Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

01 Oktyabr

2009
2037
SON PEŞMANLIQ...

Ana bətnindəki uşağın müəyyən müddətdən sonra qulağı, gözü, ağzı, əli, ayağı əmə-lə gəlir. Halbuki, qidasını anasına bağlı xortumdan alan körpənin müvəqqəti məskun-laşdığı məkanda bunların heç birinə ehtiyacı yoxdur. Əgər bu balaca desə ki, "Ya Rəbbi, bu xortum varsa qulaq, ağız, göz, əl, ayaq nəyə lazımdır?" böyük ehtimalla Ya-radandan belə bir cavab alar: "Tələsmə, qısa bir müddətdən sonra elə bir aləmə gedə-cəksən ki, burada "hər şeyim" dediyin xortum, orada heç bir işə yaramayacaq, kəsilib atılacaq. Lazımsız sandığın ağız, göz, qulaq və s. isə ən lazımlı əzaların olacaq".

Körpə buna inanmasa, dünyaya gələndən sonra həqiqətən də xortumun heç nəyə yaramadığını görər, lazımsız sandığı ağız, göz və s. "cihazların" isə dövrəyə girdiyini, onlarsız həyatın olmayacağını bilər.

Biz də, eynilə o uşaq kimi dünya anamızın bətnindəyik. 9 ay, 9 il və ya 90 il sonra bir başqa aləmə - Axirətə əbədi olaraq köçəcəyik. Hazırda mehmanı olduğumuz yer ana-mıza maddi xortumlarla bağlı vəziyyətdəyik. Əgər biz də həmin körpə kimi soruşsaq ki, özümüz üçün yaşayırıq da, bu namaz, oruc, həcc, zəkat, din, iman, İslam nəyə la-zımdı?", eyniylə bayaqkı cavabdan biri bizim üçün səslənər: "Ey bəndəm! Qısa bir müddət sonra bu dünyadan elə bir aləmə gedəcəksiniz ki, orada "hər şeyim" dediyi-niz bu maddiyyatların heç biri işə yaramayacaq. Vacib olmadığını sandığınız ibadətlər də, ən lazımlı azuqəniz olacaq. Çünki orada insanlara malikanəsinə, avtomobilinə, puluna, sərvətinə və surətinə görə deyil, ürəyinə, əməlinə və ibadətinə görə dəyər ve-riləcək.

Bəli, namazımız, orucumuz, zəkatımız, həccimiz, əmr be məruf və nəhy əz münkəri-miz Axirət aləmində bizim üçün əl, ayaq, dil, dodaq, həmçinin üzərindəki rəngarəng və şirəli meyvələrin ağırlığından başlarını aşağı dikmiş meyvə ağacları, dadı baldan şi-rin, suyu süddən ağ bulaqlar və bunun kimi sonu olmayan zənginlik, səadət - qısaca Cənnət olacaq.

Əgər elm və texnika əsrində olduğumuzdan fərəhlənib Rəbbimizin hikmət diliylə bu-yurduğunu qəbul etməsək və ibadətsiz axirətə getsək, bizim yuxarıdakı körpədən fər-qimiz bilirsinizmi nə olacaq? O, sahib olduqlarını anlamasa da, heç nə itirmir. Amma biz isə mənzilimizin, pulumuzun, dövlətimizin heç bir işə yaramadığını müşahidə edərək, ibadətlərin hər şey olduğunu anlasaq dizlərimizi döyə-döyə qalacağıq. Unut-mayaq ki, Qiyamətin adlarından biri "Yovmul nədamə", yəni "peşman olan gün"dür. O gün möminlər də, kafirlər də peşman olacaqlar. Mömin olmayanlar peşman olacaq-lar ki, niyə Allahı tanımadım, səcdə, ibadət etmədim, əlimi, üzümüzü, gözümü hara-ma alışdırdım. Möminlər isə peşman olacaq ki, niyə ömrümün hamısını, hər anının Allaha ibadətlə keçirmədim, niyə imanım, ibadətim, səcdəm, sədaqətim az oldu, xüms-zəkatımda səhlənkarlıq etdim. Digər adı "yovmul Həsrət" - Həsrət günü olan Qi-yamətdə insanlar müvəqqəti dünyada hədərə verdikləri ömürlərini yad edib,  həsrətdə olacaqlar: Kaş ki, bir də dünyaya gələydim, o zaman hər bir əməlimdə Allahı düşü-nüb, Onun üçün yaşayardım, aləmlərə rəhmət olaraq göndərilən əziz Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) və onun pak Əhli-beytinin (ə) yoluyla gedərdim. Çünki "İsra" surəsi ayə 71-də buyurulub ki, Qiyamət günündə dünyada yaşayan hər bir insan hər kəsi ki, sevirdi, onun imamətini, ağalığını qəbul edirdi, sorğu-suala onunla çağırıla-caq.

Gəlin bütün bu deyilənləri düşünərək peşman olacağımız, dizlərimizi döyəcəyimiz o gün gəlmədən ağılımızı başımıza yığaq, bütün aləmləri yaradan böyük, qüdrətli Alla-ha layiqli şəkildə ibadətimizi, itaətimizi edək.


Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 10:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru