Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

22 Fevral

2010
1782
Müsəlman deyilsə, hər şey qəbuldur
ABŞ-da vergi məmurlarına hirslənib təyyarəsini dövlət binasına çırpan amerikalının hərəkətinə göstərilən rəsmi münasibət əsl Amerika "demokratiya"sıdır

Məlum olduğu kimi, ABŞda ötən cümə axşamı bir amerikalı, vergi məmurlarına hirslənib təyyarəsini dövlət binasına çırpmışdı. Onun bu hərəkəti "terör" tərifinə uyğun gəldiyi halda, bu qrupa daxil edilmədi.

ABŞ-da yaşayan müsəlmanlar, "təcavüzkar müsəlman deyilsə, rəsmi olaraq terrorist sayılmayacaqmı?" - deyə sərt reaksiya verdilər, amma kimdir onları dinləyən.

***
ABŞda, Texas ştatının paytaxtı Austində ötən cümə axşamı günü təkmotorlu təyyarəsiylə vergi idarəsinə kamikaze hücumu edərək, özü də daxil olmaqla iki nəfərin ölümünə səbəb olan Cozef Stack, yeni bir mübahisə mövzusu yaradıb.

Vergi müfəttişlərinin təzyiqlərindən qorxub intiqam almağa qərar verən Stack, yazdığı intihar məktubunda siyasi motivasiyalı ifadələr işlətməsinə baxmayaraq, rəsmi sənədlərdə "terörist" olaraq göstərilməyib. İnternetdə bu təcavüzkar barəsində qəhrəman kimi bəhs edilir və hərəkəti təriflənir.
Amerikalı səlahiyyətlilər isə, bir nəfər tərəfindən reallaşdırılan bu hücumun, bir dövlət təşkilatını hədəf alan qəsd kimi dəyərləndirdilər, ancaq beynəlxalq terrorizmlə heç bir əlaqəsi olmadığı fikrini sadə kütləyə yedirtdilər.

İKİLİ STANDART

Amerika-İslami Əlaqələri Şurası da bu açıqlamaya sərt reaksiya verdi. Təşkilatın başçısı Nihad Awad, "belə görünür ki bir çox adam və təşkilat, bir müsəlman tərəfindən reallaşdırılmadığı halda, heç bir sərt hərəkətinin terrorizm olaraq tanınmayacağı istiqamətində bir mövqeyə sahibdir" - deyə bildirdi.
Və düz bildirdi. Sizcə bu ABŞ hökumətinin ikili standartı deyilmi?
Hadisə baş verən andan etibarən "terör hücumu" olaraq xarakterizə edildi, qınandı. Hadisəylə əlaqədar narahatçılıqlar və tənqidlər artdıqdan sonra, Ağ Ev də açıqlama verdi. Spiker Robert Gibbs, hücumu bir terror hərəkəti olaraq təsnif edə biləcəklərini söylədi, ancaq istintaq getdiyini üçün əlavə məlumat verə bilməyəcəyini vurğuladı.

11 SENTYABR KİMİ

ABŞ Daxili Gəlirlər Xidmətinin (IRS) Austindəki binası, hücumdan sonra ciddi zərər gördü, ətrafı örtən sıx tüstü, amerikalılara 11 Sentyabrı xatırlatdı. Təcavüzkar Stack isə internetdə az qala qəhrəman elan edildi. Obama rəhbərliyinə qarşı çıxdığı üçün Stacka sahib çıxan Respublikaçılar da tapıdı, "Buş illərinin məhsuludur" deyən Demokratlar da...

QANUNA GÖRƏ TERROR

Bu arada qeyd edim ki, ABŞ-da bir hərəkətin terrorizm olub olmadığını təyin etmək üçün, 22/2656f nömrəli qanuna müraciət edilir. Bu qanuna görə, bir hərəkətin terror aksiyası sayılması üçün zəruri sayılan beş ünsür var:
- Qəsdlə həyata keçiriləcək;
- Zorakılıq ehtiva edəcək.
- Hədəfi vətəndaş olacaq.
- Siyasi məqsədi olacaq.
- Təcavüzkar, bir adam və ya qrup olacaq.

Türklər demiş, hər şey apa açıq ortada. Bunu başa düşmək üçün sadəcə qoyun olmamaq yetərlidir. Hadisədən o çıxır ki, əgər bir müsəlman ABŞ-ın toyuğuna kiş desə, terrorçudur. Hətta təkcə özü yox, onun anadan olduğu, ayaq basdığı, pasportunda vizası olan dövlət belə. Yoox, əgər bir amerikalı təyyarə ilə girsə bir idarəyə, özünü də öldürsə, girdiyi idarədən də kimsə ölsə, onda bu adi bir küçə xuliqanlığıdır, vəssalam.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2019 01:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru