Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

06 Mart

2012
1047
UŞAQLARIMIZDA `QADAĞAN OLUNMUŞ MEYVƏ` SİNDROMU YARATMAYAQ
Bu ölkədə uşaqların harada, kim tərəfindən korlandığı soruşulsa heç kimin təxmin edə bilməyəcəyi bir cavab çıxar ortaya. Elə özümüz tərəfindən. Bəli, biz özümüz də bilmədən onları real həyatdan çox virtual aləmə yönləndiririk.

Belə ki, bəzən bir iş görərkən, ayaq altından uzaq olsun, səsi çıxmasın, ağlamasan deyə uşağı televiziyanın qarşısına qoyuruq.  Bu, bizim onlara qarşı edilə biləcəyimiz ən böyük pisliklərdən biridir.

Çünki vaxtının çoxunu televiziya qarşısında keçirən uşaqlar real həyatla fantastikanı bir-birindən ayıra bilmirlər. Əlbəttə, müasir dünyada bu informasiya alətini tamamilə həyatımızdan çıxarmaq qeyri-mümkündür. Amma uşaqları da qorumalıyıq. Bəs nə etməli?

Çox düşündükdən və müəyyən müşahidələrdən sonra bu məsələdə bir çıxış yolu gördüm: Övladlarımızı qorumağın yeganə yolu ölçüdü.

Düşüncələrimə bir az da aydınlıq gətirim. Bəzən övladlarını pis təsirlərdən qorumaq istəyən ailələr televiziyanı tamamilə qadağan edirlər. Amma bu, tamamilə yanlış addımdır. Çünki "qadağan olunmuş meyvə" biz insanlarda hər zaman marağa səbəb olub. Böyüklər bu barədə nəfslərinə üstün gəlsələr də, uşaqlardan bunu gözləmək düzgün olmazdı.
Bəli, qəbul edək ki, televiziya uşaqların həyatında əsl əyləncədir. Və bunu yasaqlamaq onun cazibəsini daha da artıracaq.

Elə özümüzdən götürək. Televiziyanın yeri bizim yuvamızda hardadır? Təxmin ediləcəyi kimi, evin ən çox istifadə edildiyi, ailə fərdlərinin hamısının bir yerə toplandıqları otaqda. Bəs otağın içində hansı tərəfdədir? Əlbəttə ki, ən mərkəzi yerində. Bəs bizim üçün bu qədər əhəmiyyətli olan bir şeyi uşağın bir kənara atmasını necə gözləyə bilərik?  Belə olan halda uşağın televiziya barədə düşüncəsi  bu olacaq: Televiziya imtina edilməzdir. Deməli ilkin addım kimi, onu otağın uzaq küncündə yerləşdirməliyik.

İkincisi, uşaqlarla televiziyanı izləyə bilmə saatı müəyyənləşdirin. Bir gündə neçə saat, həftə sonu neçə saat və hansı mövzularda verilişlər olmalıdır, bunu uşaqla  müzakirə edin və ortaq biri razılığa gəlin. Hansı verilişə, nə səbəbə baxmadığınızı da ona açıqlayın.

Uşağın yataq otağına qətiyyən televiziya qoymayın. Əgər varsa da, çıxarın. Ümumiyyətlə televiziya hamının ortaq seyr edəcəyi yerdə (mərkəzdə olmama şərtilə) yerləşdirilməlidir.

Bundan əlavə, ailənin bir olduğu vaxtlar televiziyaya baxmaq yerinə söhbət eləmək, müzakirələr aparmaq, oyun oynamaq və sair bu kimi fəaliyyətlər daha vacibdir.

Bəzən valideynlər bir səhvə də yol verirlər. Uşaqları bir işi görməyin müqabilində televizora baxmağı vəd edirlər. Bundansa, onunla xoş vaxt keçirə biləcəyiniz parkı vədələşdirin (hətta bir neçə gün sonra olsa belə).

Həmçinin onlara seçim imkanı da tanıya bilərik. Məsələn tapşırığı tez və düzgün yerinə yetirəcəyi halda, qalan vaxtını televiziyada maraqlı bir şeyə baxa biləcəyini söyləyə bilərsiniz. Bu zaman onun seçim imkanı olur. Həmçinin qadağa məsələsi də ortadan qalxır.

Onları  televiziyadan uzaqlaşdırmaq istəyərkən hökmlü xəbərdarlıqdansa, şirin sözlər daha təsirli ola bilər. Məsələn, "televiziyanı bağlayıb, dərslərini eləməyin (təkrarlamağın) məni çox sevindirdi" cümləsi "dərsini eləmədiyin halda niyə televizorun qabağına keçmisən"dən daha təsiredici qüvvəyə malikdir.

Övladlarınızın məktəb, yaxud sinif yoldaşları ilə tez-tez vaxt keçirməsinə də çalışın (əlbəttə, gizli nəzarət şərti ilə). Bu uşaqlarda qavrayışı sürətləndirən oyun oynamağın televiziyadan  daha maraqlı olduğunu göstərəcək.
Şərhlər
Ilkin Bayramov tərəfindən 17-03-2012 19:15:00 tarixində yazıldı
___
Allah razi olsun sizin kimi xanimlardan yazan elleriniz var olsun Amin InsAllah!
Tural tərəfindən 29-03-2012 11:33:51 tarixində yazıldı
Sehv fikir
YAzdiqlarinizi oxudum, amma deyesen siz hele valideyn deyilsiz? fikirleriniz yaxsidi amma sehv ve menasizdir, bir cox yerlerde fikrinizi tamam qarisdirmisiniz, daha dogrusu movzu yaxsi movzudu amma onu ideallasdirib sonra yazmaq lazim idi. Tesekkurler!
Emilya tərəfindən 31-03-2012 11:19:38 tarixində yazıldı
Hamının düşüncesi eyni olmaya biler. Sizi məqalədə hansı məqam daha cox maraqlandırır deyin, gelen yazımda o məsələyə daha cox yer verim
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 17:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com