Bugünlərdə neçə aylardır
haqqında bəhs edilən 2012 adlı filmə baxdım. Gözəl filmdir. Çox böyük
məharətlə işlənib filmin üzərində. Başağrısı olsa da, sizlərə filmin qısa süjet
xəttini yazmaq istəyirəm. Amma
təbii ki, əsl məqsədim film barədə danışmaq deyil.
Filmdə Mayya təqviminə görə,
2012-ci ildə qiyamət gününün olacağı, Yer üzündə fəlakətlərin baş verəcəyi
bildirilir. Filmdə süjet xəttləri 2010-cu ildən başlayır və filmin qəhrəmanı,
Ağ Evin işçisi Dr.Edrian Helmsli Hindistanda yaşayan bir dostunun yardımı
nəticəsində öyrənir ki, Yerin daxilində qorxunc prosesler baş verməkdədir və
tezliklə sözügedən proseslər Yer kürəsində həyatın sonunu gətirəcək.
O, bu məsələ ilə bağlı ABŞ
dövlət rəsmiləri ilə görüşmək istəyir və bu məqsədlə təşkil edilmiş rəsmi tədbirdə,
hadisədən minimum zərərlə çıxmaq barədə fikirlərini vitse-prezidentə çatdırır.
Daha sonra bu məsələ G8
ölkələrinin toplantısında müzakirə edilir. Və yekun qərar qəbul edilir. Qəbul
edilmiş qərara əsasən, Tibetdə dağın içində böyük gəmilər düzəldilir. Ki, Yer
üzünü su basdıqda xilas ola bilsinlər. Bu məqsədlə ora bir neçə illik qida
ehtiyatı yığılır. Proyektin tamamlanması üçün külli miqdarda maliyyə vəsaitinə
ehtiyac duyulur. Bu vəsait isə dövlətlərdən, ayrı-ayrı oliqarxlardan və
biznesmənlərdən toplanır. Onlara isə verdikləri pulun müqabilində hazırlanacaq
gəmidə yerlərin sənədi verilir. Bu barədə məlumatlı olub kiməsə məlumat verən
insanlar isə, kimliyindən asılı olmayaraq müəmmalı şəkildə öldürülürlər.
Beləliklə, 2012-ci il yetişir
və Amerikadan başlayaraq, dünyanı fəlakətlər, daşqınlar bürüyür. Və dövlət
rəbərlərinə, ayrı-ayrı biznesmənlərə Çinə gəlmək barədə əmrlər verilir. İlk
öncə daşqınlar ABŞ-dan başlayır. "Azadlıq" heykəli, Konqres binası, Ağ Ev,
Amerikanın ən böyük hərbi gəmisi olan Eyzenhauzer sulara qərq olur. Hətta ABŞ
prezidenti də humanistlik göstərərək (!) insanları tərk etmir. Öz vətəndaşları
ilə birgə sulara gömülür.
Daha sonra Braziliyada
yerləşən və dünyada ən uca hesab edilən İsa Peyğəmbərin heykəlidi uçulub
tökülür. Ardınca Vatikan kilsəsi ibadət edənlərin üstünə uçur. Və beləcə
ardıcıl olaraq dünyanın tanınmış ibadət ocaqları bir-bir dağılır və ən sonda
dağılıb sulara qərq olan Tibet məbədi olur. Təbii ki, sonda həmişə olduğu kimi
yenə də Amerikanın köməyiylə dünya xilas edilir. Film beləcə bitir. Amma
dünyanı fəlakətlərin bürüyəcəyi ilə bağlı ilk dəfə həyacan təbili çalan
hindistanlı alim, dünyanı idarə edən dövlətlər tərəfindən xilas edilmir və o
ailəsiylə birgə sular altında qalır.
Amma iş bununla da bitmir.
Belə ki, filmdə müsəlmanlarla bağlı bir fakt göstərilir ki, o da insanların
namaz qılması səhnəsi olur. Hərçənd ki, bir ərəb şeyxinin milyonlarla dollar
verərək gəmidə yer alması da filmdə əks olunub, amma bunun İslam dünyasına,
müsəlmanlığa heç bir aidiyyatı yoxdur.
Nə isə, filmdə İslam dünyası
ilə bağlı səhnələrin yer almaması, daha doğrusu dağıntı səhnələrinin
göstərilməməsi təəcüblü görünür. Bu barədə filmin rejisoru Roland Emmerix qəribə də olsa bildirib ki, İslam dünyasının
təzyiqlərindən qorxaraq, İslam dünyasının ibadət ocaqlarının dağılması
səhnələrini filmə salmayıb. Bundan əlavə, o həmçinin İslam abidələrinə qarşı belə
bir addım atmağa mənəviyyatının yol vermədiyini səsləndirib.
Sözün düzü,
xristian bir rejisorun, sionizmin nəzarəti altında olan Hollivud kinostudiyasının
istehsalı olan bir filmdə İslam ziyarətgahlarının virtual dünyada olsa belə
dağıdılmasından qorxması, çox təəcübləndiricidir.
Amma gəlin görək bu gün
əhalisinin 98 faizi müsəlman olan bir ölkədə məscidlərin sökülməsinə qərar
verənlər, İslam dünyasının təzyiqlərindən, müsəlman həmvətənlərinin
tənələrindən qorxurlarmı? Tam əminliklə deyə bilərəm ki, yox. Məscidlərin
sökülməsinə qərar verən hakimlər, məscidə qarşı iddia qaldıranlar, sanki...
xristian deməyə belə adamın dili gəlmir. Çünki az öncə bir xristianın İslam
dünyasına qarşı hisslərini tam olduğu kimi çatdırdım. Bəs onda İslam dünyasının
bir parçası olan Azərbaycanımızda bu İslamafobiya nədən qaynaqlanır? Yəni bizim
bəzi məmurların adi bir xristian rejisoru qədər də olsun İslama hörməti yoxdur?
Bu azmış kimi, bəzi qələm
dostlarımız da belə məmurlara yazılarıyla dəstək verirlər. Təbii ki, belələrinə
həmişə dolğun faktlarla cavab verilir, amma sionizmin anti-İslam kompaniyası on
illərdir məğlubiyyətinə baxmayaraq, hərdən ürək bulandırır.
Bir müddət öncə "Azadlıq"
qəzetində dərc olunmuş yazısında Seymur Baycandan sitat gətirərək "Məscidləri
məktəblərindən böyük" - deyə replika atan, əvvəllər "Milli Yol" qəzetində bir
yerdə çalışdığımız Elnur Astanbəyli belə buyurur: "Rəsmi rəqəmlərə görə bu
ölkədə 600 uçulub-sökülən, bir toxunuşdan darmadağın ola biləcək məktəb var.
Qeyri-rəsmi mənbələr isə həmin rəqəmin daha çox olduğunu bildirir. Ucqar
kəndlərdə vəziyyət daha dözülməzdir. Azərbaycanda kənd var ki, orada donuza
"kiş" desən, məktəb binasına girməz, amma şagirdlər, müəllimlər həmin məktəb
binasında dərs keçməyə məcburdur. Amma bütün bunlar kimsənin umurunda deyil.
Beş-altı mütərəqqi düşüncəli insandan başqa heç kim bu barədə düşünmək istəmir.
Hansısa məscidin qapısı qıfıllananda hamı ortaya mövqe qoymaq üçün qələmə
sarılır, ucsuz-bucaqsız növbə əmələ gəlir. Ancaq sıra uçulan, dağılan
məktəblərə çatanda mürəkkəblər quruyur. Ağızlar "skoç"lanır. Bu gün bir
minarənin davasını döyənlər, hansısa məscidin qapısının qıfıllanmasına görə
ərşi-gürşü bir-birinə vuranlar Azərbaycanda kitabxanalar sökülüb, dağıdılıb
satılanda hardaydılar? Eyni davanı məktəb, təhsil uğrunda aparmağa da cəsarət
edərlərmi? Millətin, dövlətin gələcəyi ilə bağlı məsələlərdə ağzına su alıb
susanlar məni öz imanlarının, inanclarının səmimiyyətinə necə inandıra bilər?
Nə isə, uzun söhbətdir. Bu söhbətə bir daha, həm də daha geniş qayıtmaq
imkanımız olacaq. Hələliksə yazıya dostumuz Seymur Baycanın bir kəlamı ilə
nöqtə qoyuram: "Məscidləri məktəblərdən böyük olan ölkənin axırı yoxdur"".
Mən Elnur bəylə eyni bölgədə
doğulmuşam. Elnur bəy Qazaxın Astanbəyli, mən isə Tovuzun Aşağı Quşçu kəndində
doğulmuşam. Maləsəf, Elnur bəyin sitat kimi gösərdiyi "Məscidləri məktəblərdən
böyük olan ölkə" kəlməsi bir az yersizdir. Çünki Elnur bəyin təhsil aldığı
məktəb, kəndlərindəki məsciddən böyükdür. Mənim təhsil aldığım məktəb boyda isə
bu ölkədə məscid tapmaq olmaz. Amma buna baxmayaraq, bizim kəndin heç məscidi
yoxdur. Heç qonşu kndimizdə də yoxdur, heç onun qonşusunda da. Bəs bel olan
halda, Elnur bəy nədən narahat olur? Bəyəm bizlər bu ölkədə məktəblərin
problemlərini bilmirik və ya danışmırıq? Mənim 1986-1997-ci ildə orta təhsil
aldığım üçmərtəbəli məktəbin birinci mərtəbəsinin əksər siniflərində indi
döşəmə yoxdur, pəncərələrindən isə heç danışmıram da. Heç istilik sistemi də
yoxdur. Heç lövhələri də. Heç normal ayaqyolu da. Heç düz asfalt yolu da. Heç...
Heç... Bəyəm mən bunu görmürəm? Yoxsa elə bilirsən bu barədə əlaqədar orqanlara
müraciət etməmişəm? Amma təəssüf ki, buna baxan yoxdur. Ən sonuncu dəfə
müraciət etdiyim Təhsil Nazirliyindən isə "Məktəb təmir ediləcək məktəblərin
siyahısındadır" - deyə cavab verdilər.
Azərbaycandakı uçuq-sökük
məktəbləri problemləri barədə dindarların niyə etiraz etməməsinə gəldikdə isə,
onu qeyd edim ki, bunun səbəbini gərək qəzetdə işlədiyin üçün sən yaxşı biləsən.
İndiyə kimi hansı yazında məktəblərdə hüquqları pozulan dindarlarla bağlı
problemi işıqlandırmısan. Sənin çalışdığın qəzetlər bu barədə xəbərləri isə
sadəcə hakimiyətə beynəlxalq təzyiqlərin artırılması məqsədiylə verirlər. Bu
barədə beynəlxalq təşkilatlar qeydiyyat götürdükdən sonra isə problem unudulur.
Bəs sonra nə olur? Sonra o olur ki, dindarlar təhsilsiz qalır. Sonra da sionizmin
ölkəmizdəki qulları təhsilsiz qalan dindarları qaraguruhçu adlandırır. Sən bu
sadaladıqlarımı məndən yaxşı bilirsən. Bildiyinə baxmayaraq, yenə də dindarları
ittiham edirsən. Türklər demiş, "Pes yani".
Elnur, bu ölkədə hər bir şeyin
yiyəsi var. Məktəbin də, kitabxananın da, yolun da, tunelin də. Sadəcə
məscidlərin yiyəsi yoxdur. Bizlər isə ona yiyə durulmasını istəyirik. Çünki
məscidlər bizim mədəniyyətimiz, mənəviyyatımız, namusumuz, qeyrətimizdir. Bu
sadalananları itirsək, elə özümüzü də itirəcəyik.
Vüsal HÉ™tÉ™mov tərəfindən 21-01-2010 19:09:27 tarixində yazıldı |
tənqid |
Menim qardashim, yaxshi yazirsan. Xahish edirem bizim mugennilerden de yaz,tenqidi |
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...