Azadlıq radiosunun siğə maxenasiyası

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

24 İyun

2010
4637
Azadlıq radiosunun siğə maxenasiyası
Bu günlərdə "Azadlıq Radiosu"nun "İşdən sonra" proqramında "Siğə sövdələşmələri" adlı reportaj efirə gedib. Verilişi izləyən bir şəxs kimi bu qənaətə gəldim ki, demokratiya, insan haqqları kimi mövzuları önə çəkən "Azadlıq Radiosunda" , verliş səviyyəsində belə insan haqqları kobud sürətdə pozulur və müsəlmanlar arasında təfriqə, ayrıseçkilik və ixtilaf süni şəkildə yaradılır. Verilişə qonaq qismində dəvət olunan şəxslərə diqqət yetirdikdə, birtəfəli müzakirənin aparıldığı açıq-aşkar görünür. Nəzərə alsaq ki, əhalisinin 90 faizindən çoxunu şiə müsəlmanların təşkil etdiyi Azərbaycanda, nədənsə "Azadlıq radiosu" 4 nəfərlik müzakirəsində yalnız bir nəfər şiə məzhəbindən olan ilahiyyatçı Şahin Həsənovu qonaq qismində verilişə dəvət edib. Digər üç nəfər isə daha çox əhli-sünnə məzhəbindən olan şəxslər kimi tanınan Elşad Miri, Qamət Süleymanov  və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Ceyhun Məmmədov olub. Bu isə hər şeydən öncə məsələnin məqsədyönlü şəkildə birtərəfli qabardılmasını açıq şəkildə göstərir və qeyri-obyektivliyi göstərir.

Əslində Elşad Miri və Qamət Süleymanov kimi şəxslər, İslam dini ilə bağlı aparılan müzakirələrdə öz şəxsi mülahizələrini irəli sürmürlər. Onlar daima illərdir qərbin İslamı gözdən salmaq üçün apardığı təbliğatın ruporu rolunda çıxış edirlər. Buna misal kimi isə bu şəxslərin daim İslam dini ilə bağlı müzakirələrdə İslama zərər vuran şərəbxorluğu, əxlaqsızlığı, narkomaniyanı, həmcinsbazlığı deyil, dini ibadət ocaqlarına getməyin haram olduğunu önə çəkməsi, dində məqam sahib olan şəxslərin aşağılanması yönündə fikirlərini göstərə bilərik. Bu da illərdir qərbin apardığı təbliğatın bir hissədir.

Azadlıq Radiosunun "İşdən sonra" proqramında "Siğənin adı müasir fahişəlikdir. Ailə həyatının isə ülvi məqsədləri var" söyləyən Elşad Miri, yəqin ki, İslam dinində qadağa qoymağın yalnız Allaha və onun peyğəmbərinə (s) aid olduğunu yaddan çıxarıb. Ya da Elşad Miri ümumiyyətlə əhlü-sünnə alimlərinin "müvəqqəti nikah" barəsində yazdıqlarından xəbərsizdir. Əgər Elşad Miri savadsızlığı üzündən bunu bilməyibsə, onun nəzərinə böyük əhli-sünnnə alimi Fəxri Razinin fikirlərini çatdırmaq istəyirəm. Əhli-sünnə alimi olan Fəxri Razi "Nisa" surəsinin 24-cü ayəsi barəsinde bunarı qeyd edib: "Peyğəmbərin (s) əmisi Abbasdan nəql edir: "O, minbərdən (moizə olunan yer) buyurdu ki, Nisa surəsi 24-cü ayə müvəqqəti nikah (yəni siğə) haqqında nazil olub. Və müvəqqəti nikah (yəni siğə) qiyamətə qədər halal olmasına baxmayaraq, Ömər tərəfindən qadağa olunub".

Əgər Elşad Miri bu məlumatı dəqiqləşdirmək istəsə, Baki Soveti metrosu, Şeyx Şamil küçəsi, Türkiyə Diyanət Bakanlığı kitabxanasında "Səhihi Buxari" kitabının 7-ci cildinin türk çapını oxumaqla istəyinə çata bilər.

Qamət Süleymanovun Azadlıq radiosunda "İslam belə hallara qarşıdır" sözünə cavab olaraq Cabir ibn Abdullahdan nəql olunan hədisi onun nəzərinə çatdırıram. Hədisdə qeyd olunur ki: "Biz peyğəmbərin, Əbu Bəkrin və Ömər ibn Xəttabın xəlifəlik zamanında Mədinə şəhərində müvəqqəti nikah (yəni siğə) edirdik. Lakin Ömər xəlifəlik zamanında onu bizə qadağan etdi". Elşad Miri kimi Qamət Süleymanov da bu məlumatı dəqiqləşdirmək istəsə, "Səhihi Müslüm" kitabının türk çapının 4-cü cild 316-cı səhifəsini oxumaqla  dəqiqləşdirə bilər.
Amerikaya yaxınlığı ilə tanınan "Azadlıq radiosu"nun məzhəblərarası geniş mübahisə mövzsusu kimi tanınan "müvəqqəti nikah"ı, yəni siğə mövzusunu müzakirə etməsi heç də başa düşülən deyil. Cəmiyyətdə QİÇS, narkomaniya, rüşvətxorluq, insan haqqlarının kobud pozulması olduğu təqdirdə, buna nə qədər ehtiyac var anlaşılan deyil? Fikrimcə, bu ölkədə rahat, sülh içində yaşayan müsəlmanlar arasında təfriqə yaratmaqdan başqa bir şey deyil.
Şərhlər
AbbasAli tərəfindən 26-06-2010 10:14:49 tarixində yazıldı
Bismillah
ALLAH lenet elesin hem Qamete hemde Elshada.Umumiyyetle dine qarshi cixanlara.
dindar tərəfindən 28-06-2010 09:47:40 tarixində yazıldı
mƏn dƏ azadlIq radiosunun anti islam mOvqeyini mUŞahidƏ etmiŞƏm. ora bir neçə dƏfƏ tƏnqidi fikirlƏr yazsam da,ŞƏrhimi vermƏyiblƏr. bUtUn mUsƏlman bacI-qardaŞlarIma mUraciƏt edirƏm ki, azadlIq radiosunu baykot edƏk!
anonim tərəfindən 06-07-2010 19:30:54 tarixində yazıldı
O qadinin sigelikden sonra heyati nece olacaq ay muellim?
POLAD ASLAN tərəfindən 07-07-2010 05:09:10 tarixində yazıldı
Dunyanin her yerinde mexsusda Azerbaycanda vijdan azadligindan den vurlar amma ekser hallarda ozleri bilerekden ve ya bilmerekden vicdan azadligin pozurlar. bunun bariz numunesi azadliq radiosunda seslenen sige haqqinda fikirlerdi ki, bu barede hemin fikire zid olan insanlar da devet olnub amma qarshi terefinin yeni hemin fikir desteleyen shiye mesub olan fikir adamlarin devet etmeyibler bu insan fikirlerinin hormetsizlikdir ve ikincisi ise cemiyyetde yalnish informasiyanin yayilmasinda bila vaste rol oynayir. tek bu deyil elshad mir kimi taninan bu insan fitne yaratmaq ucun xussusi olaraq telvizora cixarlir ve azerbaytcan xalqina qarshi copd sozler ishde dir kimse buna bir soz demir neticede 9 milyon yaxin olan insan tehqir olunur ve buna demkratiya deyilir ve insan haqqi undan bu insan daha bilmirler demkratiya xalq hacimyyetdir ve elshad mir kimi bir nece shexsiyyetsizler 9 milyon ehalinin 100 birde deyil onda bu xalqin bashqa oglu yoxdur ele bu cur insanlar cixir arasira ise Aqil elesgerli kimi insanlara ise qezetlerde axzi boshdug edir gorese bu nedir iki ve uc adam danshir ona demkratiya yeni xalqin icinden cixan ziyal deyirler demek bizim azerbaycan 2-3 den dini fikirli elmi adam var yoxsa bunara serf eden 2-3 den dirnaq arasi safadi dindar var bu sualin cavab ise hamiya melumdur daha menin demeyime etiyac yoxdur ALLAH AMANIDA QALIN P.S Allah səndən razı olsun qardaş bu cür aktual mövzüya toxundun
Orxan Alamadar tərəfindən 07-07-2010 11:41:58 tarixində yazıldı
Fikirlerinize gore size minnetdaram... Anonim - Muveqqeti nikah yeni siyga her iki neferin ulvi ve xosbext olmasi ucun edilen emeldir. Siyge qadinin pozgun ve ya pis yola dusmesinin qarsini alan bir amildir.
vuqar MirzÉ™liyev tərəfindən 01-09-2010 12:02:08 tarixində yazıldı
qardas cox gozel ve deqiq yazmisan
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 05:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com