İndi "çoxqütblü bir dünya nizamı"
gündəmdədir; iqtisadi, ictimai və siyasi
inkişaflar dünya daxilində yeni "qütb
başı" ölkələrin səhnəyə çıxmağa
başladığına işarə
edir.
Məsələn, 1990-2007-ci illəri arasında
qlobal iqtisadiyyatın həcminin
23 trilyon dollardan 53 trilyon dollara çıxdığı və bu artımın yarısının inkişaf etməkdə olan ölkələrdən
gəldiyi müşahidə edilir. Son iki ildə aralarında 30 Afrika ölkəsinin də olduğu 124 ölkənin böyümə sürəti yüzdə 4-ü keçir. Dünyadakı xarici kurs ehtiyatı miqdarının yüzdə 75-i Asiya ölkələri ilə neft çıxaran ölkələrin əlindədir. Bu ölkələrin əlində ayrıca
olaraq 2.5 trilyon dollar büdcədən xaric ictimai fondlar var.
Strategiya
mütəxəssislərinin təxminlərinə görə, 10 il sonra Hindistanın
və Çinin qlobal nəticədən əldə etdiyi pay yüzdə 10-u keçəcək, Yaponiyanın payı yüzdə 5 olacaq. 20 il sonra Rusiya ,
Braziliya, Çin, Hindistan və Meksika
iqtisadiyyatlarının cəmi, bugünkü G-7 ölkələrinin cəmi iqtisadiyyatından çox daha böyük olacaq.
Bu vəziyyətin nəyə işarə olduğu çox açıqdır:
Beynəlxalq sistemdə
iqtidar mərkəzi sürətlə sürüşür, tək bir mərkəzin iqtidarı
təmsil etmə
qabiliyyəti itir, yeni dağınıq iqtidar mərkəzləri ortaya çıxır.
İndiyə qədər beynəlxalq sistemdə iqtidar mərkəzi olan Qərb
Dünyası (ABŞ buna daxil), iqtidar ərkini
əlindən qaçırır, Qərb xaricində yeni güclü iqtidar mərkəzləri, "qütb başları" özünü göstərir.
Qərbxarici yeni qlobal aktyorların başında Rusiya gəlir. 1990-cı illərdə həddindən artıq
borclu olan Rusiyanın 10 il içində borclarını ödəyib iqtisadi cəhətdən irəliləməsi bu
ölkəni çox
gücləndirdi. Maliyyə baxımdan heç bir ölkəyə və beynəlxalq təşkilata asılı
olmayan Rusiyanın əlində bu anda yüz milyardlarla dollar ictimai fond var. Bu
səbəblə yaşanan qlobal iqtisadi böhrandan az qala heç təsirlənməyən Rusiya,
əksinə böhranın vurduğu ölkələrin başında gələn İslandiyaya kredit verir. İqtisadiyyatını gücləndirən Rusiya, xarici siyasətdə
hücuma qalxdı; Orta Asiya, Qafqazlar və Qaradəniz bölgəsində nüfuzunu artırdı,
Orta Şərqdə də daha
təsirli bir güc ola bilmək üçün fürsət gözləyir. Yaxın
gələcəkdə Rusiyanın
Asiya qitəsində
Çinlə, Avropa qitəsində Avropa Birliyi ilə, qlobal diametrdə də ABŞ-la ciddi rəqabətə girəcəyi görünür.
Bir başqa qlobal
"aktyor" isə Çindir. Son otuz ildə yüzdə 9 faiz böyüyən
Çinin əlində 1.5 milyard dollar kurs ehtiyatı var. Çin 1978-ci ildə etdiyi
cəmi ixracatı indi yalnız 1
gündə edir. Kömür, polad və sementdə dünyanın ən böyük
istehsalçısı olan Çin,
Afrika qitəsindəki nefti çıxarır və ixrac edir.
İstehsalatının
yüzdə 70-ni ixrac edən
Çin, iqtisadi qlobal bir güc olaraq çoxqütblü dünyanın ən əhəmiyyətli qütb başlarından
biri olaraq səhnəyə çıxır.
Hindistan da
dünyanın ən sürətli inkişaf edən, böyük iqtisadiyyata sahib ölkə
olaraq bir başqa əhəmiyyətli qütb nöqtəsini xüsusiyyətini daşıyır. Hindistanda
hələ də 300 milyon insan 1 dollardan aşağı bir gəlirlə yaşamaq
məcburiyyətində qalsa da,
dünyadakı kasıbların yüzdə
40-ı bu ölkədə olsa da, Hindistan, texnologiya və
proqram sahəsində etdiyi önəmli
irəliləyişlə beynəlxalq sistemdə özünə möhkəm bir yer hazırlayır.
Çoxqütblü dünya, əlbəttə
təkqütblü, yerində sayan və təzyiqçi
beynəlxalq sistemdən daha yaxşıdır... Amma bu əhəmiyyətli qütbbaşı ölkələrin öz
aralarında və
digər ölkələrlə necə bir əlaqə forması quracaqları və ortaya necə bir nümunə qoyacaqları isə hələ tam
müəyyən deyil.
Əlbəttə öz mənfəətlərini təmin edəcəklər, dünya qaynaqlarının böyük hissəsinə sahib olmaq istəyəcəklər və bunun üçün mübarizə edəcəklər, amma bu mübarizədə haqq, hüquq və insanlıq bir kənarda qalsa, onda onun indiki təkqütblü dünya sistemindən heç bir fərqi olmayacaq. Belə bir təhlükəyə məruz qalmamaq üçün yeni beynəlxalq sistemin mütləq ədalət, sülh və bərabərlik üzərində bina edilməsi, qlobal aktyorların da hüquqa və insan haqqlarına hörməti əsas götürülməlidir.
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...