TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

03 May

2011
1737
TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...
Müxtəlif ölkələrdə hər bir vətəndaşı özündən asılı vəziyyətə salan bir neçə amil var ki, onların hər biri xalqların məhv olmasına böyük təsir edir. Dünya ölkələri üçün müharibə, narkotik, siqaret kimi təhlükəli amillərin sırasına, artıq seriallar da daxil olmaq üzrədir. Təcavüz, xəyanət, boşanma, zorakılıq və bu kimi  hadisələrlə zəngin olan teleseriallar, hər bir insanın dünya görüşünə, əxalqına, mənəviyyatına və ən əsası düşüncələrinə böyük zərbə vurur. Əminəm ki, bir çox azərbaycanlı ailəsində serial aludəçiliyi ciddi problemə çevirilib. Serial aludəçisi olan evdar qadınlar o qədər serial aləmində itib-batırlar ki, övladlarının tərbiyələri, ailələrinə qarşı olan qayğıları belə yaddan çıxarırlar. Bu, insanlarda əvvəlcə vərdiş halından başlayır. Sonradan artıq vərdiş deyil, psixologiyada ciddi fəsadlar doğuran "şüur xəstəli"yinə çevrilir. Ekspertlər bəzən belə halların "narkotikə aludə olma halları" ilə eynilik təşkil etdiyini söyləyirlər.

Bu gün xarici ölkələrin efir məkanında böyük maraqla izlənən seriallar mövcuddur ki, onlar azərbaycanlı ailələrin formalaşmasına mənfi təsir göstərir. Maraqla izlənən serialların əsas mövzusu isə ya bir qadına edilən təcavüzü özündə əks etdirir, ya bir kişinin və ya qadının öz həyat yoldaşına necə xəyanət etməsindən bəhs edir, ya da mənasız səbəblər üzündən cütlərin bir-birindən boşanmasını gözəl formada izləyicilərə təqdim edir. Yüksək texnolgiya və müasir effektlərlə çəkilən teleseriallara baxan hər bir şəxs isə, tez bir zamanda filmin təsirinə düşərək orada gördüklərini öz həyatında tətbiq etməyə başlayır. Dini və yerli adət-ənənlərinə uyğun olmayan bu tətbiqlər, sonda ailələrdə böyük problemlərin yaranmasına səbəb olur.
Bundan əlavə sirr deyil ki, həm evdar qadınlar, həm də işgüzar qadınlar seriallardan yan qaçmırlar. Bu da vaxtın səmərəsiz xərclənməsi deməkdir. Seriallara maraq göstərən qadınlar, analar ailəni az da olsa unudur, uşaqlar yaddan çıxır, ev işləri bir kənara atılır. Bu isə ailələrdə ən yaxşı halda narazılıqların yaranması, orta halda dava-dalaş düşməsi, ən pis halda isə boşanma və ya ölüm hallarının baş verməsi ilə nəticələnir. Bütün bunları nəzərə alaraq demək olar ki, ailələrdə baş verən problemlər övladların valideyn tərbiyəsindən məhrum olmasına səbəb olur, Həmçinin uşaqların qonşu və ya küçələrdə böyüməsi, təhlükəli şəxslərin təsirinə düşməsi ailədə valdieynin etinadsızlığı ucabtıdan baş verir.

Sonda serial izləyicilərinə kiçicik məsləhət etmək yerinə düşər ki, film, serial "qəhrəman"larını öz ailə üzvlərindən üstün tutmasın və bunu praktiki formada həyata keçirsin. Əgər bir serial ailə qədər dəyərli varlığın ikinci plana düşməsinə səbəb olursa, indidən buna yox demək lazımdır.
 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 05:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com