YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

04 Sentyabr

2010
3019
YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)


"Space" telekanalının efirində yayımlanan "Həzrəti Yusif" serialı qısa müddətdə özünə xeyli auditoriya toplaya bilib. Azərbaycan teleməkanında maraqla izlənən "Həzrət Yusif" serialı artıq bəzilərinin narahatçılığına səbəb olmağa başlayıb.

Ölkədə kifayət qədər populyarlaşan teleserial, heç bir əsası olmayan və məntiqsiz tənqidlə üzləşib. Qeyd edək ki, elektron vasitəciklərinin birində Yusif Peyğəmbərin həyatından xəbəri olmayan, tarixi faktlardan uzaq olan bir şəxs, milli-mənəvi dəyərləri təbliğ edən, əxlaq məcmuəsi olan bu serialı Braziliya seriallarından aşağı tutmaq istəyib.

Yazdığı məqalə ilə Yusif Peyğəmbərin həyatından bəhs edən filmi tənqid edən bu şəxs, öz yazısında çox qəribə və qeyri-etik məntiq ortaya qoyub.  Mahiyyət və ideologiyanı əsas tutan bu yazarın, Braziliya seriallarını "Həzrət Yusif" teleserialı ilə müqayisədə min dəfə üstün tutmasını əslində heç cür başa düşmək olmur.  Çünki "Həzrət Yusif" filmində izləyicilər əxlaqlı olmağı, valideynə hörmət etməyi, qanunla evlənməyi, ədalətli olmağı, vətənini sevməyi və Allahsız olmamağı öyrəndiyi halda, Braziliya seriallarında istənilən şəxs homoseksuallıq başda olmaqla ərin arvada, arvadın ərə xəyanətini, çılpaq geyinməyi, valideynin öz qızı ilə sevişməyini və s. iyrənc şeyləri görmək məcburiyyətində qalır. Yəqin ki, "Həzrət Yusif" filminin ideologiyasından narahat olan bu yazar, Braziliya ideyası deyəndə bunlardan ya xəbərsiz olub, ya da elə bu dəyərlərin tərəfdarı olub. 

Yusif peyğəmbərin həyatından bəhs edən filmdə yəhudiliyin əsas düşmən kimi göstərildiyini iddia edən bu yazar,  görünür ümumiyyətlə məqalə yazmaq mədəniyyətindən uzaq insandır.  Çünki bir filmi sona qədər izləməyən, hadisələrin gedişatından xəbərsiz olan birinin, film barədə tənqidi fikirlər səsləndirməsi çox gülüncdür. Filimdə yəhudiliyin düşmən kimi göstərilməsinə gəldikdə isə, tarixi faktlar və müqəddəs kitabımız Qurani-Kərimin ayələri əsasında çəkilən bu film, özündə ancaq həqiqətləri əks etdirir. Yəhudilik heç vaxt İslam dinində mütləq düşmən kimi qəbul edilmədiyi halda, bu filmdə də düşmən kimi göstərilməyib. Sadəcə olaraq filmdə Yaqub Peyğəmbərin övladlarından Yəhuda və digərlərinin qardaşı Yusif Peyğəmbərə qarşı əvvəldə etdiyi düşmənçilik, sonda onların öz səhvlərini başa düşməsi ilə sona çatır.

Digər tərəfdən, yazar filmdə qardaş düşmənçiliyini yəhudilərin pislənməsi kimi qələmə verir, amma anlamır ki, Yusif Peyğəmbər özü də yəhudidir. Və filmdə bu dəfələrlə səsləndirilir.

Bundan əlavə yazar, yuxu yozmaq elmindən o qədər təəccüblənib ki, hətta "moşennik" Zirəddinlə Yusif Peyğəmbəri səhv salıb. Elmə, savada üstünlük verən bir insanın peyğəmbərlə sadə insan arasında fərq qoya bilməməsi. əslində savadsızlıqdan başq bir şey deyil. Özünü ziyalı, elmli, savadlı göstərən, amma bu dəyərlərdən uzaq bir yazar bilməlidir ki, Yusif Peyğəmbərin yuxu yozmaq elminə sahib olması nəinki "moşenniklər", hətta bütün səmavi kitablar tərərfindən təsdiqlənir.

Əslində yazarın sözügedən film barədə düşüncələri yeni deyil. Bundan əvvəl də film barədə düşmən mövqeyində duranlar olub və onlar filmin Türkcə tərcüməsində bu düşmənçiliklərini açıq-açığına büruzə verərək, filmdən bəzi hissələri ya kəsib çıxarıblar, ya da tərcümə etməyiblər.

Sonda qeyd etmək istəyirəm ki, son zamanlar Azərbaycanda milli-mənəvi dəyərləri əsas tutaraq fəaliyyət göstərən təşkilatların, ictimai birliklərin, informasiya vasitələrinin inkişafı, başda Qərbin dəstəyi ilə nəfəs alan təşkilatlar olmaqla, ayağı yer tutmayan elektron vasitəciklərini narahat etməyə başlayıb. Hər vəchlə milli-mənəvi dəyərlərin bizim xalqın tarixdən gələn mədəni-əxlaqi həyat tərzinə uyğun gəldiyini bəyanlayan təşkilat və ictimai birliklərin fəaliyyətini tənqid adı ilə təhqir edən elektron vasitəciklər, bununla bir növ gündəmə gəlmək istəyir və özlərinin "vətənpərvər" olduqlarını ortaya qoymağa çalışırlar. Amma əslində onların fəaliyyətinə baxdıqda, sadəcə bir layihə olduğu və tapşırılan şablon funksiyanı yerinə yetirdiyi açıq-aşkar görünür. Əfsuslar olsun ki, milli-mənəvi prinsiplərlə fəaliyyət göstərən təşkilatların həqiqət, ədalət, düzgünlük çağırışına sadəcə öz düşmənçilikləri ilə cavab verən bu qurumlar, məntiqsiz fikirləri ilə cəmiyyəti zəhərləmək fikrindədirlər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2018 14:17



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com