Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

27 Fevral

2010
1717
YARADANIN NEMƏTLƏRİNƏ QARŞI NANKORLUQ

İslamın gözəl həyat üçün mənimsədiyi prinsiplərdən biri də insanın hər bir işində və davranışında ölçülü olmasıdır. Belə ki, müqəddəs dinimiz hər kəsə orta səviyyədə yaşamasını, imkansızlara qarşı xəsis olmamasını, habelə israfa yol verməməsini tövsiyə edir: ")[email protected]#$R%_^P&A(G*E!  43Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşiman olarsan" ("İsra", 29).

Qurani-Kərimdə əsl möminlərin xüsusiyyətləri bəyan edilərkən belə  buyurulur:  "Və o kəslər ki, (Allah yolunda) xərcləyən zaman nə israf edərək həddi aşar, nə də simiclik göstərərək həddən aşağı enərlər, (onların əməli) bu iki yolun arasında orta həddə və ədalətli olar ("Furqan", 67)

İsraf çox geniş anlayış olub, Haqqın nəzərində şeytani, bəyənilməz həvayi-nəfs və heyvani istəklərə müvafiq olan bir işdir. Özü də bu əməl təkcə bir fərdə aid deyil, cəmiyyət olaraq da bundan çəkinməliyik. Hər gün çörəkləri, yeməkləri zibilə atır, su, qaz və bu kimi saysız nemətləri israf edirik. Şübhəsiz, hər bir şeydən, hətta elektrik enerjisi və lampaların yandırılmasından ehtiyacdan artıq istifadə etmək israf hesab olunur. Çünki Yer üzündə heç bir qaynaq və imkan sonsuz deyil. Və azalan qaynaqlar daha çox dəyər qazanarlar.

Allahın bəxş etdiyi maddi imkanların israf edilməsi böyük bir günah olduğu kimi, həm də bir çox yuvanın dağılmasına və ölkənin sosial və iqtisadi baxımdan zəifləməsinə də səbəbdir. Fikrimi bir az geniş izah edim.

Müsəlman və möminlər arasında belə bir adət vardır. Xeyir iş olanda ata böyüklük, məhəbbət üzündən öz qızına cehiz verir. )[email protected]#$R%_^P&A(G*E!  55)[email protected]#$R%_^P&A(G*E!  55Bu məsələdə oğlanın və qızın ailəsinə xatırladılmalıdır ki, ənbiya və imamların əxlaqi xüsusiyyəti, Allahın böyük əhəmiyyət verdiyi qənaətə riayət olunsun. Qızın valideyni cehizin hazırlanmasında orta yolu tutaraq, israfdan çəkinməli və öz ictimai mövqeyini nəzərə almalıdır. Çünki israfkar Allahın düşmənidir.)[email protected]#$R%_^P&A(G*E!  55 Cehizin xərci öz şəri və ictimai hüdudlarını aşmamalı, ailələr bu üzdən ağır xərcə-borca düşməməlidirlər.)[email protected]#$R%_^P&A(G*E!  55 Oğlan ev idə qızın ailəsinin gücü çatdığı qədər göndərdiyi cehizi qənaət, məhəbbət gözü ilə qəbul etməlidir. Belə olan surətdə digərlərinin şəxsiyyəti qətiyyən təhqir olunmaz.  Bununla, gənclər ağır cehizlərə meyl etməz və yalnız varlı-dövlətli şəxslərin qapısına elçi göndərməzlər. Bundan əlavə, izdivac məsələsində digərləri üçün həllolunmaz problem olmaz. Əks təqdirdə, insaniyyətlə təzad təşkil edən bu məsələ Haqqın nifrətinə və Qiyamət gününün əzabına səbəb olacaq: "Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik... Biz israf edən (həddini aşan) və öz Rəbbinin ayə və nişanələrinə iman gətirməyən şəxsi (dünyada) belə cəzalandırırıq. Və əlbəttə, axirət əzabı daha ağır və sürəklidir)[email protected]#$R%_^P&A(G*E! 195")[email protected]#$R%_^P&A(G*E!  88 ("Taha", 124 və 127)

Təəssüf ki, bir çoxları yanlış olaraq comərdlik və israfı dəyişik salırlar. Qurani-Kərimdə bu mövzuya aydınlıq gətirilərək buyurulub: "Və qohumların haqqını (öz qohumlarının və Peyğəmbərinin (s) qohumlarının haqqını) və yoxsulun və yolda (möhtac) qalmışın haqqını ver və heç bir şəkildə israf və artıq xərc etmə (malı haram yolda xərcləmə və halal yolda xərcləməkdə həddini aşma). )Həqiqətən, mallarını (haram və batil yolda) dağıdanlar, şeytanların qardaşları (dostları və tərəfdaşları)dır və Şeytan həmişə öz Rəbbinin qarşısında çox kafir və nankor olub" ("İsra", 26-27). Bu, Quranın özünəməxsus üslubudur və göründüyü kimi, Yaradan İlahi nemətlərdən istifadəyə səsləyərkən sui-istifadələrin qarşısını almaq üçün dərhal mötədilliyini tövsiyə edir. İmam Əli (ə) da mövzuyla əlaqədar hədislərindən birində buyurur: ")Bəxşiş edən ol, amma israf və yersiz həddə yox (ki, ifrat və həddi aşmaq olsun)! Mötədil ol və xəsis olma (ki, o, təfrit- hədd və əndəzədən aşağı haldır)").[email protected]#$R%_^P&A(G*E! 169"[email protected]#$R%_^P&A(G*E!  [email protected]#$R%_^P&A(G*E!  17

Ayədə həmçinin malını boş yerə, Allahın razılığı olmayan işlərə xərcləyənləri də şeytanın dostları adlandırılmışdır. Möminlərin əmiri bu barədə buyurur: "Allah yolunda xəsislik etdiyi halda (əslində səxavət göstərməyib, əksinə, malını tələf və israf edən) əliaçıq və səxavətli olan nə qədər də çoxdur!" Həzrət Məhəmməd də (s) batil yolda sərf edilən malı israf və bədbəxtçilik adlandırmışdır.)[email protected]#$R%F^N&O(T*E!   411)[email protected]#$R%E^F&N(O*T!   411

  "(Ey Adəm oğulları!) Yeyin, için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevməz" ("Əraf", 31) Bu ayədə pakizəlikdən, halallıqdan və israfdan çəkinməkdən söhbət gedir. )Halal ruzi qazanmaq, qidanın paklığına riayət etmək vacib, israf isə haramdır. Necə ki, Həzrət Məhəmməd (s) buyurur: "İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir."  [email protected]#$R%_^P&A(G*E!  55

Bəzi həkimlər (qidalanmada) israfın aşağıdakı nümunələrini qeyd etmişlər:

- Həddən artıq yemək və ya içmək.

- Qidanı tam çeynəmədən udmaq.

- Bir növ yeməkdən çox yemək.

- Nəfsin bütün istəklərini həyata keçirmək.

- Halal qida məhsullarını aşıb haramlarla qidalanmaq ("Quranda təbabət", səh. 137).

Bu gün tibb elmində isbat olunmuşdur ki, sağlamlığın ən mühüm göstərişi budur. Çünki, alimlər öz təhqiqlərində belə bir nəticəyə gəlmişlər ki, bir çox xəstəliklərin sərçeşməsi, qidanın həzm olunmamış şəkildə bədəndə qalmasının səbəbindəndir. Beləliklə, mədənin sağlamlığının ilk addımı artıq zir-zibilləri yandırmaqdır və bunun yolu yeməkdə ifrat-təfriti gözləməklə aradan aparmaq olar.

 Bəziləri düşünə bilər ki, israfa təkcə pul xərcləməkdə ola bilər. Amma belə deyil. İsrafın müxtəlif nümunələri mövcuddur. Məsələn, İlahi Kitabımızda  Allah-təala buyurur: "Hər kəs günahsız (məzlum) olaraq öldürülsə, onun qəyyumuna intiqam almaq üçün qanuni bir qüdrət bağışlayarıq, amma o, qisas alarkən israf etməməlidir (ifrata varmamalıdır). Həqiqətən öldürülənin qəyyumuna Allah tərəfindən kömək olunur." Deməli, qatilin yerinə başqasından intiqam alınıb öldürülməsi qətldə israf hesab olunur.

Və yaxud hər gün aldığımız dəstəmazı götürək. Bildiyimiz kimi dəstəmaz Allah dərgahına giriş icazəsi kimidir. Lakin burada da israfçılıq tənbeh olunub. Allahın Rəsulu (s) buyurur: "Dəstəmaz üçün 10 "sir" (1 sir 75 qramdır), qüsl üçün 3 kq. su bəsdir. Lakin gələcəkdə mənim yolumun əksinə gedib bu miqdarı az sayaraq, çox su istifadə edən şəxslər olacaq." (Muhəccətul-Bəyza, c.1, səh 301). Buna görə ağıllı və mömin şəxs gərək (məsh edərkən) həddindən artıq əl sürtmək və yersiz su tökməkdən çəkinsin, şeytanın tələsinə düşməklə (vasvasılıqla) ömrünü zay edərək dəstəmazın düzgünlüyündə şübhə ilə israf etməsin. İmam Sadiq (ə) buyurmuşdur: "Mütəal Allahın dəstəmazda israfçılığı və nöqsanları yazan bir mələyi vardır.("Vəsaliüş-şiə", c.1, səh. 340))[email protected]#$R%F^N&O(T*E!     4

 Bu məqamda bir məsələyə də toxunmaq istəyirəm. Əgər hər hansı möminin həyatında bir problem meydana gələrsə  və o, bunun qarşısını ala bilməzsə, digərləri vaxtı itirmədən öz din qardaşlarının yardımına tələsməli, onu bu çətinliyin çəngindən xilas etməlidir. )İmam Sadiq (ə) buyurmuşdur: "Əgər bir kəs pulunun yüz dirhəmini möminə təam vermək üçün sərf etsə, israf etməmişdir."

Həzrət Əli (ə) buyurur: "Yaxşı işlər istisna olmaqla, bütün işlərdə ifrat etmək pisdir."

Əslində bütün müsəlmanlar bilirlər ki, insan öz malı və canı ilə istədiyi kimi rəftar edə bilməz. Biz gözümüzü çıxara bilmərik, haqqımız yoxdur ki, əlimizi kəsək, bizə icazə verilməyib ki, canımıza və malımıza zərər vuraq. İnsanın öz malını israf etmək hüququ yoxdur. Müsəlman bir şəxs deyə bilməz ki, məsələn, bu maşın mənimdir, od vurub yandırıram. Dediklərimizə sübut olaraq bir məsələni yadınıza salım: əgər insan öz malı və canı üzərində hakimdirsə, nə üçün intihar haram sayılır? Beləliklə, İslam dünyagörüşünə əsasən, hər bir müsəlman Allahın qulu və mülküdür. Xaliq tərəfindən bizə bəxş edilən həyat, sağlamlıq, həyat yoldaşı, övlad, mövqe, mal, mülk kimi nemətlər isə hamımıza əmanət verilmişdir. İnsan sadə libas almalı, lakin geyim qaydalarına diqqət etməlidir. Ehtiyacı olduğu qədər qida hazırlamalı, lakin yemək qaydalarına riayət etməlidir. Özünə münasib minik almalı, lakin sürücülük qayda-qanunlarına tabe olmalıdır. Həyat sürmək üçün yaxşı evi olmalıdır, lakin bu ev onun ruhunu əsir etməməlidir. Çünki sadaladığımız nemətlərdən necə istifadə etdiyimiz barədə axirətdə sorğuya çəkiləcəyik. Aləmlərə rəhmət olaraq göndərilən əziz Peyğəmbərimiz (s) də buyurmuşdur: "Qiyamət günündə insan, ömürünü harada tükətdiyindən, gördüyü işləri nə niyyətlə etdiyindən, necə qazanıb hara xərclədiyindən, bədənini və səhhətini haqqında sorğuya çəkilmədikcə yerindən ayrıla bilməz".)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 20:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com