Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

05 İyun

2012
2001
İNSANLIQDAN MƏXLUQA ÇEVRİLİRİK

Bir jurnalist olaraq hər gün onlarla xəbər hazırlayıram.  Lakin bəzən bu məlumatların içində eləsi ilə rastlaşıram ki, əlim bütünlüklə işdən soyuyur, bir neçə gün özümə gələ bilmirəm. Bəzən düşünürəm ki,  kosmosda olsaydım və Yer üzündəki səsləri eşidəcək qədər bəsirətim açılsaydı, yəqin ki, ah-nalələrdən başqa bir şey eşitməzdim. Hara baxırsan, qan-qada, dava-dalaş, müharibə, körpə ölümləri, manyak hücumları, ata fəryadı, ana naləsi...

İnsanlar öz mənfəətləri üçün, hətta 50-100 manatdan sarı kimisə qətl edə bilirlər və bundan da peşimançılıq çəkmirlər: bir müddət əvvəl müxtəlif arzuları, diləkləri olan, ailəsi, dostları tərəfindən sevilən, övladlarının ümidi olan insanın artıq dünyada olmamasını düşünmürlər.


Bəzən isə maddi mənfəətdən ötrü  qeyri-insani hərəkətlər də edilir.


Yaponiya zəlzələsindən sonra faciə ilə əlaqədar olaraq Rusiya telekanallarının birində maraqlı bir proqram hazırlanmışdı. Hadisədən bir neçə il keçməsinə baxmayaraq, orada deyilən bəzi fikirlər hələ də yadımdan çıxmır. Sən demə, Yaponiyanın  ən məşhur və bahalı restoranlarında süni yolla salınmış insan embrionundan yeməklər hazırlanırmış. Və maraqlıdır ki, bu ən çox istənilən qidalar siyahısında imiş. Verilişin sonlarına doğru aparıcı bildirdi ki, yaponlar artıq Allahlıq iddiasına başlamışdılar. Bəlkə də bu zəlzələ onları bir az silkələdi.


Ancaq bu dəhşətli fakt təkcə Yaponiya restoranlarına aid deyilmiş. Məsələn, bu yaxınlarda məlum olub ki, "Pepsi" içkisində də dadartırıcı vasitə kimi
insan embrionlarından istifadə olunur.

Hələ bu harasıdır? Bəzi cild kremləri uşaqlıq ciftindən hazırlanır.


Bəlkə son zamanlar insanların bu qədər qəddarlığınını, hətta vəhşiliyinin səbəbi elə bu istifadə olunanlardadır? Axı faktiki olaraq adam əti yeyilir. Bildiyimiz kimi, insanların yediyi də, onların xasiyyətində özünü göstərir.


Mən uşaq olanda televiziyada tez-tez evi təmizləyən robotlar haqqında filmlər verilirdi. Biz də çox maraqla izləyiridik. Bir dəfə sinifdən xaric oxu zamanı müəllimizə dedik ki, nə yaxşı olardı, hər işi robot görəydi. Onda yaşlı müəllimim üzünü bizə tutaraq dedi: "Bilirsiniz niyə robot müəllimlər hazırlanmır? Bir fikirləşin də, axı hər şeyi kompüterə yazsan, bəlkə bir çox müəllimlərdən də bilikli olar?!".

Biz uşaq sadəlövhlüyü ilə ona baxdıq. Müəllimiz bir az sükutdan sonra dedi: "Çünki onların ürəyi yoxdu.  Dolayı yolla desək elm nə qədər inkişaf etsə də, düşüncə, sevgi, mərhəmət duyğusu yarada bilməz".

Bu gün müəllimimin bu dediyi sözlər yadıma düşür. Və anladım ki, biz nəinki sevgi, mərhəmət duyğularını yarada bilməmişik, hətta olanını da itirmişik, robotlara çevrilmişik.


Bu gün bir cihazın düyməsinə basmaqla Əfqanıstanda, İraqda onlarla məsum körpə öldürülür, Fələstində uşaqlar diri-diri yandırılır və necə deyərlər "dünya ictimaiyyəti də hələ də bu haqsızlığa susur".


Qeyd edim ki, bu saydığım fəlakətlərdə təkcə Qərbi günahlandırmaq düzgün olmazdı. Dünən Suriyada 3 yaşlı körpələr güllələnib, bu gün isə 50 kişinin başı kəsilib. Amma qonşu "müsəlman" Qətər düşmənin dəyirmanına su tökür, Səudiyyə kralı növbəti qızıl təyyarəsinin yeni dizaynı haqqında fikirləşir. Niyə, çünki məndən ötdü, qardaşıma dəydi  xəstəliyi yayılıb.

İndi deyəcəksiniz ki, bu sadaladıqlarım xarici ölkələrə aiddir. Ancaq narahat olmayın, Azərbaycan da bu məsələdə geri qalan deyil.

Bu gün hələ də Ermənistanda əsirlikdə olan gəlinlərimiz təcavüzə uğrayır, onların dünyaya gələn körpələrinin daxili orqanları isə İsrail vasitəsilə dünyaya satılır. Biz isə Azərbaycana gələn xarici vətəndaşın ölkəmizin daimi qürur mənbəyi olan Qız qalamızın deyil, qızlarımızın gözəlliyindən danışması ilə, yad bir kişinin ana-bacılarımıza baxması ilə fəxr edirik...

Siyahını neçə dəfələrlə uzatmaq mümkündü. Amma məncə bir cümlə ilə nə demək istədiyimi anlada bilərəm: Doğrudan da bizlər ali insanlıqdan nəyin bahasına olursa olsun yaşamaq, əylənmək istəyən şüursuz məxluqa çevrilməyə doğru gedirik.


Şərhlər
mehdi musayev. tərəfindən 09-06-2012 16:39:53 tarixində yazıldı
salam.düzdü ki,sözlərinizdə həqiqət var.lakin,əməlsiz alimin sözünün təsiri də olmaz.siz əvvəlcə islam şəriətində qadının makiyaj edib naməhrəmlər qarşısına çıxmasının haram olduğu hökmünə diqqət edin.xahiş edirəm sizdən.biz müsəlmanların bəlası ən əvvəl şəriətə əməl etməməkdir hələ
Letafet R-va tərəfindən 16-06-2012 10:09:52 tarixində yazıldı
ALLAH razi olsun.duwundurucudur...
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 19:54



  (+994 55) 786-96-84

  faktx[email protected]

Valyuta.com