Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

11 Noyabr

2009
2431
Sifarişli yazıya sifarişsiz cavab

Bağışlayan və mehriban Allahın adıyla. Ya Allah! Təxminən 12 ildir mətbuatdayam və 10 ildir biz də bəziləri kimi cızma-qara edirik. Və ilk dəfədir yazımı məhz bu cür başlayıram, yəni Allahın adıyla.

Əslində bu cavab yazısını yazmaq istəməzdim. Çünki özündənrazı adamlara nəinki cavab vermək, heç onların adını, soyadını çəkmək, onların udduğu havadan udmağı belə özümə sığışdırmıram.

Bu günlərdə bir yaxın dostum mənə msn-də bir link verdi və linkdəki yazını oxumağımı xahiş etdi. Linki açdım və yazının ən azından 1 qəzet səhifəsi olduğunu və içərisində pafoslu sözlərin çoxluğunu görüb oxumayacağımı bildirdim. Amma israrlı xahişdən sonra oxumaq qərarına gəldim. (Heyf o yazını oxumağa sərf etdiyim vaxta - A.)

Oxudum və cavab yazmasam hikkəmi söndürə bilməyəcəyimi gördüm. Əvvəl həmin yazının altındakı şərh bölməsinə qeydlərimi buraxmağı qərara aldım. Amma sonra bir müddətdən sonra orada şərhlərin olmayacağını nəzərə alıb və ya ümumiyyətlə o şərhin sayta yerləşdirilib-yerləşdirilməyəcəyini düşünüb, məqalə yazmağa qərar verdim. Əvvəlcədən oxuculardan yazı uzun alınacaqsa, üzr istəyirəm.

Demək belə. Məlum olduğu kimi ölkədə qrantla yaşayan - mən onlara "qranatamyoşşik" deyirəm - bir neçə təşkilat, mətbu orqan və şəxslər var. Bugünlərdə onlar bərk qorxuya düşüblər. Çünki dayıları bir-bir əkilir. Belə narahatlıq keçirənlərdən biri də, Taleh Şahsuvarlıdır. Ki, qaynar.info saytında yazdığı məqalədən aldığının son "pay" olduğu daha aydın hiss olunur. Çox narahatdır. Allah səbr versin. Hiss olunur ki, ona yeni "pay" vermək üçün göstəriş veriblər. Və o da hiss olunur ki, bu onun ilk işi deyil. Nə edək, adamın çörəyi mənəviyyatı tapdalamaqdan çıxır. Allah səbr versin.

Əvvəla Taleh bəyə bildirmək istərdim ki, onun ən böyük səhfi və yanlışlığı ondan ibarətdir ki, onun kimiləri həmişə öz problemlərinin həllini Qərbdən gözləyiblər. O Qərbdən ki, (oxuculardan üzr istəyirəm - A.) bizə oğraşlığı, biqeyrətliyi, fahişəliyi, homoseksualizmi mədəniyyət kimi sırıyır. Və bunu məhz qrantlar hesabına bizə yedirtməyə çalışır. Etiraf etməliyəm ki, bunu gözəl bacarırlar.

Həmçinin onu da qeyd edim ki, Taleh bəy kimiləri Dağıstanda baş verənləri möcüzə adlandırır. Çünki onun İslam barəsində düşüncəsi ancaq elə Dağıstandakı bəzi adamlar səviyyəsindədir. Amma mənim kimi əsl müsəlmanlara belə şeylər kar etmir. Çünki bizim üçün Allahın kainatda yaratdığı hər bir nəsnə, hətta aldığımız nəfəsin özü belə bir möcüzədir. Bunun üçün işarələrə ehtiyac duymuruq. Hətta sənə yazdığım bu cavab yazısının birnəfəsə yazılmasının özü belə Allahın bir lütfüdür.

Babəklə bağlı yazmağa ehtiyac duymadım. Çünki bu barədə hörmətli qələm dostum Cavid İmamoğlu yetərli cavab verib.

Qeyd etmək istərdim ki, adını çəkdiyin və çəkmədiyin iyrənc xəstəlikləri də sənin təbliğini etdiyin Qərb mədəniyyəti istehsal edib. O ki qaldı Mirzə Ələkbər Sabirə, o İslama qarşı yox, xürafatçılara və dünyanı yalnız eyş-işrətdə, şəhvətdə görə, yeri gələndə isə özünü müsəlman kimi qələmə verən sənin kimilərə qarşı mübarizə aparıb. Çünki yalnız sənin kimilər Hollivudun aktrisa problemindən narahat olarlar. Ancaq narahat olma, neçə ki Qərb mədəniyyəti dediyiniz nəsnə var, Hollivudun fahişə cəhətdən qıtlığı olmayacaq.

Allah-Təala kamil kitabı olan Qurani-Kərimin "İsra"surəsinin 71-ci ayəsində belə buyurur: "Qiyamət günü hər kəs kimi sevirdisə, onun rəhbərliyin qəbul edirdisə, onun ağalığını qəbul edirdisə, onunla birlikdə sual-cavaba çağırılacaq." Necə də bu yazıda yerinə düşmüş bir ayədir. Allah-Təala səni o dünyada Mirzə Cəlil, Mirzə Fətəli Axundov, Steynar Gil və mənim adını unutduğum, sənin yaddaşında olan özünə rəhbər seçdiklərinlə birgə qərar versin. Amin!

Yazında qeyd edirsən ki, Hacı İlqar İbrahimoğlunun filosof olmağı onun ilahiyyatçı olmamağı deməkdir. Sözün düzü bura qədər sənin nəsə oxuyub-bildiyin barədə beynimdə azacıq ilişib-qalan fikirlərim gülməkədn uğunduğum üçün tamamilə darmadağın oldu. Çünki, gör sənin İslam barədə düşüncən nə qədər zəifdir ki, (sənə İslamla bağlı məlumat verən müəllimə bərəkallah -A.) İslamın əslində elə fəlsəfə, irfan, siyasət, iqtisadiyyat, fizika, kimiya, astronomiya, coğrafiya vəs bu kimi elmlərin külliyatından ibarət olduğunu bilmirsən. Qurani-Kərimin hər ayəsinin fəlsəfəsini anlamaq üçün alimlər ömrünü həsr edib cild-cild kitablar yazırlar və əsrlərdir tapılmış fikirlərə yenisi əlavə olunur. Bu isə o nəticəyə gətirib çıxarır ki, İslamı anlamaq üçün Hacı İlqar kimi filosof olmaq və ya ən azından onun kimilərin elmindən bəhrələnmək lazımdır. Daha 5-6 ədibin adını və ya ondan sitatı əzbərləmək yox.

İmam Hüseynin (ə) "Zalıma boyun əyməkdənsə, şəhadəti üstün tutardım", "Zalım məni zülmlə şəhadət arasında qərar verib. Amma zillət bizdən uzaqdır" kəlamlarını demək olar ki, yazılarında tez-tez qeyd edən Hacı İlqarın söylədiklərinin hansı balışdır? Yoxsa deyəcəksən ki, onun lozunqu hesab edilən "Qarabağı və Qüdsü unutma!" da balışdır. Səncə bu sözlər bizləri zülmə qarşı cihada səsləyir, yoxsa sənin hər yazında mədət umduğun Qərb siysaətçilərinin mənasız sözləri?

O ki qaldı belə yazıların biz möminlərin ziyanına olduğuna, işlərinin düz getməməsinə səbəb kimi göstərməyinə, bax, burda da yanılırsan. Sənə o yazını yazmağı "zakaz" edənlərin işləri düz getmir belə yazıların dərc olunması. Birdən çaşıb soruşarsan Qərb niyə qorxur? Çünki görürlər ki, artıq onların öz ölkələrində belə alimlər, məmurlar, taınmış simalar İslama tapınırlar. Ona görə siyasətlərinin qütbünü dəyişirlər. Burada sənə bir haşiyəni qeyd edim. İstəyirsən bir araşdır. Gör bəşər tarixində elə bir İslam mütəfəkkiri olubmu ki, sonradan dinini dəyişsin və ya ondan imtina etsin. Amma istəsən mən sənə bunun əksini – İslam barəsində düşüncəsi olmadığı halda, sonradan araşdırma nəticəsində İslamın kamil bir din olduğu qənaətinə gələn yüzlərlə mütəfəkkir adı çəkə bilərəm. Bun görə də sən məsləhətim odur ki, sən bizim fikrimizi çəkmə.

Bilmirəm yazının növbəti abzası üçün sənə hansı cavabı yazım. Çünki bayaq qeyd etdiyim kimi, sənin İslam barəsində düşündüyün heç Mirzə Ələkbərin mübarizə apardığı xurafatçıların biliyi qədər də yoxdur. Azından ona görə ki, onlar heç olmasa əsl müsəlmanla vəhhabinin fərqini bilmirdilər, İslam barədə araşdırma aparmaq imkanları yox səviyyəsində idi. Amma 21-ci əsrdə olduğmuzu iddia edib geri qaldığımızı düşündüyün halda, özün irəli gedib azından gündə 1-2 dəfə internetdən İslam barədə bilgi almaq istəmirsən ki, cənnət və cəhənnəmin fəlsəfəsini, zəncir vurmaqla bric şalvar geyinənin fərqini başa düşəsən.

Sənin İslam barədə düşüncənin heç bizim evin balacası İbrahim qədər belə olmadığını məhz burada anladım. Çünki sən yəqin ki, heç Nəsimini, Füzulini, Nizamini, Xətaini, Tusini, Şirazini, Firdovsini, Hafizi, İzzəddin Həsənoğlunu, Qazi Bürhanəddini, Əbdülqədir Marağayini, Mirzə Cahan Şah Həqiqi, Həqiri Təbrizi,  Qövsi Təbrizi, Nişat Şirvani,, Məhəməd Hüseyn Şəhriyarı vəs və ilaxırı tanımırsan. Tanısaydın bilərdin ki, bu şəxslərin hamısı İslamdan bəhrələnib. Tolstoy  heç bu adını çəkdiklərimin yanından yel olub ötməyə belə cəsarət etməz. Onların dahiliyinin bir səbəbi də İslam fəlsəfəsindən istifadə etməklərində idi. Sənə misal kimi Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasından bir hissəni təqdim edirəm:

 

Ey adı ən gözəl başlanğıc olan,
Adınla başlanır yazdığım dastan.

Sən ey xatirəsi könlümə həmdəm,
Adın düşməmişdir bir an dilimdən.

Bütün varlıqları Özün yaratdın,
Bağlı qapılara açardır adın.

Adının qərarı olmadan əvvəl,
Qələm tutmamışdır dünyada bir əl.

Ey bütün varlığın həyat təməli,
Yetməz dərgahına bir insan əli.

Sənin tərifindir "təbarəkallah",
Alqış cəlalına, feyzinə, Allah!

 

Taleh bəy, sonra bizləri "Molla Nəsrəddin" jurnalının saqqalı hənalı qəhrəmanlarının törəmələri qismində canlandırırsan. Çünki bizlər israr edirik ki, azan səsgücləndiricilər vasitəsilə verilsin. Eləmi? Və daha sonra "texnikanın inkişafının sizə nə dəxli, Məgər elektrik, mikrafon, səsgücləndirici ərəb şeyxlərinin hərəmxanasındamı kəşf edilib??? " - deyə yazırsan. Bilmirəm sənin neçə yaşın var. Amma elə hesab edirəm ki, yaş fərqimiz az olar. Ancaq təsəvvürümə belə gətirə bilmirəm ki, necə ola bilər 21-ci əsrdə bəni-adəm elə hesab etsin ki, İslam dini sadəcə ərəblər üçündür. Və qeyd edim ki, xeyr, mikrofonu ərəb şeyxlərinin hərəmxanası icad etməyib, amma sənin yeddi arxadönənindən də bu kəşf üzərində heç kəsin imzası yoxdur. Ona görə də, bizim azanı necə verməyimizin sənə və sənə bu yazını sifariş verənlərə heç dəxli yoxdur. Bir də ki, bizə gündə bir əmr gəlmir. Bizə əmr 1400 il bundan qabaq Qurani-Kərimdə verilib. Biz ancaq Yaradanın quluyuq. Qulun qulu yox.

Sənə kim deyib ki, Azan səsi "Koroğlu" üvertürasının səsinin kəsilməsinə yönəlib. Sənin üvertüranın yaşı çox olar 100 il, amma azanın yaşı 1400 ildir. Eşidilir və eşidiləcək də. Çünki Allah-Təala öz yaratdığı dini özü qoruyacaq.

Gəldik yazının kuliminasiya nöqtəsinə. Qardaş mən başa düşə bilmirəm, sən Qərb mədəniyyəti deyib bağıra-bağıra bizə qəbul etdirməyə çalışdığın nədir: əri evdə qala-qala arvadın başqa kişi ilə barda əylənməyimi, "kişi"lərin gecələr qadın paltarı geyinib küçələrdə "kliyent" axtarmağımı, atanın öz qızına tamah salmağımı, kişinin öz baldızı ilə əylənməyimi, oğulun ögey anası ilə eyş-işrətlə məşğul olmağımı, kişinin kişiylə, qadının qadınla cinsi əlaqədə olmağımı, qardaşın bacıyla evlənməyimi. Əgər bunlardan hansısa birini özünə yaraşdırırsansa, onda mənim daha sənə sözüm yoxdur. Yox, əgər sən Qərb mədəniyyəti deyəndə elm-texnologiyanın inkişafını nəzərdə tutrsansa, əzizim bu mədəniyyət deyil elmdir. Biz müsəlmanlar isə Peyğəmbərimizin buyurduğu kimi elm dalınca Çinə belə getməyə hazırıq.

O ki qaldı Hacı İlqarın sənin sadə sualın qarşısında pisikərək geri çəkilməyinə... Əcəb adamsan e... Allaha and olsun mən hələ də başa düşə bilmirəm ki, sən bu yazını yazandan sonra oxumamısan, yoxsa, Hacı İlqarı tanımırsan? Hacı İlqar o şəxslərdəndir ki, bir mövzu barədə hazırlaşmadan saatlarla danışmaq və polemika aparmaq iqtidarındadır. Onun sənin sualına cavab verməməsini sən qaçmaq kimi dəyərləndirirsən, amma mən vaxtını itirməmək kimi qiymətləndirirəm. O getməyi ilə sənə izah etməyə çalışıb ki, bu ölkədə hüquqi normaları sən və mən deyil, əlaqədar qurumlar və qanunlar müəyyənləşdirir. Amma çifayda.

Həm də, sən özünü nə qədər böyük adam hesab edirsən ki, xalqın adından "ictimai müqavilə" hazırlayırsan və onu xalqa əyan edirsən.

Sən gör nə qədər dardüşüncəlisən ki, milyonlarla insanın etiqad etdiyi İslamın sütunu hesab edilən Namaza çağırış səsi olan Azanı məzmunu olmayan avaz hesab edirsən. Çünki sən bu qədər düşünürsən. Çünki sənin dünyavi təsəvvürün bir Azanı qavramağa belə yetmir. Qeyd edirsən ki, Azan sənin rahatlığını pozur, əsəbləşdirir. Qardaş onda sənin problemin Azan deyil eee, sənin problemin başqadır, get onu həll et. Çünki hələ mən bu yaşıma kimi 6 milyar insanın içində Azanın onun rahatlığını pozduğunu eşitməmişəm. Əgər o cür gözəl avazla verilən Azan səsi səni hər gün evində, iş yerində, istirahət etdiyin parkda, getdiyin yolda və s. narahat edirsə, demək harınlamışların maşınlarındakı əsəbə təsir edən "Nu zayats, nu poqodi" siqnalları da sənə təsir edir. Bax, heç onlardan yazmırsan. Və sən azana qarşılıq olaraq namaz vaxtı məscidin yaxınlığına daha artıq səs gücləndirmək imkanına malik cihaz qoyaraq "Koroğlu"nun üverturasına səs verəcəyini yazırsan. Sonra da qeyd eirsən ki, sənin heyranı olduğun mədəniyyətin məqsədi və fəlsəfəsi bu deyil. Əksinə sənin heyranı olduğun mədəniyyətin əsl məqsədi və fəlsəfəsi budur. Ki, azan səsləri kəsilsin, məscidlər sökülsün, əxlaqsızlıq baş alıb getsin. Bax bunu istəyir sənin heyran olduğun Qərb mədəniyyəti. Ona görə də, sənə təklif dirəm ki, istəyirsən bir sına üvertura məsələsini. O ki qaldı sənin Azan səsini eşitmək istəməməyinə, bunun üçün pambıqdan istifadə etməyin məsləhətdir. O ki qaldı bizim sənin çıxardığın səsi eşitmək istəməməmizə, biz istəməsək, lap özünüzü partlatsanız da o səsi eşitmirik.

Sənin təkliflərinə isə cavab yazmaq istəmədim. Çünki bura qədər yazdıqlarım məncə yetərlidir. Sənin onsuz da İslam dininin gözəlliyinə gözlərin bağlıdır, ona görə də Azan səsini eşitməmək üçün bayaq qeyd etdiyim kimi, qulaqlarını da bağla və eşitmə. Onsuz da nə fərq edər ki, ha görmədin, ha eşitmədin.

P.S. Bunu yazmaq istəmirdim, amma sonra sizin bütün yazıları sifarişlə yazdığınızı nəzərə alıb qeyd etməyi lazım bildim. Sənin inanmadığın, mənim isə Ondan başqa inanc hissi duymadığım Yaradana and olsun ki, bu yazı yazılan andan dərc olunan ana kimi Hacı İlqarın xəbəri olmayıb. Və bu yazı sifariş əsasında yazılmayıb. Sadəcə və sadəcə bir müsəlman olaraq nahaqqa qarşı haqq səsimi çıxarmaq qərarına gəlmişəm, o qədər.

Şərhlər
matlab tərəfindən 11-11-2009 10:23:10 tarixində yazıldı
salam
Salam. ay ellerin var olsun gardash, ne gozel yazmisan.. amma bir sheyle razi deyilem ki yazmisan ne geder ki qerb medeniyyeti var hollivud fahishe korlugu cekmeyecek.. gerek bele yazardin ki , ne geder ki senin kimiler var hollivud fahishe korlugu cekmeyecek.
abalfazl tərəfindən 11-11-2009 15:28:39 tarixində yazıldı
sagol gardash yaxshi cavab vermisan o sionist kolesina ALLAH lenet elasin onun kimi manaviyatini grantlara satanlara
prioritet tərəfindən 13-11-2009 00:33:53 tarixində yazıldı
2 matlab
+++++)))))
Nizami tərəfindən 17-11-2009 17:43:12 tarixində yazıldı
Sifarişli yazıya sifarişsiz cavab
hormetli Aqil Mehdiye men de oz minnetdarliq hisslerimi catdirmaq isteyirem...
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2019 03:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru