Təxminən 1000 nəfərin iştirakı ilə mitinqdə iştirak edən bir jurnalist kimi, özümü çox xoşbəxt hiss edirəm. Çünki nazirlik qarşısına toplaşan insanlar öz haqlarını sivil formada tələb edir və qanunsuzluğa son qoyulmasını istəyirdilər. Məni də bir anlıq Təhsil Nazirliyinin qarşısında xoşbəxt edən, zülmə məruz qalmış və haqları pozulan insanların səsini işıqlandırmağa dəstək olmağım idi. İnsan haqları kobud formada pozulan vətəndaşlarımıza dəstək göstərmək dinindən, irqindən, milliyyətindən və peşəsindən asılı olmayaraq, hər bir azərbaycanlının borcudur. Amma əfsuslar olsun ki, Azərbaycanda özlərini jurnalist, şair və ya publisist hesab edən xanımlar və bəylər, qanuni yolla öz haqlarını tələb edən və sivil formada etiraz səsini qaldıran Azərbaycan Respublikasının vətəndaşlarına nəinki dəstək durdular, əksinə onları top atəşinə tutmağa başladılar.
Əvvəldə qeyd etdiyim kimi, etiraz aksiyasında narahat olduğum məqamlar da vardı ki, onlar özünü qabarıq formada göstərdi. Bəziləri inanclı şəxslərin sivil formada etirazını, nazir və prezidentə bir vətəndaş olaraq səslənmə haqqını həzm edə bilməyərək, narahat olmağa başlayıblar. Əslində inanclı kütləyə qarşı olan bu təzyiqlər başa düşüləndir. Çünki Təhsil Nazirliyinin qarşısında keçirilən nümayişdə inanclılara təkcə yoldan keçən insanlar deyil, elə polislərin özü də dəstək verirdilər. Onlar vəzifə borcunu yetirmək məcburiyyətdən dindarların qarşısına çıxdıqlarını bildirirdilər.
Göründüyü kimi, Təhsil Nazirliyinin orta məktəblərdə hicablı şagirdlərin buraxılmaması ilə bağlı verdiyi "fətvalar", təkcə inanclı kütlə tərəfindən deyil, taksi sürücüsündən tutmuş Post Patrul Xidmətinin əməkdaşına kimi hamını narahat edir. Azərbaycan əhalisinin əksəriyyəti bir ağızdan "bu nə qanundur, bu nə haqsızlıqdır", - deyə təhsildə aparılan kommunistsayağı islahatlara öz etirazını bildirir.
Ola bilər ki, bəzi kəslər sözümlə razılaşmasınlar. Amma onların nəzərinə çatdırmaq istəyirəm ki, dünyanın bir çox inkişaf etmiş orta məktəb və universitetlərində hicablı formada təhsil ocağına daxil olmaq və təhsil almaq qadağan olunmayıb. Məşhur "Oxford" Universitetinin 38 kollec və məktəbinin heç birində hicab məhdudiyyəti yoxdur. Bundan əlavə, dünyəvi, tolerant müsəlman ölkəsi olan Azərbaycanda məktəblilərə qarşı hicab qadağası olduğu halda, müsəlman olmayan bir çox dövlətlərdə hicab nəinki məktəbli forması kimi, həmçinin polis, səhiyyə, ordu və s. sahələrdə də vahid geyim formasının tərkib hissəsi kimi qəbul edilir.
Sonda qeyd etmək istərdim ki, adını "dindar" və ya "seyyid" qoyub Azərbaycanda at oynadan bəzi fırıldaqçı və falçıların etdiyi cinayətləri inanclı insanların adına yazmaq istəyənlər, gözlərini yaxşı açıb kimin-kim olduğunu ayırd etsinlər. Ölkəmizdə "moşennik" peşəsi kifayət qədər inkişaf etdiyi üçün, bütün sahələrdə bu peşənin təmsilçiləri var. Əgər hər hansı bir məkanda cinayət baş veribsə, onda məsələni polis araşdırmalı və həll etməlidir. Daha bu məsələdə inanclı kütləni ittiham edib, onlara ləkə yaxmaq, boş-boş sözlər yazmaqla qarı nənəlik etmək lazım deyil. Əslində qadın tayfasının çox danışmağa meylli olduğunu bilərək, bəzilərinin inanclı qadınlara qarşı mənasız sözlər işlətməsini başa düşmək o qədər də çətin deyil. Kimisə təhqir edərək haqqına girmək fikrində deyiləm. Sadəcə olaraq, Təhsil Nazirliyinin qarşısında keçirilən mitinqdəki dindar xanımlara bəzi adın qoyulmasını tənqid edir, bu ifadəni işlədənlərə zəif, çarəsiz və qorxaq kimi baxıram. Amma onlara məsləhətim budur ki, qanuni yolla öz haqlarını tələb edən və sivil formada etiraz edən Azərbaycan Respublikasının vətəndaşlarına ad qoymaqdansa, onlara dəstək olsunlar. Çünki bu onların biz azərbaycanlı kimi mənəvi və qadınlıq borcudur.
ramin bayramov tərəfindən 13-12-2010 12:51:15 tarixində yazıldı |
salam |
Salam. Allah köməyin olsun! İslamsevər yazarlar qələminizi iti edin. Bunla indi keçiblər psixoloji müharibəyə, amma onların arxasında puç ideologiya, bizdə isə Allah və onun dinidir. Allahın qələbəsi möminlər üçün olacaq. İnşəallah, ya Hicab ya şəhadət. Möminlər bu seçimi ediblər. |
Behram Yeqini tərəfindən 06-01-2011 23:58:38 tarixində yazıldı |
Halal olsun! |
Bismillah.Halal olsun Orxan qardash opurem ellerinden.Hemishe bucur haqqin ELEMDARI ol!Ehsen cox beyendim! |
haci tərəfindən 08-06-2011 20:48:14 tarixində yazıldı |
orxan bəy yazıların maraqlı olur.bir az da diqqətli olub ayətlərə istinad etsən sən yaxşı yazar ola bilərsən.şalış xalqa xidmət elə,kimlərəsə yox.xalqa xidmətin əziyyətinə dözmək hər oğulun işi deyil.ALLAH köməyin olsun. |
- 14-05-2019 İşğal altında olan ən qədim və müqəddəs şəhər – Qüds
- 21-09-2018 Möcüzəli “onuncu gün”
- 15-05-2018 Dinamik inkişafın savadsız şagirdləri
- 25-04-2018 Kəndli şəhərə gəlməsin, şəhərli kəndə getməsin?
- 10-02-2018 Quran bizi meymuna yox, insana çevirmək üçün gəlib
- 23-11-2017 3 oyuna 3 qırmızı vərəqə almış qəhrəman `Qarabağ`
- 13-10-2015 Rusiya Əfqanıstandakı məğlubiyyətin intiqamını Amerikadan alır
- 05-10-2015 5 oktyabr - Müqəddəs insanların bayramı
- 06-01-2014 “Ölürəm ay yetim!”
- 08-11-2013 İngiltərədən Azərbaycana Məhərrəmlik dərsi
- 05-10-2013 Bəlkə siz də "Mister Bin" olasınız?
- 18-12-2012 “Ağıllı”lar “ağılsız”lara irad tutur
- 18-12-2012 Mavi dalğalar
- 27-11-2012 Hüseyni (ə) sevək
- 29-10-2012 Azad Mətbuat axtarışında
- 19-10-2012 Nobel Qoyun Mükafatı
- 06/10/2012 HİCABA HÖRMƏT EDƏK
- 27/09/2012 "TÜPÜRÜM SİYASƏTƏ"
- 04/09/2012 SƏSİNİZ GƏLSİN!
- 28/08/2012 RAMİLİ AZAD EDİRLƏR?
- 26/07/2012 BƏLKƏ ŞƏHƏRİMİZ ORUC TUTSUN?
- 03/05/2011 TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...
- 13/12/2010 BƏSDİR DƏ, QARI NƏNƏ
- 30/10/2010 İRAQDA GÖRDÜKLƏRİM
- 04/09/2010 YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)
- 24/06/2010 Azadlıq radiosunun siğə maxenasiyası
- 28/04/2010 Unutqan yəhudilər BİLSİN!
- 18/03/2010 ERGENEKONÇUYA CAVAB
- 26/01/2010 DEBAT HƏSRƏTİNDƏ OLAN TALEH...
- 09/01/2010 10 milyon dollarlıq cinayət
- 26/11/2009 QURBAN BAYRAMINDA YENİ "QURBAN"
- 14/11/2009 Uşaqpulu yoxsa, Arayışpulu?
- 05/11/2009 MƏNƏVİYYATSIZ QƏRAR
- 26/09/2009 Azərbaycan təhsili bu gün
- 25/08/2009 Efirsiz Ramazan