bəlkə yanğınlar bu yolla ondan əl çəkmiş olar. Hər-halda bu ideya müstəqil yazarın fikri idi və tənqidləri bu məzmunda qəbul etməyə hazıram.
- 14-05-2019 İşğal altında olan ən qədim və müqəddəs şəhər – Qüds
- 21-09-2018 Möcüzəli “onuncu gün”
- 15-05-2018 Dinamik inkişafın savadsız şagirdləri
- 25-04-2018 Kəndli şəhərə gəlməsin, şəhərli kəndə getməsin?
- 10-02-2018 Quran bizi meymuna yox, insana çevirmək üçün gəlib
- 23-11-2017 3 oyuna 3 qırmızı vərəqə almış qəhrəman `Qarabağ`
- 13-10-2015 Rusiya Əfqanıstandakı məğlubiyyətin intiqamını Amerikadan alır
- 05-10-2015 5 oktyabr - Müqəddəs insanların bayramı
- 06-01-2014 “Ölürəm ay yetim!”
- 08-11-2013 İngiltərədən Azərbaycana Məhərrəmlik dərsi
- 05-10-2013 Bəlkə siz də "Mister Bin" olasınız?
- 18-12-2012 “Ağıllı”lar “ağılsız”lara irad tutur
- 18-12-2012 Mavi dalğalar
- 27-11-2012 Hüseyni (ə) sevək
- 29-10-2012 Azad Mətbuat axtarışında
- 19-10-2012 Nobel Qoyun Mükafatı
- 06/10/2012 HİCABA HÖRMƏT EDƏK
- 27/09/2012 "TÜPÜRÜM SİYASƏTƏ"
- 04/09/2012 SƏSİNİZ GƏLSİN!
- 28/08/2012 RAMİLİ AZAD EDİRLƏR?
- 26/07/2012 BƏLKƏ ŞƏHƏRİMİZ ORUC TUTSUN?
- 03/05/2011 TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...
- 13/12/2010 BƏSDİR DƏ, QARI NƏNƏ
- 30/10/2010 İRAQDA GÖRDÜKLƏRİM
- 04/09/2010 YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)
- 24/06/2010 Azadlıq radiosunun siğə maxenasiyası
- 28/04/2010 Unutqan yəhudilər BİLSİN!
- 18/03/2010 ERGENEKONÇUYA CAVAB
- 26/01/2010 DEBAT HƏSRƏTİNDƏ OLAN TALEH...
- 09/01/2010 10 milyon dollarlıq cinayət
- 26/11/2009 QURBAN BAYRAMINDA YENİ "QURBAN"
- 14/11/2009 Uşaqpulu yoxsa, Arayışpulu?
- 05/11/2009 MƏNƏVİYYATSIZ QƏRAR
- 26/09/2009 Azərbaycan təhsili bu gün
- 25/08/2009 Efirsiz Ramazan