Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

01 Aprel

2009
2264
QƏZZANIN ÇƏKDİYİ ACI...

Qəzza kiçik və sıxılmış bir Fələstindir. Ovuc qədər böyük bir coğrafiya parçasıdır. Aralıq dənizi üzərində bir sahil zolağı şəklində uzanan Qəzzanın sahəsi 365 kv.km-i keçmir. Ancaq dünyanın ən sıx məskunlaşmasına malikdir. Milyon yarımlıq Fələstinli, sanki bir mühasirə düşərgəsində yaşayır. Əslində bunların yarısı Fələstinin digər şəhər və kəndlərindən gələn mühacirlərdir. Qəzzalıların Adəm oğlunun dözüm sərhədlərini aşan əziyyətə qarşı göstərdiyi müqavimət, Fələstinin həm çəkdiyi əziyyətə, həm də Fələstin qüruruna şahidlik etməkdədir.

Qəzzanın çəkdiyi əziyyət dünyanın susqunluğuna şahidlik etməkdədir. Dünyanın İnsan Haqqları Bəyannaməsinin 60-cı ilini qeyd etdiyi bu dövrdə, verilmiş bir arayışa görə, yəhudilər İsrailin insan haqqlarına ən çox hörmət göstərən dövlət olduğunu iddia edir. İsraillilərin yarısına görə, İsrail bir çox Avropa ölkəsindən daha çox insan haqqlarına hörmət göstərir. Halbuki, Qəzzaya tətbiq olunan mühasirə, sıxma və öldürmə cəhdləri israillilərin yalan danışdığına şahidlik edir. BMT İnsan Haqqları nümayəndəsi və Fələstin üzrə müşahidəçisi Riçard Falk, hansı ki, Amerikalı bir yəhudidir, vicdan sahibidir. O Qəzza mühasirəsini insanlığa edilmiş cinayət olaraq xarakterizə edib. Bunu amerikalı bir yəhudi söyləyərkən, bir Ərəb dövlət başçısı, ya da səlahiyyətlisi bu gerçəyi etiraf edə bilmir. Fələstin Adminstrasiyasının rəhbəri Mahmud Abbas da bu həqiqəti dilə gətirmir. Halbuki, Falk işğalçı sionist İsrail rejiminin rəhbərlərinin Beynəlxalq Cinayət Məhkəməsinə verilməsini istəyir. Ancaq bu çağırışı kim eşidər, kim mühakimə edər?

Qəzzanın çəkdiyi əziyyətlə maraqlanmayaraq, həcc vəzifəsini əda etmək, əməlləri yerinə yetirmək, əfv və bağışlanma diləmək, günahlardan təmizlənmək üçün Ərafat dağına üç milyon hacı namizədini göndərən Ərəb və İslam ümməti üçün bir utanc yeridir. Qəzza xalqı elektrikdən və bir loxma çörəkdən məhrum olduğu halda, milyonlarla hacı qurtuluşa getdiyini hesab edir. Halbuki, Qəzzanın günahı qiyamət gününə qədər bu hacıların və yaxınlarının, elə bizim də boyunumuzdadır. Bizlərə əfv və bağışlanma olmayacaq, dualarımız qəbul edilməyəcək. Allah-Təala öz hökmdar və bütlərinə ibadət edən, boyun əyən bu zəlil ümmətin dualarını qəbul etməz, onları bağışlamaz!

Qəzzanın ağrısı hamımızın laqeydliyinə şahiddir. Qaçaq tunellər olmadan, Avropalı və Amerikalı aktivistlərin "ümid gəmiləri" olmadan və ya İsrailin özünə demokratik don geyindirmək məqsədiylə hərdənbir icazə verdiyi bir neçə ədəd yük maşını başqa Qəzzaya heç bir şey çatmır. Nəfəs aldığımız hər saniyə, Qəzza xalqı gecə-gündüz mühasirə altında inləməkdədir. Sanki kütləvi bir həbsxanadaymışlar kimi gözləyərkən, Ərəb və İslam ölkələrindəki küçələrdə etiraz səsləri çox az eşidilməkdədir.

Qəzzanın əziyyəti, bizim lənət olmuş susqunluğumuzun şahididir. Müsəlman qardaş və bacılarımızın, uşaqlarımızı bir kül çuxuruna çevrildiyinin şahididir. Suallarımızın, cavablarımızın, zəifliyimizin və insanlara qarşı olan ayıbımızın şahididir. Qəlblərimiz danışsa da, vicdanlarımızın öldüyünün şahididir. Robot kimi bir ümmətə, içi boş adamlara çevrildik. Bayramlarla, qurbanlarla, dini rituallarla və mətnlərlə əylənən tiplərə çevrildik. Bayramlarımız məna və məqsədini itirdi. Fədakarlıqdan bəhs edirik, amma ürəyimiz eşitmir, ağlımız danışmır. Uca Allahın razılığından bəhs edirik, halbuki hökmdarlarımızın ayaqlarının altını öpürük. Qurbanlıq quzu və qoyun üçün qaçarkən Qəzza xalqını öz əllərimizlə boğazlayır, müqəddəs Fələstinlə düşmənçilik edirik. Fələstindən bəhs edərkən ağılımıza yalnız iki qiblənin birincisi və hərəmeynin üçüncüsü olmasından başqa bir şey gəlmir. Həyatımız haramlar olmadan harama çevrilib!

Qəzzanın əziyyəti yalnız İsrailin məhsulu deyil. İsrail zatən edəcəyini edir. Qəzzanı mühasirə altına alması, Qəzza xalqını boğmağa çalışması, Qəzzanı işğal və zəbt etməklə təhdid etməsi, buradakı fələstinlilərin həyatını dözülməz bir cəhənnəmə çevirməyə çalışması, fələstinlilərə müstəqilliyin mənasını və azadlığın qiymətinin kəffarəsini ödətdirməsi, sərhəd qapılarını bağlaması, Qəzza xalqına işğalın daha yaxşı olduğunu isbat etməyə çalışması normaldır. Bütün bunların İsrail əliylə edilməsi təbiidir. Çünki İsrail onsuz da aşkar düşməndir. Ancaq problem görünən düşmənlərdə deyil, əksinə özlərini gizləyən düşmənlərdədir. Bizim rəngimizə bürünən, bizim adlarımızı istifadə edən, bizim səsimizi və mətbuatımızı oğurlayan, içlərindən bəziləri həccə gedən, İslamdan və Həzrəti Mühəmməddən (s) bir təbii şəxs kimi, Qəzzadakı Həmas liderlərindən terrorçu kimi, mühacirlərin imanlarını bilirmiş kimi Qureyşin kafirləri dərəcəsində nisbət verən, kürəklərini Qəzzaya döndüklərində sanki Yəsribə hicrət etdiyini sanan düşmənlərdədir.

Halbuki, əlaqədar hər kəs onların da bu cinayətin ortağı olduğunu bilir. Nümayiş olaraq həccə gedən başçı Abbas, Qəzzanın mühasirə altında olmasının öz mənfəətinə olduğunu bilir. Çox vaxt İsrail kabinetinin rəsmi spikeri kimi fələstinlilərin problemlərindən etinasız halda danışır.

Ey Allahım! Özünə Fələstin Respublikasının başçısı sifətini layiq görən bir kimsənin, qəlbinin gözü bu qədərmi kor olar?.. İsraillə olan əlaqəsi Fələstin əziyyətiylə olan əlaqəsindən daha güclü. Allah və Rəsulunun əmr etdiyi namaz kimi gündə beş dəfə İsraillə görüşlərdə olaraq gecə və gündüz İsraillə təhlükəsizlik əməkdaşlığı üçün danışıqlar aparır. Qərbin fədakar insanlara qarşı fasiləsiz təqibləri olarkən, rəhbərliyində olduğu hərəkat yalnız İsrailin tələblərinə məhkum olmuşkən, o, İsrailin icazəsiylə nəfəs alır, İsrailin diliylə danışır, yol yoldaşı olan digər Ərəb liderlərinə cinayətlərini haqlı çıxarmağa, bu liderlərin Qəzzanı məhvetmə cinayətinə qoşularaq, günahına səbəb axtarmağa çalışır, ehramda olarkən belə (!) problemin İsraildən deyil, Həmasdan qaynaqlandığı iddia edir. Eynilə Yasir Ərafata sui-qəsd quraraq, İsrailin Ərafatı zəhərləyərək öldürməsini təmin etdiyi kimi. Ərafat həyatdaykən, onu mənəvi cəhətdən öldürərək İsrailin cismani olaraq Ərafatı öldürməsini təmin etdiyi kimi. Fələstin prezidentlik kreslosuna oturmaq üçün Ərafatı qərargahına həbs etdiyi kimi.

Qəzzanın çəkdiyi əziyyət Ərəb hökmdarlarının itkisinə şahidlik edir. Bu hökmdarlar hökumətdən məhrum bir şəkildə iqtidarlarını davam etdirməkdədirlər. Onlar qəsblə, talan və yağmalamaqla hökm edirlər. Amerika və İsraildən başqası onları iqtidara gətirmədi. Bunlar saraylarda gözləyən Amerika və İsrail quzularıdır. Bunların əslində tək istəyi Amerika və İsrailin razılığını qazanmaqdır. Fələstin bunlar üçün ancaq kölə bazarında bir mübadilə vəsaitidir. Bunların Qəzza mühasirəsindən narahat olmaları, mühasirə mövzusunda İsrailə köməkçi olmaları və Qəzzanı oturduqları kresloları xatirinə qurbanlıq qoça çevirmələri normaldır.

İsrail Qəzzanı təkbaşına boğmur. Fələstinlilər yalnız İsrail güllələriylə ölmür. Tam əksinə, Ərəb hökmdarlar bunu əvvəl də, sonra da etdilər. Bunlara maskalanmağı öyrədən, Rəfah sərhəd qapısını bağlayan, Qəzzanın mühasirəsini rəsmiləşdirən böyük Misirin qəsbçi başçısıdır. O da, biz də bilirik ki, Rəfah sərhəd qapısını davamlı açıq saxlasa, Qəzza mübarizəsi sonsuza qədər davam edər. Rəfah sərhəd qapısı Qəzzanın can damarıdır. Misir üçün Nil nədirsə, Qəzza üçün Rəfah elədir. Sərhəd qapısını bağlamaq Nili qurutmaq kimidir.

Qəzzanın çəkdiyi acı əleyhimizə, susqunluğumuza şahidlik edir. Qardaşları tərəfindən quyuya buraxılan Yusifin əhvalatı, qardaşları kimi hüzn quyularından içməyə məcbur etdiyimiz Qəzzaya şahidlik edir.  

Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2019 10:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru