Yüksəlmə və suverenlik müddətlərini
dolduran xalqlar, əxlaqi degenerasiyaya uğrayınca, Allahın cəzasını qazanarlar, ya tamamilə həlak edilib tarix
səhnəsindən silinər və ya suverenliklərini itirərlər .
"Əlbəttə, sizdən öncə ilahi ənənəyə əsasən (kütləvi məhv etmələr) bir sıra hadisələr ötüb keçmişdir. Odur ki, yer üzündə gəzib-dolanın və təkzib edənlərin aqibətinin necə olmasına baxın." ("Ali İmran" surəsi, ayə 137)
Zalım və istismarçı dünya dövlətlərinin
zəngləri çalınır
Hakimiyyət, rəhbərlik küfrlə davam edə bilsə
də, zülmlə davam etməz. Tarix bu həqiqətin
hər əsrdəki şahididir. 20 il əvvəl Əfqanıstan işğalı və oradakı zülmlərdən dərhal
sonra Sovetlər Birliyi yıxılmışdı, indi İraq və Əfqanıstan işğalıyla Amerika intihar
ipini öz boğazına keçirməkdədir.
Yalnız Amerika deyil çökmə müddətinə
girən; onun rəhbərliyi
altında olan
zalım və istismarçı
dünya dövlətlərinin də zəngləri çalınır. Bütün bəşəri nizamlar müflisləşir. Zülmlə çox uzun müddət payidar qalmış
tək bir dövlət göstərilə bilməz. Mülkün təməli ədalətdir, binanın təməli yıxılınca
bina da özbaşına çökəcək. Bu İlahi bir qanundur. Zülm və istismar bir rəhbərlikdə
əsas olunca, böhranlar İlahi bir xəbərdarlıq
olaraq yaxınlaşan faciəvi sonu xəbər verir.
ABŞ-da başlayıb onunla eyni yatağa
girən, onunla əlaqə içindəki "ABŞ"ları (qulları) arasında sürətlə yayılan
iqtisadi böhran adlı öldürücü virus, yalnız iqtisadiyyatı deyil, bütün xəstəlikli
bəşəri ideologiya və nizamları ölümə məhkum etməkdədir. Sosioloji İlahi qanun qışqırmaqdadır
ki, gücün haqlılığı deyil, haqlının güclülüyü ortaya çıxacaq. İnsanlara davamlı
istehlak etməyi və tükənməyi təşviq edən, israf və faizə söykənən istismar nizamı
olan Kapitalizm son çırpınışlarıyla S.O.S. siqnalları verməkdədir. Quantanamo və Əbu-Qureyblərdəki işgəncə mühitinin,
İraq və Əfqanıstan işğalının və bütün dünya insanlarını filmləriylə yatırdıb, kokain
kimi keyidərək kölələşdirən bir zehniyyətin suverenliyi əlbəttə uzun sürməz.
Yaxınlarda canavar, öz
uşaqlarını yeyərək həyatını davam etdirməyə çalışacaq
Elə indidən, böhran yarasını sarımaq üçün xərclənən əməliyyat xərci 4 trilyon dollara çatıb. ABŞ-ın ayırdığı miqdar 1.3 trilyon dollara yüksəlib. Yalnız Avropanın ayırdığı miqdar 2,5 trilyon dollardır. Almaniyanın ayırdığı miqdar 680 milyard dollar. Bu rəqəmlər böyüyəcək. Allah üçün, insanlıq üçün, acların doyması, susuzların suya qovuşması üçün xərclənməyən pullar, haralara və kimlərə gedir? Bu pullar istehsala, qidaya, insanların həyat standartını qorumağa getmir. Haram pullar pul ataları tərəfindən xortumlanır. Kapitalizm öz nizamından bəslənərkən, bir tərəfdən də öz rejiminin sonunu gətirən "böyük şirkət" və "bank" adlı vampirləri bəsləməyi həll yolu sanır. Qurtarma paketləriylə qurtarılanlar da, çöküşün hazırlayıcılarıdır. Cəlladını qurtarmağı qurtuluş sanır, həlakını gözləyən Qərb. Xalqdan alacağı əlavə vergilərlə və dünya ölkələrindən götürəcəyi borclarla böhranın səbəbkarı böyük şirkətləri və bankları qurtarma dərdindədirlər. İnsanın çaşmağına bənzəyir; atəşə benzin daşıyıb tökərək, yanğını söndürəcəyini zənn edər. Yaxınlarda canavar, öz uşaqlarını yeyərək həyatını davam etdirməyə çalışacaq; qeyri-qanuni uşaqlarına eşitdirilir. Sual oluna bilər: "bunlar kimlərdir?". Atalarının Buş olduğunu söyləyən tağutları tanımaq, bu gün o qədər də çətin deyil. Azacıq diqqət kifayətdir. Bir problem onda ola bilər ki, artıq onların bəziləri "sənədlərini" dəyişdiriblər və yeni atalarının adı Obama olaraq təxmin edilir, kim bilir bəlkə də Mak Keyndir.
Amerika özüylə birlikdə
Asiyanı, Avropanı, Latın Amerikasını çökdürür
Baxın super güc(!)
Amerikanın halına; iqtisadiyyat batmış vəziyyətdə. Heç bir ölkə ABŞ
iqtisadiyyatına xilas
üçün qaynaq axtarmır. Yüz minlərlə insan işsizlik durumundadır.
Banklar batır, nəhəng şirkətlər
çökür, ABŞ bütün dünyadan pul dilənir. Bir gündə birjalarda 1 trilyon dollar
itirilir. Xarici borc 10 trilyonu aşıb.
1973-cü ildən bu yana sənaye
iqtisadiyyatdan maliyyə iqtisadiyyatına keçən ABŞ-ın yenidən köhnə halına dönməsi çətindir. Çünki sərmayəsi buna icazə verməyəcək. 1973-cü ildən bu yana, nələrin baş verdiyinə qısaca bir
nəzər yetirək: təxminən 17 min
ABŞ şirkəti xaricilərə satılmış, dəmir-polad, tekstil, avtomobil, elektronik sənaye
sürətlə geriləmiş. Yalnız 2007-ci ildə
Çindən 321 milyard dollarlıq mal alınmış, 62 milyard dollarlıq satılmış.
2000-2005-ci illər arası 3 milyon yüksək ödənişli
işçi itkisi yaşanmış. Yalnız bu
ilin fevral ayında 63 min adam
işini itirmiş. İxracatının yüzdə 20-ni ABŞ daxilindəki xaricilər edir. 2004-cü ildə Çin və Hindistan 950 min
mühəndis yetişdirərkən ABŞ yalnız 70 min yetişdirə bilmiş.
Sadalanan faktlar beləcə davam edir. Onu da unutmayaq, seçki dövründə
Respublikaçı namizədi dəstəkləyən şirkətlərlə Obamanı dəstəkləyən şirkətlər az
qala eyni idi.
21-ci əsri maddi rifah içində
keçirəcəyini sanan ABŞ xalqının rifah səviyyəsi sürətlə gərilir. Dünya,
"Amerika necə xilas olar"ı müzakirə edərkən o, özüylə birlikdə
Asiyanı, Avropanı, Latın Amerikasını çökdürür. Çöküşünün maddi zərərini dünyaya
faktura etməyə çalışır. Təhdid və şantajlara müraciət edir.
davamı var
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...