Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

06 Dekabr

2010
2384
MİSİR MÜƏLLİMƏ BİR ÇANTA `NİYƏ?`

Sərxoş adamın hekayəsini bilirsinizmi?.. Demək belə, sərxoş hər axşam olduğu kimi, yenə yolda əsə-əsə evə gəlir və cibindən açarlarını çıxarıb qapını açmağa başlayır. Amma sərxoşdur, bir o yana, bir bu yana sallanmaqdan uzun müddət qapının açar yerini tapa bilmir. Çox çalışır, açar yerini tapa bilməyib hirsindən söyməyə başlayınca, arvadı yuxudan oyanır. Baxır ki, yoldaşı qapını açmağa əziyyət çəkir; "deyəsən bizim hərif yenə açarları yadından çıxarıb" - deyə düşünüb, açarı pəncərədən aşağı atır. Sərxoş başlayır yenidən qışqırmağa: "Açarım var, sən açarın deşiyini at, açarın deşiyini. Mən açarın yerini tapa bilmirəm!"

Allaha həmd olsun ki, içki içən deyilik, dolayısıyla sərxoş da deyilik. Amma bəzi boşboğazların sözlərinə qulaq asdıqca, bizdə nə diqqət qalıb, nə də tarazlıq.

Onlara baxıb bir o yana, bir bu yana yellənməkdən, sərxoşdan betər olduq. O qədər mövqe dəyişdirib, söz dolandırırlar ki, bir sözləri o birinə uyğun gəlmir.

Bir baxırsan ki, adamın ağlı başında sözlər danışır, bir də baxırsan ki, sayıqlayır. Biz də maraqdan az qala ölürük, görəsən bu sözlərin hansı doğrudur. Bəli çox maraqlıdır. Götürək elə təhsil nazirimiz Misir müəllimi.

Konstitusiyanın "hər kəsin təhsil almaq hüququ vardır" maddəsinə nəzər salsaq, hicab məsələsinin müzakirəyə ehtiyacı yoxdur. "Məktəbə məktəbli formasında gəlinməlidir, hicablılar dərsə buraxılmayacaq" - deyən bu şəxsin, Konstitusiyanın hər bir Azərbaycan xanımı kimi hicablılara da tanıdığı hüquqdan xəbəri olmadan necə təhsil naziri işləməsi çox maraqlıdır doğrusu. Sizə maraqlı deyilmi? Başa düşən mənə də başa salsın...

Görəsən Misir müəllim hicablıların hicabla məktəbə gəlməməsini hansı hüquqi normalara dayanaraq verir. Bayaq da qeyd etdiyim kimi, ölkənin ən ali Qanunu insanların dini seçim azadlığına, təhsil hüququna, geyim hüququna heç bir qadağa qoymur. Bəs onda nə? Yoxsa, xəbərimiz olmayıb, Misir müəllimə "sxodka"da təzə ad veriblər hə, indi olub Lotu Misir. Amma Lotuların daim İslama, Allah tərəfindən buyurulan hökmlərə böyük hörməti olub, bacardıqları qədər əməl də ediblər. Bəs onda nə? Yerdə tək bir variant qalır. Ki, o da cayıllıqdır, yəni kefi sadəcə belə istəyir. Onda hicablıların başlarının sahibləri olaraq bizlər də cayıllıq edib deyirik ki, bizim Misir müəllimin geyimindən xoşumuz gəlmir. Madam ki, o Avropaya inteqrasiya edib təhsildə quqquluqum sisteminə keçib, hicablıların geyim tərzinin məktəbə uyğun gəlmədiyini söyləyir, çox gözəl, mən bunu qəbul edirəm, hətta ayağa qalxıb alqışlayıram. O da Azərbaycan xalqının çoxminlik nümayəndəsinin istəyi ilə sabahdan işə şortikdə və güllü maykada, avtobusla gəlsin. Qanunda ki yazılmayıb nazir hökmən BMW 745-ə minib sürücü ilə işə gəlməli, "Ermenegildo Zegna" firmasından kostyum, "Armani"dən köynək, filan firmadan ayaqqabı geyməlidir.

 Yox əgər bunları qəbul etmirsə, onda buyursun bizim də istəmədiklərimizi bizə yedirtməyə cəhd etməsin. Ola bilsin ki, Misir müəllim öz-özlüyündə, "nə yapışmısınız ee məndən, mən kiməm ki. Nə deyirlər onu da təkrarlayıram", - deyir. Amma yəqin ki, o sözü deyənlər məktəblərdən fond pulu yığılsın, təmir pulu yığılsın, sinif pulu yığılsın, hədiyyə pulu yığılsın, imtahan pulu yığılsın, attestat pulu yığılsın, ... pulu yığılsın, ... pulu yığılsın, direktorlar məktəbə quru maaşları ilə aldıqları bahalı maşınlarda gəlsinlər kimi sözlər söyləmirlər. Yox, əgər Misir müəllim məktəblərdə bu problemlər yoxdur deyib, canlı yayımda 9 milyonluq Azərbaycan xalqının qarşısında əlini Qurani-Kərimə basıb and içsə ki, bu deyilənlərin heç biri Azərbaycan təhsilində yoxdur, ondan mən də qoşulacam onun dediklərinə və deyəcəm ki, hicablılar məktəbə buraxılmasın. Amma yox, onsuz da o Qurani-Kərimə inanmır ki. İnansa gedib təhsilin problemlərini həll edər, hicaba, qurbana, aşuraya, üstündə din adı olan hər şeyə qarışmaz. Qurana inansa bilər ki, hicab Allahın Qurani-Kərimdə insanlara əmr etdiyi vaciblərdəndir. Allahın əmirlərinə qarşı çıxanın adı isə Qurani-Kərimdə aydın yazılıb.

Misir müəllim təhsildə hicaba qarşı çıxır, amma bir qarışlıq yubka geyinən qızlara, xoruz pipiyi kimi saç düzəldim dərsə gələn oğlanlara sözü yoxdur. Buyur, kişi müəllimlərin ağlını başdan çıxaran miniyubkalılara məktəbli forması geydir, əgər geydirə bilirsənsə.

Bilirsiz Misir müəllim, bir şey mənimçün  maraqlıdır, görəsən siz ən azından ürəyinizdə də olsa fikirləşirsinizmi ki, düz danışmırsınız, dedikləriniz həqiqəti əks etdirmir. Bizim analarımız, nənələrimiz başı örtülü olub axı. Hətta mən sizin yerinizə Qurana and içərəm ki, sizin ananınız da başı örtülü olub. Bəs başı örtülü xanımlara qarşı sizdəki bu antipatiya haradandır? Azərbaycan xanımlarının, xüsusilə inanclıların təhsil almasını niyə istəmirsiniz? Niyə yəhudilərin təhsilinə yaratdığını şəraiti, göstərdiyiniz qayğını müsəlmanlara da yaratmırsınız? Niyə yəhudilərə məktəbə kipa ilə gəlməyi yasaqla(ya)madığınız halda, bizim xanımların hicabına əl uzadırsınız? Niyə Roma Papası hicabın qadınların hüququ olduğunu söyləməsinə baxmayaraq, siz bunun əksinə gedirsiniz? Roma Papasından artıq katolik olacaqsınız? Biz pioner qalstukunu ona görə atdıq ki, azad olaq, adam olaq. Biz 20 Yanvarda tankların qabağına əliyalın ona görə çıxmadıq ki, bu gün kölə olaq, bizi istədikləri formaya salsınlar, geydirsinlər. Bir az da danışsam, yəqin ki, deyəcəksiniz mən də Azadlıq hərəkatında iştirak etmişəm, rus tankına daş atmışam. Bəs onda niyə? Bu niyələrə cavab tapıb verə bilsəniz, bir ömür boyu sizdən yazmayacağam. Söz. Kişi sözü. Kişi cavabı gözləyirəm.

Şərhlər
muzahir tərəfindən 06-12-2010 19:26:38 tarixində yazıldı
...
Siz elə hesab edirsiniz ki, Misirin əzizi Hicab məsləsini ön plana çəkəndə.. bunu öz arşını ilə ölçüb-biçmişdi? bu cür düşünmək sadəlövlük olardı! Ömər Sədin qarçısına hansı vəzifələr qoyulmuşdu? ya vəzifə qalmaq, ya da İmam Huseynin başı.!!
sessese tərəfindən 08-12-2010 15:00:29 tarixində yazıldı
hicab
Imam Huseynin bura ne dexli ne olur ele Imam Huseyni soxursuz ortaligha. Guya hicab taxanlarin hamisi duzdu? onlar in coxu hicabi isteyerek taxmayiblar.meseleburdadir.aciq geyinenlerden eleleri varkihicab geyinenden namusludur.hicabin altinda hoqqadan cixanlari da taniyiriq.kislikden danisirsiniz .kisisen bu serhimi verin.
Aqil Mehdi tərəfindən 08-12-2010 15:28:07 tarixində yazıldı
Qardaş, bəlkə sən gətirib o zorla hicab taxanı göstərəsən biz də tanıyaq. O ki qaldi hicablıların hicab altında min hoqqadan çıxmağına, bax onun hicaba dəxli yoxdur. Elə sənin kimilərin ağzına söz vermək üçün bəzi f..lər hicab taxıb düşürlər ortaya və sənətlərindən əl çəkmirlər. Varsa elə dediklərin onları da göstər tanıyaq. Yadında saxla 10 sm-lik yubka, kürəyi açıq paltar geyib küçəyə çıxan, özünü kişilərə göstərənlərdən namus gözləməyə dəyməz. Nə də onların sahibindən qeyrət. Elə daim iffət-namusu ayaq alta atıb tapdaladığımız üçün, şərəfsizliyi namus kimi təqdim etdiyimiz üçün Qarabağ işğal altındadır, əsir-düşən qız-gəlinlərimizin ermənilərdən doğduğu uşaqların isə 20 yaşı var, Qarabağda bizə qarşı döyüşürlər. Səni kimilərinin dəstəyindən ruh alır də elə məmurlar. İmam Hüseyn adı gələndə nədənsə narahatçılığınız artır. 1400 il keçib İmam Hüseyn qiyamnın üstündən, amma elə bil dünən olub. Amma sənin kimiləri Xocalı, Şuşa, Laçın, Xankəndi və sair faciələri unudub işğal tarixlərini toy-bayram kimi qeyd etməyi təklif edirlər. İmam Hüseyn məktəbindən bəhrələnən MABARİZ və FƏRİDlər isə bu işğala qanla cavab verməyi çox gözəl bilirlər...
Samir tərəfindən 08-12-2010 20:22:44 tarixində yazıldı
Hicablı xanımların ne hoqqadan çıxdığı internet saytları doludur dəə. Bəyəm siz onları görmürsüz? İstəsəz axtarıb internetdən həmin şəkilləri siz də tapa bilərsiz
Aqil Mehdi tərəfindən 09-12-2010 08:59:59 tarixində yazıldı
Samir bəy, o cür şəkilləri yayanların kimliyini araşdırmağa da ehtiyac yoxdur. Özlərinin mini yubkalılarının namuslu olduğunu göstərmək üçün hicablılara böhtan atmaq bəzilərinin artıq şakəridir. Nə var ki, kiməsə hicab geydirib min hoqqdan çıxardasan sonra da şəkilini çəkib internetdə yayasan ki, baxın bu da hicablı deyə? XXI əsrdir e qaqa, hadisələrə bir az ayıq başla yanaşmaq gərəkdir.
Samir tərəfindən 09-12-2010 17:53:34 tarixində yazıldı
Mənim hicablılara sözüm yoxdur. Amma deyirəm ki, elə hicablılar var ki, adam utanır onlara hicablı deməyə. Bəziləri isə özünü abırlı-həyalı göstərmək istəyir.
rovshen bagirov tərəfindən 10-12-2010 13:05:18 tarixində yazıldı
bismillahir rehmanir rehim
salam Aqil qardashim kishi sualin kishi adama ver kishi olmasin lap, adama ver. misir muellimin adi misir( fironn mekani) ozu israilin sudashiyanidir . nece olur ki bu cur berbad tehsilimiz oldugu halda cenab Misir Merdanov shexsiyyetlerine Israil dovlet bashcisi tehsilde ugurlarinin olduguna gore diplom verib? hansi ugur? bu dur ugur???????? 12 illik hekimlik tehsili ozude pulllu . hesablamisham 6 il 1000 manat puldan diger ili 2500 manatdan cemi 21000 pul edir sonra avadanligi filan hesablamiram men hekim maashiyla (100manatla) yashadigim geder( 21 il) hech yere xerclemeden susuz ac, ovlada aileye baxmadan quru maasha baxaraq( nezere alsaq ki biz bisheref deyilik Muhemmed ummetyik rushvet almiriq) hele xerclediyimiz pulu berpa edeceyik..... neyse ... GOZLEYRIK YA MEHDIIII GEEEEEEEL!!!!!!!!
HUSEYN ASHIQI tərəfindən 10-12-2010 13:18:53 tarixində yazıldı
MURACIET SEESESE VE SAMIRE..
SALAM . yoldash sesese Aqil oz kishiliyini gosterdi. biz sizin kimi ve bashcilariniz terbiye edenleriniz ve idealiniz olan firoun lar kimi sherefsiz zinakar hoqqabaz deyilik biz kishilik adi olan yerde qanimizdanda kecherik meselen bizde biri olan HUSEYN ASHIQI MUBARIZ , FERID. amma bashqa vaxt yaxshi oglan bele yaxshi oglan ele deyirsiz yaxshi olansan namusla qeyretle abirla heyayla cavab ver . bucur zemanede sen oz anani ya bacini teriflediyin geyim olan achiq sachiq geyim 50 smlik yubka ile kucede gormeye razisan meyer?????????? eger razisansa onda danishmaga deymez skimin neslinden geldiyin melumdur eger razi deyilsen se beyenmek istemediyin Huseyn ibni ELI bashqa vaxt yaxshi insan bele olar yaxshi insan ele olar deyenlere bir numune dir .qaldiki samire AQILLE raziyam. eger sen her gorduyune ( halbuki sadece internetde gormusen mantaj olub olmadigini bile bilmirsen) ve eshitdiyine inanirsansa onda dur get Qarabaga cidir duzune , isa bulagina duuuuz 20 ildiki qulaqlarimiz Qarabag bizimdir, bizim olacaq eshitmekden mazol oldu dur get deeeee....
Aqil Mehdi tərəfindən 10-12-2010 16:52:52 tarixində yazıldı
Samir bey, dediklərinizlə razıyam. Düzdür bəziləri özlərini namuslu göstərmək üçün hicabı seçirlər, amma bu kiməsə onu deməyə əsas vermir ki, hicablıların əksəriyyəti elə bu cürdür. Pis yolda olanın hicab namus nişanəsi bilib ora üz tutmasının özü bir faktdır ki, hicabın hansı mərtəbədə olduğunu qəbul edək. Biz kiməsə deyə bilmərik ki niyə hicab geymisən və ya geyməmisən. Sadəcə olaraq, gərək qarşı tərəf də bunu anlayıb eyni anlayışı göstərsin.
Xeyale tərəfindən 14-12-2010 18:20:16 tarixində yazıldı
Bəli, görəsən Misir müəllim bu niyələrə cavab verməyə özandə güc tapacaqmı və ya tapa bilərmi
Savalan tərəfindən 15-12-2010 17:10:12 tarixində yazıldı
Salam. Qardaş bu Misir müəllimin tumanda və maykada işə gəlməyi əla ideyadır. Mən səni dəstəkləyirəm. Hətta sənin təklifini daha da canlandırmaq üçün deyirəm ki, uşaqlara örnək olsun deyə lap tarixi şəxsiyyətlər kimi at belində gəlsin, neynir eee faşistlərin BMV-sini?
Ilham tərəfindən 20-12-2010 18:51:05 tarixində yazıldı
Misir müəllim getsin məktəblərdə qadın alveri edənlərlə mübarizə aparsın
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2019 01:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru