Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

30 Noyabr

2011
3204
`İMİC` XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Bu yaxınlarda ANS-in "Günəbaxan" verilişində bir hicablının danışdığını gördüm. Söhbətin nədən getdiyini anlamaq üçün dayandım. Və elə bir şeyin şahidi oldum ki, bilmədim, güləm, ya ağlayam. Bu hicablı şəxs... "kişi" imiş. Onun şəxsiyyəti ilə işim yoxdur, çünki bu elə bir məsələlərdəndir ki, Allah qarşısında hər kəs özü cavab verməlidir. Məni narahat edən başına hicab bağlayaraq, bunu "imic" adlandırması idi. Çünki bu, yuxarıdakından fərqli olaraq təkcə şəxsin özünə yox, ətrafına da təsir göstərir. Özünü stilist adlandıran Samir adlı bu kəsin məqsədinin isə sadəcə gəncliyi öz gününə salmaq olduğunu söyləsək, yəqin yanılmarıq.



Gənclik - cəmiyyətin güc mənbəyi və gələcəyimizi  təmin edən ilahi bir əmanətdir. Ədəbli və tərbiyəli bir gəncliyə sahib olan millət sabaha ümidlə baxar.

Dövlətimizə, millətimizə, dinimizə düşmən olanlar isə bu neməti əlimizdən almağa çalışırlar. Özü də aram-aram.

Əvvəllər Azərbaycan gəncliyi öz mərifəti ilə hamı tərəfindən tanınırdı. Hətta ateist sovet hökuməti belə, bunu əlimizdən ala bilmədi. Yadımdadır, deyirdilər ki, keçmiş Sovet məkanında avtobusda, yaxud metroda kimsə durub yaşlılara, xanımlara, əliuşaqlılara yer versəydi, hamı bu şəxsin azərbaycanlı olduğunu anlayırdı. Düşmənlərin birinci addımı bu mənəvi zənginliyi əlimizdən almaq oldu. Xanımlara yer verməməyin təbliğatı başlanıldı, deyildi ki, "gender bərabərliyidir". Bunun ardınca qocalar görməməzliyə vuruldu: gənclər ya gözlərini yumaraq iPad-dakı musiqiyə qulaq asır, ya da başını dizinə birləşdirərək, telefonla oynayır.

Bunun ardınca küçədə nəsə alıb yemək dəbə düşdü. Atam həmişə evə kağız torbada ərzaq alardı ki, birdən məhlədə kimsə görər, ancaq almağa imkanı olmaz. İndi isə gənclər dönərin mayonezi damlada-damlada yeyərək, əlini pul üçün uzadan, gözü  isə isti çörəyin arasından görünən yağlı ət tiklərində qalan dilənçiyə əxlaq dərsi keçir, "get işlə, pul qazan. Mən sənə pul versəm, tənbəl öyrədərəm, elə həmişə əlini açarsan", -  deyir. Bu yerdə Lev Tolstoyun sözü yadıma düşdü: "Hər kəs insanlığı dəyişdirməyi düşünür, amma heç kim əvvəl özünü dəyişdirməyi düşünmür".

Deyəsən söhbətdən uzaqlaşdım axı... Nə isə dövlət, din düşmənləri bu dəfə namus məsələsini insanların beyinlərindən uzaqlaşdırmağa başladılar. Məktəbdə uşaqlar bayram tədbiri keçirərək, 10 il bir yerdə oxuduqları "qardaşlarının" təkidi ilə ilk içkinin dadına baxdılar, sonra rəqsə başladılar, arxası isə bir çox hallarda faciə ilə bitdi. İndi bəziləri deyəcək ifrata varıram, yadınıza salım ki, 2000-ci illərin əvvəllərində Masallıda "son zəng" tədbirindən sonra 10-dan çox qız özünü asmışdı.

Yaxud da rayondan valideyninin qəpik-qəpik yığaraq böyütdüyü, sonra oxumaq üçün Bakıya göndərdiyi övladları uzağı bir aydan sonra universitetdən qayıdanda yollarını bardan salırlar.

Bəli, gənclərimiz həqiqi elm, sənət, din və əxlaq mədəniyyətindən məhrum buraxılaraq, nəfsi istəklərin və mənəvi böhranların düyünləri arasına qalıblar. Bu gün elm, inam, sevgi öz yerini xəyal, xəyanət,  bəzən də ruh düşkünlüyünə verib. Artıq gənclərimiz xoşbəxtliyi çox fərqli istiqamətlərdə mənalandırmağa başlayıblar. Onlar üçün pul, şöhrət, mövqe və nəfsi istəklər hüdudsuz səadətin tək yolu kimi görünür.

O gün mənə əziz olan bir xanım daha bir məsələnin incəliyindən danışdı. Deyir əsgərlik çağı oğlanların ən pis yaş dövrüdür. Bu elə bir zamandır ki, onlar tər ağaca bənzəyir və hansı tərəfi istəsən əyilər. Uşaqlarımız hərbi xidmətdə komandirləri tərəfindən təhqir olunur və məcbur edilir ki, bu məsələ sükutla qarşılansın. İş o yerə çatıb ki, hamı ata-ana söyüşünü laqeydliklə qarşılayır. Bu isə qeyrətsizliyə gətirir. Sabah xidmətdən qayıdan uşağın anasının yaylığına, bacısının namusuna sataşdıqda buna laqeyd yanaşır. Bəli, gəncliyimiz məchulluğa, ümidsizliyə doğru gedir. Hamı isə susur.

Əvvəllər  satqınlara "get başına ləçək bağla" deyərdilər, indi isə "kişinin" başına yaylıq bağlaması "imic" sayılır.

Vallah, artıq Yer də insan qiyafəsindəki məxluqların bu hərəkətinə dözmür, onları zəlzələlərlə silkələyir, üzünə leysanlarla su vurur ki, ayılsın, amma nə fayda...

Dövlət düşmənləri isə bu həqiqəti görən həqiqi insanların timsalında Hacı Mövsümləri, Hacı Vaqifləri, Hacı Fəramizləri... susdurmaq üçün onları zindanlara atır, dalıyca da əlinin dodağının üstünə qoyub rəhmətlik Mirzə Sabirin şeirini deyir:

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın...
Şərhlər
AR tərəfindən 30-11-2011 13:29:42 tarixində yazıldı
Cemiyyettde bele biabrchi insanlar choxdur.Bu "stilist" de onlardan biri. Amma bunun kimileri chixarib "stilist " kimi teqdim edib, "Ay camaat qulaq asin,bunun dediyine.gorun ne yaxshi "ideyalari" var " deyenlerdedir gunah mence. Kim buna stilist deyirse ele o da bunun kimilerdendir yeqin. Bunu Azerbaycan KIV Azerbaycan tamashachisina teqdim edirse,daha ne sozum ... Allah ozu hifz elesin...
Yamin tərəfindən 06-12-2011 13:35:47 tarixində yazıldı
Şərh
Hörmətli Emilya Siz o samir dediyinizi niyə günahlandırırsınz ? Həyatda o qədər elələri varki; Günah onları ora çıxarandadır ! Bir zamanlar ANS Telekanalında "Dahilərin divanı" adlı verliş verilirdi. Əvvəla deyim ki, Dahiləridə SMS-lə seçirdilər. Verlişlərin birində söhbət Dahi ŞAH İSMAYIL XƏTAİ (ALLAH RƏMƏT ELƏSİN) haqqıda gedən zaman o dövrədək çox hörmət bəslədiyim Flora xanım "Вы что говарите ŞAH İSMAYIL XƏTAİ kim olub ki" ifadəsi işlətdi. Mən ondada günah görmədim. Yenədə deyirəm - günah onları ora çıxarandadır !
qayyum tərəfindən 10-12-2011 19:47:52 tarixində yazıldı
Eline saqliq,Emilya xanim!!
elnare agaali baci tərəfindən 13-12-2011 15:19:32 tarixində yazıldı
halaldir giz geyretine
kaw ki samir kimi oglanlar seni kimi geyretin hec olmasa ne oldugunu bileydiler
Hesen tərəfindən 13-12-2011 20:53:56 tarixində yazıldı
Hormetli Emilya xanim! Yazinizdaki sonuncu bendden basqa butun yazdiqlarinizla raziyam Amma bu da heqiqetdirki- Turbanin ve tip bas baslamagin islam dini ile hec bir elaqesi yoxdur
taleh tərəfindən 30-12-2011 18:08:20 tarixində yazıldı
ar olsun
gunah onlarda deyil gunah tv kanallardadiki bele adamlari televizora cixardirlar ar olsun bele adamalara
ceyhun zeynalov tərəfindən 05-01-2012 18:40:52 tarixində yazıldı
mənim fikrim
billirsiz hormətli yamin mən bilmirəm siz gadinsiz ya kişi cunki adiniz məni caşdirir nə isə vəziyət belədir televiziya şeytanin yuvasidi bəs sənin təgvana nə gəlib ora gedirsən elə bil magazada donuz əti satilir bilirsən haramdi niyə alirsan
Aynur tərəfindən 23-01-2012 15:04:39 tarixində yazıldı
"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Hara gedirik goresen?!! Genclerimiz get gede cilizlasir. Hamile gadin gorende bele veclerine gelmir. yasli, usag, gadin ayirmirlar. eger budursa muasirlik, men muasir olmamaga ustunluk verirem. Oglanlarimiza bax!! Adamin eti tokulur. Biri var zorik, adam ona baxanda ne fikirlesdiyini de bilmir. ozunu basgalarina numune gosterir. deyir ki men kumirem. biz de belelerine baxirig. onu efire buraxan fikirlesmir ki, bele kimilerine usaglarimiz baxir. onu maraghlandiran yalniz ve yalniz reytingdir. teessuf ki, reyting de ancag beleleri ile yukselir. bizim usagligimizda senzura diye bir sey var idi:((
nicat memmedov tərəfindən 26-01-2012 19:31:00 tarixində yazıldı
essalamu aleykum
duz soze ne deyesen INSALLAH onlar hamisi oz cavablarini alacaqlar basimizi yere soxublar bular efide her sey verirler ele seyler verirler ki and olsun adam xecalet cekir. cox sagol ki bu movzuya toxundun ALLAH senden razi qalsin "Emilya" xanim.
Elvin tərəfindən 28-01-2012 13:18:31 tarixində yazıldı
Ilk novbede size ve sizin qisminizde butun Xanim Fatimeyi Zehranin hicabin layiqince qoruyanlara Allahin salami olsun.Bu bas alib geden biyabirciliq duzelen deyil Emilya xanim size gozel bir misal cekim:bir agac ekin ve onu 1gun,2gun,3gun,1ay,5aydan sonra gelin cixardin.Cixardacaqsiz amma 1 il sonra ve yaxud 5il sonra artiq gecdi agac kok salib Emilya xanim neyinki siz hec kim onu cixarda bilmez.Hem agac kok salir hemde sizin yasiniz otur evvelki gucunuz,quvvetiniz qalmiyib.Bizdede beledi artiq gecdi ancaq Qiyameti gozlemek qalir Insallah bizede dua elemek dusur.Allah sizi qorusun.
gunduz tərəfindən 01-02-2012 17:00:31 tarixində yazıldı
salam
HELE SHUKRKI SIZIN KMI QEYRETLI IMANLI , ELAQLI QADINLARIMIZ QALIB , AMMA NEYNEYEK ICTIMAI QINAQ BIZDE QUVVEYE MINSEYDI ELE OZUM ONU BOGUB OLDURERDIM, HEYFKI BELE SHEY YOXDU BIZDE , EDAM EDILMELIDIR ELE INSANLAR , BAXMAYARAQKIM MEN EDAMIN HEMISHE ELEYHINE OLMUSHAM AMMA BU ADAM IMENNI EDAM EDILMELIDIRKI , BASHQALARINA DERS OLSUN
Rovshan Isayev tərəfindən 18-06-2012 17:17:05 tarixində yazıldı
serh
Halaldi size xanim hamisi oldugu kimidi cemiyyet çox korlanib bunun neynen biteceyi çox pis olacag
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 20:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com