II
Əbdulhəmid (21 sentyabr 1842 - 10 fevral 1918), Osmanlı İmperatorluğunun
34-cü padşahı və 99-cu İslam xəlifəsidir. Sultan Əbdülməcidin oğuludur.
Hələ 10 yaşındaykən anası Tirimüjgan Sultan ölüncə, onun qayğısına
qalmağı Əbdülməcidin digər uşaqsız həyat yoldaşı Piristu Qadın Əfəndi
boynuna götürür. Piristu Qadın Əfəndi, Əbdulhəmidi öz uşağı kimi
böyüdür. Atasının ölümündən sonra yerinə keçən əmisi Əbdüləziz digər
şahzadələrlə birlikdə Əbdülhəmidin təhsiliylə də yaxından maraqlanır.
Əmisi Əbdüləzizin 1876-cı ildə taxtdan endirilməsi və şübhəli vəziyyətdə
ölümü, böyük qardaşı V Muradın taxta çıxarıldıqdan üç ay sonra ruhi
satrsıntı keçirdiyi iddiasıyla vəzifədən çıxarılaraq, Çırağan Sarayına
həbs edilməsi hadisələrinə şahid olur. 31 avqust 1876-cı ildə padşah
elan edilir və 7 sentyabr günü böyük qardaşının yerinə taxta keçir.
33 il padşahlıq etdikdən sonra 27 aprel 1909-cu ildə taxtdan endirilir. 3
il Selanikdəki (İndiki Yunanıstan ərazisindəki liman şəhəridir - A.M.)
Alatini Köşkündə ev dustağı edildikdən sonra 1912-ci ildə İstanbuldakı
Bəylərbəyi Sarayına gətirilir. 10 fevral 1918-ci ildə İstanbulda vəfat
edir. Məzarı, babası üçün Divanyolunda tikilmiş Sultan II Mahmud
Türbəsindədir.
Bu Osmanlı Sultanı II Əbdülhəmidin qısa tərcümeyi halı idi. Heç
şübhəsiz, Sultan II Əbdülhəmid Türk tarixindəki ən əhəmiyyətli
şəxsiyyətlərdən biridir. İndiki vaxtda belə, bir çox istiqamətdən
müzakirə olunan, bəziləri üçün ən pis və adı "Qızıl Sultan"a qədər
qalxmış, bəziləri üçün isə o ən böyük padşahlardandır. Hətta bu gün də
bu məsələ tam aydınlaşmayıbsa və ona düzgün münasibət göstərilmirsə, o
dövrün insanlarını siz təsəvvür edin.
Heç şübhəsiz, buradan belə bir məna çıxır; II Əbdülhəmidi sevənlər
qədər, sevməyənlər də olmuşdur. Bu sevməyən seqment içərisindən bəziləri
gizli planlar həyata keçirib II Əbdülhəmidə sui-qəsd təşkil etmişdilər.
Sultan Əbdülhəmid isə son anda bu tələdən xilas olmuşdu.
Gəlin tarixə birgə nəzər salaq. Sultanın tərcümeyi halında qeyd olunmayan hadisənin baş verdiyi zamana qayıdaq.
21 iyul 1905-ci il. Sultan II Əbdülhəmid "Ulduz" məscidindəki cümə
məclisindən çıxaraq, faytonuna doğru irəliləyir. Həmişəki kimi məscidin
pilləkənlərindən enəcək və dörd yüz metr qarşıda gözləyən faytona
minəcəkdi. Lakin bu dəfə kiçik bir ləngimə baş vermişdi. Şeyxülislam
Məhəmməd Cəmaləddin Əbdülhəmidin yolunu kəsərək, bəzi mövzularda məlumat
alır.
Sultan
II Əbdülhəmidlə Şeyxülislam Məhəmməd Cəmaləddin arasındakı söhbət
olduqca uzun çəkir. Bu an dəhşətli bir partlayış eşidilir. Onların
arxasından fayton parçaları və insan qol və ayaqları hər tərəfə
yayılmağa başlayır. Sultanın yanında olanlar qorxu içində qaçaraq,
canlarını qurtarmaq üçün sığınacaq axtarırlar. O qədər kütlənin arasında
tükünü belə tərpətməyən, üzündə ən kiçik həyəcan və qorxu izi
görünməyən tək adam Əbdülhəmid idi.
Ortada heykəl kimi tərpənmədən dayanır. Köməkçilərindən polkovnik Sadiq
bəy qorxu və təlaşdan qılıncını yerə salmışdı. Polkovnik Süleyman Şəfik
bəy isə epoletini (bəzəkli paqon - A.M) itirmişdi. Ətrafındakıların
qorxudan dağılışmaları II Əbdülhəmidi çox hirsləndirmiş və hadisədən
sonra köməkçisi üçün, "Qılıncını itirən köməkçini yanımda görmək
istəmirəm, Tripoliyə (indiki Trablus, Liviyanın paytaxtı - A.M) sürgün
olunacaq!.." əmrini vermişdi.
Təhlükə sovuşduqdan sonra sığındıqları yerlərdən çıxanlara Sultan
bunları söyləmişdi: "Faytonumu gətirin. Günahkarları tutun!.."
Daha sonra mühafizəçilərin tüfənglərinə güllə qoyduğunu gördükdə,
əsgərlərə əmr verən zabitə, "Hazır ol əmrini ver, nə dayanmısan!", -
deyə bağırmışdı. Sıravi heyət "Hazır ol!" vəziyyətini aldıqdan sonra
məscidin həyətinə gətirilən faytona minən II Əbdülhəmid, adəti olmadığı
halda ayağa qalxmış, əmri özü verərək Çit köşkünə getmişdi.
Şərqi Anadoluda müstəqil Ermənistan qurmağa çalışan ermənilər,
qarşılarında ən böyük maneə olaraq gördükləri Sultan II Əbdülhəmidi
öldürmək istəmişdilər. Özlərinin bu işdə kifayət qədər təcrübəsi
olmadığı üçün Avropa və Rusiyadakı beynəlxalq anarxistlərlə əlaqə
yaratmış, onlardan Əbdülhəmidin öldürülməsi məsələsində yardım və dəstək
almışdılar.
Bu iş üçün xüsusi olaraq İstanbula gələnlərdən biri də belçikalı məşhur
anarxist Edvard Jorris idi. O dövrdə anarxizm bütün dünyanı ağuşuna
almış, sui-qəsdə məruz qalmayan hökmdar və ya prezident qalmamışdı. İndi
növbə II Əbdülhəmiddə idi. Edvard Jorris, gözə dəyməmək üçün "Zinger"
şirkətinin idarəçiliyinə daxil olmuş, padşahın cümə xütbələrini böyük
diqqətlə izləməyə başlamışdı. Əbdülhəmid, cümə günləri "Ulduz"
məscidindən çıxdıqdan sonra 1 dəqiqə 42 saniyəyə avtomobilinin yanına
gedirdi. Bir neçə cümə xütbəsini müşahidə edən Jorris, bu müddətin heç
dəyişmədiyini, padşahın bu yolu daim 1 dəqiqə 42 saniyədə qət etdiyini
müşahidə etmişdi.
Sui-qəsdi hazırlayan təşkilat olduqca geniş idi. Jorrisdən başqa,
Rusiyadan gələn Kristofer Mikaelyan və qızı olaraq tanıtdığı Robina,
Hacı Nisan Minasyan, Mıkırtiç Sarkis Qaribyan, Karapet Ohanesyan, Bəhram
Kendiryan, Silviyoriçi, Sara Torkom, Treys Yuvanoviç bu təşkilatın
üzvlərində bəziləri idilər.
Hazırlanan plana görə, "Ulduz" məscidi qarşısında bomba partladılıb II
Əbdülhəmid öldürüldükdən sonra Qalata körpüsü, tunel, xarici bank və
təşkilatların ofisi partladılacaq, xarici dövlətlərin işə qarışmaları
təmin ediləcəkdi. Filibe şəhərində (indiki Bolqarıstan ərazisindəki
Plovdivşəhəri - A.M.) ermənilər böyük bir toplantı təşkil etmişdilər. Bu
yığıncağa slavyan və sionist təşkilatları da iştirak etmişdi. "Pro
Armenia" qəzetinin redaktoru Pirkiyar da bu yığıncaqda idi. Keçirilən
görüşlərdən sonra plan hazırlanmış və II Əbdülhəmidin məscidindən
çıxarkən öldürülməsi qərarlaşdırılmışdı.
Əsl adı Kristofer Mikaelyan olan, lakin Samuel Fayn adı ilə tanınan rus
ermənisi, Viyanada "Neseldorfer Wagenbefcu Fabriks Geselschaft"
firmasına fayton düzəltdirmiş və bunu hissə-hissə Türkiyəyə
gətirtdirmişdi. Dəniz yoluyla gələn faytonun hissələrini İstanbulda
komitə üzvü Silviyoriçi təhvil alır, yoxlanışdan keçməməsi üçün də
gömrük məmurlarına rüşvət verilir.
İçinə partlayıcı maddə yerləşdiriləcək şəkildə hazırlanan bu fayton,
yığıldıqdan sonra Şişli məhəlləsindən kənarda sınanmış, məqsədə uyğun
olduğu müəyyənləşmişdi. Faytona 80 kiloqram partlayıcı maddə ilə
birlikdə 20 kiloqram dəmir parçası qoyulmuşdu. Qoşulacaq atlar da o
dövrün məşhur teatrçılarından olan "Keçəl Həsəndən" satın alınmışdı.
"Machine İnfernale - Cəhənnəm Maşını" adı verilən və bombanı istənilən
anda partladacaq qurğu Fransadan gətirdilmişdi. Bütün bunlar
tamamlandıqdan sonra 21 iyul 1905-ci ildə cümə günü fayton Sultan
Əbdülhəmidin dörd atlı arabasının yanında saxlanılaraq onun məsciddən
çölə çıxması gözlənilməyə başlanmışdı.
Əbdülhəmid
məscidin qapısında göründükdə, Kristofer Mikaelyan və qızı olaraq
tanıtdığı Rabina, cəhənnəm maşınını işlədərək, bombanı 1 dəqiqə 42
saniyə sonra partlayacaq vəziyyətə gətirimişdi. Lakin Sultan qapı
qarşısında Şeyxülislam Cəmaləddin əfəndiylə söhbət etməyə dayanmışdı və
müddət başa çatdıqdan partlayış baş vermişdi. Əbdülhəmid ölümdən xilas
olmuşdu. Sui-qəsdçilər məqsədlərini reallaşdıra bilməmişdi. Amma 26
nəfər ölmüş, 58 nəfər də yaralanmışdı. Həmçinin 17 araba ilə 20 at da
parçalanmışdı. Cəhənnəm maşınını işlətdikdən sonra qaça bilməyən
Kristofer Mikaelyan da ölmüşdü.
Sui-qəsdçilərdən bir çoxu xaricə qaçmışdılar. Lakin Edvard Jorris
tutulmuşdu. Arabanın hissələri arasında olan "Neseldorfer" sözüylə 11123
rəqəmi, hadisənin işıqlanmasını təmin etmişdi. Danışmamaq üçün
müqavimət göstərən Edvard Jorris də hər şeyin aşkarlanacağını görüb,
bütün bildiklərini etiraf etmişdi. Sui-qəsdçilərdən Hacı Nisan Minasyan,
istintaq əsnasında qalaylı bardaqla qarınını cıraraq intihar etmiş,
qalanları isə edam olunmuşdu.
Sultan II Əbdülhəmid Edvard Jorrisi bağışlamış, hətta 500 qızıl da
vermişdi. Bunun qarşılığında isə Jorris daha sonra Avropada Əbdülhəmidin
agenti olaraq saraya əhəmiyyətli hesabatlar göndərir.
Beləcə, Sultan II Əbdülhəmidin ermənilər tərəfindən terrorla öldürülməsi planı uğursuzluğa düçar oldu.
er-can tərəfindən 02-08-2011 09:09:50 tarixində yazıldı |
Təşəkkür |
Allah razı olsun qardaÅŸ. Çox dÉ™yÉ™rli mÉ™lumatdır. Allah -tÉ™alanın iÅŸlÉ™ri necÉ™ dÉ™ maraqlıdır. sultan ÆbdülhÉ™midÉ™ 33 il padÅŸahlıq verib, sui-qÉ™sddÉ™n qoruyub, sonunda isÉ™ ev dustaqlığı.. NÉ™ qÉ™ribÉ™ tale... |
azer tərəfindən 17-09-2011 14:25:51 tarixində yazıldı |
Tesekkurler.gozel yazi ve maraqli melumatlar....cox-cox sag olun. ellerinize ve gozlerinize quvvet |
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...