Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar


Orxan Hüseyn

18 Mart

2010
1766
ERGENEKONÇUYA CAVAB

Müsəlmanların böyük Avropa dövlətlərinə inteqrasiyası sakit axınla artıq neçə onillərdir ki, müşahidə olunur. Bu dövlətlərə ilk immiqrasiya etmiş müsəlmanların övladları və nəvələri demək olar ki, heç vaxt öz inanclarından imtina etmir və bir çox Avropa dövlətlərində başlıca dövlət vəzifələrini tuturlar.  Aparılan araşdırmalar zamanı məlum olub ki, dünyanın 200-dən çox ölkəsində 1.57 milyard müsəlman yaşayır.  Bu isə dünyanın 6.8 milyard əhalisinin təxminən 23 faizi deməkdir.  Qeyd etmək lazımdır ki,  müsəlmanların sayının sürətlə artımı və inkişafı başda beynəlxalq sionizm olmaqla, bir çox islam düşmənlərini narahat edir. Bu narahatçılıq islam düşmənlərini sonda İslam ölkələrini işğal etməsi, onlara qarşı soyqrım törətməsi və müsəlmanları elmsiz, savadsız  və inkişafdan qalmış kimi qələmə verməsi ilə  nəticələnir.  Elə bugünkü mövzumuz da özünün nə müsəlman, nə də xristian olduğunu söyləyən Elçin Bayramlı adlı şəxsdən ibarət olacaq. Adını çəkdiyimiz  şəxs saytımıza "Elçin Bayramlı commented on your photo"  başlıqlı şərh yazaraq həm islam dinini, həm də müsəlmanları təhqir etmək istəyib. Özünü savadlı və elmli kimi göstərmək istəyən şəxs,  əslində heç bir elmi-dəlilə və məntiqə sığmayan fikirlər yazaraq özünü gülünc vəziyyətə salıb.  "Mən xristian deyiləm, amma hesab edirəm ki, xristianlıq islamdan daha ağıllı, daha humanist, daha elmli, daha normal dindir.  O din ki siyasətlə məşğul oldu onu apar tulla"  fikirlərini səsləndirən Elçin adlı şəxs, yazdığı fikirlərə müəyyən olunmuş faktlarla rəng versəydi daha gözəl olardı.  Çünki boş-boş, əsasız sözlərdən istifadə edərək İslam dinini gözdən salmaq istəyən və xristianlığı İslam dinindən üstün göstərmək əslində düşmənçilikdən xəbər verir.  Çünki elm, təqva, hümanizm, əxlaq prinsipləri İslam dinində  əsas meyarlardan sayılır.  Əgər xristianlıq belə tolerant din olsaydı onda nə üçün bir çox xristian rahiblər evlənmir, özlərini Allahın insanlara bəxş etdiyi halal işlərdən məhrum edir və sonda altdan-altdan homoseksual həyat tərzi sürür?

Bir fərd olaraq mənim xristian dini ilə heç bir problemim yoxdur və bu dinin əsil kökünü ilahidən gələn bir din kimi tanıyır və qəbul edirəm. Lakin hazırda haqq və bütün sahələri kamil şəkildə əhatə edən bir din təbbi ki İslam dinidir və bunu islam və sair dinlər haqda obyektiv və savadlı şəkildə araşdırma aparan hər kəs anlaya bilər. Qeyd etdiklərim, məndə təəssübkeşlikdən deyil, uca Allahıma olan imanımdan irəli gəlir. Çünkü bəşəriyyətin sahibi İslam peyğəmbəri Muhəmmədə  (s) göndərilən Qurani-Kərimdə islam dinini  bütün dinlərdən üstün və kamil sayır.  Bunun şahid olmaq istəyən hər bir şəxs Qurani-Kərimin "Ali-İmran" sürəsini açıb oxuya bilər.

"Dünyanın ən müqəddəs bayramı sayılan Ergenekon bayramınız qutlu olsun! Bu humanist, qansız, sülhsevər Tanrısal bir bayramdır. Mən bir xristianın (ya da başqa dinə tapınanın) bu bayramın əleyhinə çıxdığını görməmişəm, amma xeyli belə müsəlman tanıyıram" fikirləri Elçin Bayramlının nə qədər dar düşüncə sahibi olduğunu ortaya qoyub. Maraqlıdır dünyanın ucqar nöqtəsində yaşayan və hər hansı bir dinə tapınan insanın Novruz bayramından məgər xəbəri varki, ona etiraz da etsin? Yoxsa islam dinində hər hansı bir ayə, hədis və ya rəvayət mövcuddur ki, orada Novruz bayramını qeyd etmək qadağan olsun. Novruz bayramı Ergenekon adı ilə qələmə verməklə Eklçin adlı şəxs nə üçün bayarama siyasi rəng verir? Axı Elçin öz kommentində dinlərin siyasi olduğuna görə onları bəyənmədiyini iddia edir. Axı gözəl adət-ənənəsi olan bayrama müəyyən ad verməklə onu siyasiləşdirmək adı çəkiılən şəxsin prinsiplərinə ziddir.

Sonda bizə tolerantlıq arzu edən və yeni dinin gələcəyini gözləyən Elçin Bayramlını məyus etməli olacam. Çünki tolerant olmaq əslində ilk əvvəl Elçinə lazımdır ki, İslam dini barədə qara fikirlərini kənara qoysun.  İslam dinində tolerantlığını görmək üçün hər hansı bir insana bir göz belə kifayət edər ki, İslam peyğəmbəri və onun Əhli-Beytinin həyat tərzində tolerantlıq və  insanlığın ən kamil prinsiplərini müşahidə etsin.

Əlavə olaraq demək istəyirəm ki, "Ən böyük arzum odur ki, Tanrı bütün dinləri ləğv etsin yeni ümüum bir din göndərsin. Amma elmi din olsun. Yoxsa cəhalət içində olan insanların sonu pis olacaq..." sözləri Elçini uçuruma aparır. Axı ən gözəl, kamil və elmə böyük dəyər verən din artıq 14 əsrdir gəlib. Ruslar demişkən "niujeli" Elçinin bundan xəbəri yoxdur. Bəlkə cəhalət içində olduğu üçün Elçin bunu görmür və ya özünü görməməzliyə vurub.

Elçin qardaş, tibbin atası sayılan İbn Sina haqqında bir rəvayəti nəzərinə çatdırmaq istəyirəm. Məncə bundan sonra sənin fikirlərində İslamın elmə verdiyi dəyər barədə dəyişiklik müşahidə olunar.

İSLAMIN böyük alimlərindən sayılan İbn Sinanın şagirdi ona deyir ki, ustad, sənin elmin, imanın və təqvan bu dərəcədədir, peyğəmbərlik iddiası eləsən, insanlar səni peyğəmbər kimi qəbul edərlər.
Bu sözün üstündən bir qədər keçir və İbn Sina ilə şagirdi soyuq bir qış günündə bir kənddə gecələməli olurlar. Sübh azanına yaxın oyanırlar.

İbn Sina şagirdindən bayırdan içmək üçün ona su gətirməsini xahiş edir. Şagirdi deyir ki, ay ustad siz özünüz bizə öyrətməmisiniz ki, belə bir vaxtda soyuq su böğaz ağrılarına, xəstələnməyə səbəb olar?!

Usta bir neçə dəfə təkid etdisə də, şagird tənbəllikdən bəhanə gətirərək su gətirmək istəmədi. Bu zaman məsciddən azan səsi gəldi. İbn Sina şagirdinə xatırlatdı ki, vaxtilə söyləmişdin ki, peyğəmbərlik iddiası etsəm, camaat mənə inanacaq. Mən sənə "Su gətir"" deyirəm, mənə itaət etmirsən. Azan verəni heç kəs məcbur etməyib. Qışın bu günündə sübh tezdən durub: "Əşhədu ənnə Muhəmmədən rasulullah" (Məhəmməd Allahın rəsuludur) deyir. Bax, Peyğəmbər onun (yənə Muhəmməd peyğəmbər (s)) kimi olar.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-01-2018 21:57

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru