Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

11 Fevral

2012
1600
İNDİ ADAMLARI HƏYAT ÖLDÜRÜR!!!
Bu günkü yazımda intihar məsələsinə və onun doğurduğu səbəblərə toxunmaq istəyirəm. Səbəbi isə...

Rəsmi mənbələrin verdiyi məlumata görə, təkcə yanvar ayında 36 intihar hadisəsi qeydə alınıb. Ən faciəlisi isə özünü öldürənlərin 3-ü məktəbli uşaqlardır.

Qeyd edim ki, nə yeniyetmələrin, nə də yaşlı insanların özlərinə qəsd etmələrinin səbəbləri açıqlanmır.

Ancaq məsələyə ümumi yanaşdıqda evdə valideynlə yola getməməzlik, sevdiyi şəxsdən rədd cavabı almaq, ailənin dağılması, xəyanət, övlad vəfasızlığı və sair kimi səbəblərin olduğunu görərik.

Maraqlıdır, bu yuxarıda sadaladığım problemlər elə əvvəllər də olub. Bəs o zaman niyə intihar halları "yox" sayılacaq qədər az idi?

Bu barədə araşdırma apardım və belə nəticəyə gəldim ki, intihar yaşının gəncləşməsinin və artmasının səbəbi ailə tərbiyəsində olan çatışmazlıqdır.

Günümüzdə sosial durumla əlaqədar olaraq hər iki valideyn işləmək məcburiyyətindədir. Beləliklə uşaqlar bütün günü evdə sahibsiz qalır, səhərdən axşama qədər mənasız verilişlərə, əxlaqsız seriallara baxırlar. Qeyd edim ki, bu filmlərin bir çoxunda intihar hadisələrinə tez-tez rast gəlmək olur. Həmçinin cinayət işi ilə əlaqədar xəbərlər də tam təfərrüatı ilə təqdim olunması uşaqlar və yeniyetmələr üçün ən pis nümunələrdəndir.

Qeyd etmək yerinə düşər ki, kitab üçün pulu artıq məsrəf hesab edən biz, əslində nə qədər böyük səhvə yol verdiyimizi sonra anlayacağıq. Çünki ailə dəyərləri, səbr, əxlaq mövzusunun yer aldığı əsərlər  insanları çətinliklər qarşısında mübarizəyə səsləyir, onların tərbiyəsində əhəmiyyətli yerlərdən birini tutur.

Axşam valideynlər işdən qayıtdıqda isə o qədər yorğun olurlar ki, nəinki uşağı ilə maraqlanmır, hətta onu başından eləyir ki, məni sakit burax. Özlüyündə isə düşünür ki, yeməyini-içməyini verirəm, heç kəsdən əskik geyinmir, nə istəyir onu da alıram, daha bir uşağa bundan artıq nə lazımdır?

Sonra isə daha böyük səhv edərək, valideynlərinin laqeyidliyindən şikayət edən uşağa bütün bu düşündüklərini deyir. Beləliklə məktəbdə, yaxud da şəxsi həyatında problemi olan uşaq valideyndən uzaqlaşır, özünə qapanır və bu dünyada tənha olduğunu düşünür, həyatın tam mənasını, dünyaya niyə gəldiyini dərk etməyərək özünü dərin mənəvi boşluqda hiss edir. Unuduruq ki, bizim üçün problem sayılmayan məsələlər onların dünyasında ən böyük fəlakət sayılır.

Yanvar ayında 3 uşaq intihar edib!!!

Bu statistik göstərici fəlakət xəbərçisi deyilmi? Heç olmasa 5 dəqiqə bu məlumat üzərində dayanıb, fikirləşək, məktəbli uşağın problemi nə ola bilərdi ki, o həyatına qəsd edib? Nə bilək ki, sabah bizim də başımıza bu işlər gəlməyəcək?  Əgər fikirləşərsəz ki, bu sözlər mənim ailəmə aid deyil, böyük səhv etmiş olarsız. Məsəl var, deyərlər: "Heç vaxt "heç vaxt" demə".  Bu düşüncələri özümüzdən uzaqlaşdırmaqdansa, səhvlərimizin üzünə dik baxmalı, ailəmizə dərindən nəzər salmalı, övladlarımızın balaca dünyasına nəzər salmağı öyrənməliyik.

Çünki övladların fikirləri ilə maraqlanmayan  ailədə böyüyən uşaq intihar etməsə belə, ürəyində artıq dərin boşluq yaranır. Axı dünyaya gəlişinin əsl səbəbini anlamır. Beləliklə də elə ilk imtahanda da təslim olur, bünövrəsi zəif olduğundan zəif küləkdə belə dünyası yıxılır. Çıxış yolunu intiharda görür.

Bir məsələni də xatırlatmaq yerinə düşər. Övladlarına qarşı laqeyid olan ailədə böyüyən uşaq onun problemləri ilə kimsənin maraqlanmadığını gördükdə, bəzən əks təsir yaranır.  O, həyatda irəli getmək üçün inadkarlıqla çalışır. Əlbəttə, bu yaxşı haldı. Lakin valideyn sevgisindən məhrum uşaq barədə eyni qətiyyətlə bu sözü demək olmur. Çünki o irəli getmək üçün sevgini, mərhəməti, bir sözlə, özündə yaxşı olan bütün hisslərini öldürür, beləliklə, qəlbi qəsavət bağlayır. Qarşısında ancaq bir məqsəd olur: Nəyin bahasına olursa-olsun, böyük adam olmaq.

İrəliləmək üçün  insanları tapdalayaraq keçən bu şəxs, vaxt gələndə öz valideynlərini də ayağı altında əzir: Onları ya küçəyə atır, ya həyatı ilə maraqlanmır, ya da qocalar evinə göndərir. Yaşlı valideynlər də digər ahıllara baxaraq, ağlayır, "mən harda səhv etdim" əvəzinə, övladının vəfasızlığını düşünür.

Əlbəttə, bu sadaladıqlarımdan istisna hallar da mövcuddur. Məsələn, vaxtilə bir otağa 11 övladını yerləşdirən, onların rifahı üçün özünü unuduraq hər əziyyətə dözən valideyni, zaman gəlir, 11 uşaq bir otağa yerləşdirə bilmir. Ancaq bu ayrı söhbətin mövzusudur.

Mən bu gün yazımda əsasən valideyn laqeyidliyinin gətirdiyi fəsadlardan söhbət açdım. İnşəallah ki, bir daha öz ailəmizə dərindən nəzər salar, nə qədər gec deyil səhvimizi düzəltməyə çalışarıq.
Şərhlər
elnare agaali baci tərəfindən 11-02-2012 22:56:07 tarixində yazıldı
allah sizleri valideyninden ayiranlari sevdiklerinden ayirsin
ceyhun zeynalov tərəfindən 14-02-2012 12:50:09 tarixində yazıldı
menim fikrim
salam mənim fikrimcə hər bir uşag kucədə ozunu necə aparirsa deməy belə gorub evdə pis ovlad olmur pis tərbiyə olur valideyində soyug yanaşir sorada nəticədə gorurki artig gecdi bu gunki tebligat azdir cavanlarin coxuda 95 faizi meyillidir bekara mənasiz avaraciliga gulaginda nauşnik saclarida it gunundə bunun geleceyi nolacag onlar ozleri canli meyitdilərdə validendə hacan ayilir əyər ayilsa onda uşe gec olur hələ bulara gizda verirler baxin ans tv də baxin nəcur şəraitdə evlənirlər mən olari elə gorəndə and olsun allaha utaniram namus geyrət deyilən bir şey var validen ozu begiryətdisə uşagida yezit olar sagolun
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 19:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com