Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

03 Aprel

2012
1188
QƏFLƏT İÇİNDƏ OYNAYIB ƏYLƏNƏNLƏR
Aprelin 1-i bütün dünyada Gülüş günü kimi qeyd olunur. Bu tarixdə insanlar bir-birləri ilə zarafat edərək əylənir, bəziləri isə daha uzağa gedərək qarşısındakı ilə istehza edərək başqalarının  yanında onu pis vəziyyətə qoymağa çalışırlar. Təsadüfi deyildir ki, bir çox ölkələrdə bu tarix məhz "Axmaqlar günü" kimi də tanınır.

Əlbəttə, gülmək insan təbiətinə xas xüsusiyyətdir. Bizlərin  sevindirici bir xəbər, yaxud maraqlı, xoş bir hadisənin qarşısında gülməyimiz təbiidir. Gülər üzlü olmaq qəlbə həyat verir, insanları  mehribanlaşdırır, onlar arasında yaxınlıq meydana gətirir, dostluğu gücləndirir, düşmənçiliyi, şeytandan gələn  nifrəti, qəzəbi, küsgünlüyü yox edir. Qurani-Kərimin "Nəcm" surəsinin 43-cü ayəsində "Güldürən də, ağladan da Odur" buyurulur. Bu ayə həm insandakı hər iki emosional  xüsusiyyətin təbiiliyini, həm də eyni varlıqda zidd təbiəti yaradan Qüdrətin böyüklüyünü göstərir.

Lakin hər yerdə olduğu kimi burada da orta mövqeyni qorumaq çox vacibdir. Belə ki, çox gülmək insan  şəxsiyyəftini zədələyir, vacib məsələləri ciddiyə almamasına səbəb olur, beləliklə də qəflət əhlinə çevirir. Qurani-Kərimdə yersiz gülməyə aid bir çox ayələr gəlmişdir: "İndi siz bu kəlama (Qurana) təəccübmü edirsiniz? Həm də gülürsünüz, heç ağlamırsınız! Siz (qəflət içində) oynayır-əylənirsiniz (ona etina etmirsiniz)" ("Nəcm", 59-61). Digər bir ayədə isə deyilir: "Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər qatmışdı ki) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz" ("Muminun", 109-110).

Hədislərin birində Həzrət Mühəmməd (s) insanların qəflətdə olduğunu xatırlatmaq üçün buyurmuşdu: "Siz mənim bildiyimi bilsəydiniz, az gülər, çox ağlandırnız"

Məsumlardan gələn bir hədisdə isə deyilir: "Allahın ondan razı olduğunu bilib-bilmədiyi təqdirdə, qəhqəhəylə gülən şəxsə məətələm".

Bəzən isə gülmək üçün zarafatlardan isttifadə olunur. Əlbəttə, zarafatlaşmaq ovqatın yüksəlməsinə səbəb olur, amma bu şərtlə ki, onda başqalarının hüquqları pozulmasın. Həm Peyğəmbərin (s), həm də din rəhbərləri olan məsum imamların (ə) həyatında, bəzən, zarafatlara rast gəlmək mümkündür.

İmam Sadiq (ə) Həzrət Məhəmməddən danışarkən buyurub: “O həzrətin məhəbbət və mehribanlıq nümunələrindən biri onun öz səhabələri ilə zarafatlaşması idi. (O bunu edirdi) ki, əzəmət və böyüklüyü onları tutmasın, ona baxa və istəklərini onun yanında söyləyə bilsinlər. Peyğəmbər (s) səhabələrindən birini kədərli görəndə zarafat edərək onun kefini açardı”.

Lakin bəzi şəxslər zarafat adı ilə başqalarını alçaldılır, onlara haqqında qeybət və bəzi hərəkətlərini də məsxərəyə qoyur "(Musa) möcüzələrimizi onlara gətirər-gətirməz onlar bu möcüzələrə lağ edib gülmüşdülər" ("Zuhruf", 47).

Qurani-Kərimdə insanlar arasında düşmənçiliyə yol açan bu hərəkətlər pislənilir və hər bir şeydə olduğu kimi, burada da əvəzlərinin alacağı buyurulur: "Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. (Mö’minlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər. Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar. Onlar (möminləri) gördükdə: "Doğrusu, bunlar (haqq yoldan) azanlardır!" - deyirdilər. Halbuki onlara (möminlərə) nəzarətçi göndərilməmişdir. Bu gün isə möminlər kafirlərə güləcəklər. Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər). Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)", "O gün bir çox üzlər parlayacaq.  Güləcək, sevinəcəkdir. O gün bir çox üzlərə isə toz-torpaq qonacaq. Onları zülmət (yaxud his) bürüyəcəkdir. Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!" ("Əbəsə", 38-41).

Yuxarıdakı ayə və hədislərdən aydın oldu ki, zarafatlar  yerində və müvafiq zamanda edilməlidir. Bu halda insan həyatına xırda da olsa sevinc gətirmək, problemləri nisbətən yüngülləşdirmək mümkün olur. Yersiz zarafat isə onu edən şəxsə qarşı hörmətin və sevginin azalmasına səbəb olur.
Şərhlər
Mutellim tərəfindən 17-04-2012 12:32:29 tarixində yazıldı
mektub
Allahinsalami olsun size Allah sizden razi olsun
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 20:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com