Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

17 Oktyabr

2009
1820
HƏSƏD VƏ KİNİN ZƏRƏRLƏRİ
İslam dini ictimai əlaqələrə, əxlaqi davranışlara, insan haqlarının qorunmasına böyük önəm ve-rərək, inam və birlik mühitini yox edəcək, mübahisə və incikliklərə səbəb olacaq davranışlardan qaçıl-masını tövsiyə edir. Bu səbəbdən ictimai əlaqələri zədələyən, insan hüquqlarını pozan və əxlaqi zəifliyə səbəb olan mənəvi xəstəliklərdən həsəd, qısqanclıq, buna bağlı olaraq mömin qardaşına kin duyma, düşmən olma kimi söz və hərəkətlər qadağandır.
Həsəd - başqalarının sahib olduğu bir neməti, üstün sayılan bir xüsusiyyəti qəbul etməyərək, onun din qardaşından alınmasını və yox olmasını istəməkdir. Bu barədə Qurani-Kərimin "Nisa" surəsin-də belə buyurulub: "Yoxsa onlar, Allahın Öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd apa-rırlar?" (ayə 54). Deməli, bu mənəvi xəstəliyin qaynağı Allahın qismətiylə razılaşmamaq və onu bəyən-məməkdir. Kin isə həsəd duyğusuna bağlı olaraq başqasına qarşı gizli düşmənlik bəsləməkdir.
Unutmayaq ki, yaradılanlardan ilk həsəd edən məhz şeytan olmuşdur. Belə ki, böyük Yaradanın insanı xəlifə etməsinə qısqanclıqla yanaşan və qüruruna sığışdırmayan şeytan Adəmə itaəti, səcdəni qəbul etməyib Allahın buyruğuna qarşı gəldi və buna görə cənnətdən qovulub əbədi lənətə uğradı. Ədalətli Allahdan ibadətlərinin əvəzi üçün Qiyamətə qədər möhlət verməsini istəyən Şeytan daha son-ra insanlardan lənətə uğramasının əvəzini çıxacağını and içdi və dərhal da fəaliyyətə başladı. Bildiyimiz kimi, dünyada ilk qan da həsəd, qısqanclıq və kin üzündən axmışdır. Həzrət Adəmin (ə) oğullarından Qabil qardaşı Habili paxıllıq səbəbiylə öldürmüşdür. Deməli, həsəd şeytani bir rəftardır.
Əziz Peyğəmbərimiz (s) bu mənəvi xəstəliyin zərərindən bəhs edərkən belə buyurub: "Həsəd etməkdən çəkinin, atəşin odunu və ya otu yediyi kimi həsəd də yaxşı əməlləri yeyər, bitirər." Buna gö-rə etdiyimiz xeyr və savabların, saleh əməllərimizin azalmasını istəmiriksə, özümüzü paxıllıqdan uzaq tutmalıyıq. Çünki bu mənəvi narahatlığa qəlbini təslim edən kimsə həm öz rahatlığını pozur, həm baş-qalarını narahat edir, həm də Allahın təqdirinə razılaşmadığı üçün günahkar olur.
Böyük Yaradan dünyada nizamın bərqərar olması üçün heç kəsə eyni səviyyədə sağlamlıq, öv-lad, mal-dövlət və sair bu kimi nemətlər verməyərək insanları bir-birlərinə möhtac şəkildə yaradıb. La-kin unutmamalıyıq ki, Allahın saya gəlməyəcək qədər nemətləri vardır. Bu zaman bizlərə düşən vəzifə, Yaradanın başqasına verdiklərinə həsəd etmək deyil, Onun fəzlindən istəməkdir. Çünki Allah istəyənə və işləyənə verəcəyini vəd etmişdi.
Bəs həsəddən, paxıllıqdan necə qorunaq? Bunun üçün yenə Qurani-Kərimə müraciət edirik: "Həsəd edənin, həsədini bildirdiyi zaman şərindən (səhərin Rəbbinə sığınaram)" (Fələq, 3). Deməli çarə yalnız Allaha sığınmaqdadır.
Yuxarıda da qeyd etdiyimiz kimi, paxıllıq təkcə şəxsi deyil, həm də ictimai fəsada səbəb olur. Be-lə ki, insanlar arasında kin, nifrət və fitnə baş alıb gedir. Elə isə bizlər qəlbi qaraldan bu pis xasiyyətləri tərk edərək, vətənimizdə dinclik, barış, sevgi və qardaşlıq içərisində birlikdə yaşamağa çalışaq.
Yazımı Həzrət Məhəmmədin (s) çox gözəl bir xəbərdarlığıyla bitirirəm: "Bir-birinizə həsəd etmə-yin, kin tutmayın. Başqalarının eyiblərini araşdırmayın, danışdıqlarını dinləməyin. Ey Allahın bəndələri! Qardaş olun".
Şərhlər
RUFAQ tərəfindən 07-11-2009 07:51:13 tarixində yazıldı
SHERHE EHTIYAC YOXDUR
Abdullayev mutellim tərəfindən 08-03-2012 10:47:09 tarixində yazıldı
mektub
Allah sizden razi olsun
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 22:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru