Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2012
19:15
Anqola, Qrenada, ardınca isə Panama
Mərkəzi Kəşfiyyat İdarəsi bu ölkələrin rəhbərliyinə özünə tabe etdirmək üçün 10 minlərlə insanlara qıydı

DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (XXI HİSSƏ)

ANQOLA ƏMƏLİYYATLARI

Anqolaya müdaxilə MKİ-nin ən mənasız əməliyyatı sırasındadır. Axıdılan qanla əldə olunan hədəflərin nə olduğu da müəyyən deyil. Mütəxəssislər bu əməliyyatı qəti şəkildə MKİ-nin ən böyük fiaskosu hesab edir.

1975-ci ildə Portuqaliya İmperatorluğu çökdükdə Afrikadakı müstəmləkəsi Anqolada iqtidar mübarizəsi aparan üç qrupa qaldı. Qrupların üçü də müxtəlif dövrlərdə həm kapitalizmlə, həm də sosializmlə eşqbazlıq etdilər; həm Şərqdən, həm də Qərbdən kömək aldılar. ABŞ-ın müttəfiqi Zaira bir fraksiyanı dəstəklədi. Sovet İttifaqı isə əlini Anqolanın Müstəqilliyi Naminə Xalq Hərəkatının (MPLA - Movimento Popular de Libertação de Angola) kürəyinə qoydu. MKİ isə isə üçüncü qrupu, Jonas Savimbinin Anqolanın Hamıdan Müstəqilliyi Naminə Milli Birlik Hərəkatını (UNİTA - União Nacional para a Independência Total de Angola) seçdi. MKİ-nin Anqolaya daxil olmasının əsas səbəbi, xarici işlər naziri Henri Kissincerin “Vyetnamdakı məğlubiyyətdən sonra güclü olduğumuzu dünyaya göstərmək üçün ən qısa müddətdə başqa bir müharibə meydanı yaratmalıyıq” fikriydi.

Kissincer həmçinin deyirdi: “Düşmən nəzarətinə keçməməsi üçün müdaxilə məcburiyyətindəyik.”
Həmçinin 1975-ci ildən bəri neft sahələrini nəzarət altında saxlayan MPLA müharibə ərzində Qərbə neft satmağı davam etdirdi.

Göstərilən bir başqa axmaq müharibə həqiqəti isə Anqolanın dəniz nəqliyyatına yaxınlığı idi. Halbuki, dənizə sahili olan dünyadakı hər ölkə eyni vəziyyətdədir.

Kissincer danışıqlar üçün heç bir diplomatik cəhd göstərmədi. Buna qarşılıq olaraq MKİ qana susamış zalım diktator olan Savimbini külli miqdarda pul və qanla dəstəklədi. ABŞ-ın Anqolanı soyuq müharibə meydanına çevirməkdə dirəniş göstərməsi, Savimbini dəstəkləyən Cənubi Afrika qüvvələriylə buna qarşılıq böyük müvəffəqiyyətlə MPLA-nı dəstəkləyən Kuba qüvvələrini Anqolada üzbəüz qoydu.

Cənub Afrikanın Anqolaya müdaxiləsi zəncilərin əksəriyyət təşkil etdiyi iqtidarları devirmək məqsədiylə bütün qonşu dövlətlərdə qarışıqlıq yaratmaq səyinin bir parçası idi. Cənub Afrikanın ABŞ-ın sahib çıxdığı qrupu dəstəkləməsi, ABŞ-ın Afrika ilə əlaqələrində əhəmiyyətli bir təxribata səbəb oldu.

40 milyon dollar xərcləndikdən və minlərlə insan öldükdən sonra Konqres Anqola müharibəsinə köçürülən fondları 1976-cı ildə kəsdi. Konqres ilk dəfə bir MKİ əməliyyatını səs verərək dayandırdı. Çox təəssüf ki, MKİ-nin Konqresin qoyduğu qanunu sıradan çıxarmaq istəyi və cəhdləri Reyqanın 1981-ci ildə rəhbərliyə gəlişinə qədər davam etdirdi.

Bu tarixdən sonra davam edən Anqola dalanı 1990-cı ildə seçkiylə nəticələnənə qədər milyonlarla dollar və minlərlə insanın həyatı heç bir nəticə olmadan xərcləndi. Savimbi seçkidə MPLA-ya məğlub olduqda isə MKİ-nin dəstəyi ilə yenidən müharibə başladı. Nəhayət, 1993-cü ildə ABŞ Savimbidən dəstəyini çəkdi və MPLA hökumətini tanıdı. Ancaq müharibə yenə davam etdi. O günə qədər isə 300 min anqolalı öldü, 80 mini şikəst, 50 mini yetim qaldı, maddi zərər isə 50 milyard dollardan artıq idi.

QRENADA İŞĞALI ƏMƏLİYYATLARI

Amerika xalqına belə deyildi: Prezident Reyqan bir gün Karib hövzəsindəki Qrenada adasında qorxunc Marksist çevriliş edildiyi kəşfiylə oyandı. Adada kubalı əsgərlər yerləşdiyinə görə, prezident orada tələyə düşən, girov götürülməklə üzbəüz qalan Amerika vətəndaşlarını xilas etmək üçün əsgər göndərmək məcburiyyətində qalmışdı.
Bu komik açıqlamadan sonra hadisənin həqiqətini xalqa çatdırmaq imkanının da qarşısı alındı. Çünki Amerika hərbçiləri işğal zamanı jurnalistlərin Qrenadaya girməsini qadağan etdi. Bir gəmi amerikalı jurnalist silah gücüylə geri qaytarıldı və adaya bütün təyyarə səfərləri ləğv edildi. Uzun müddət sonra, yəni Qrenada yaddan çıxdıqda rəsmi hekayənin yalan dağı üzərinə qurulduğu ortaya çıxdı.

MKİ Maurice Bishop adlı şəxsin yardımı ilə Qrenada rəhbərliyini devirdiyi 1979-cu ildən bəri adanda stabilliyi pozmağa başladı. Bishop Qrenada xalqının həyatın səviyyəsini yüksəltməyə başladı və buna görə də xalqın böyük dəstəyini qazandı. Ancaq bir qədər sonra Kubanın mühasirəyə alınması məsələsinə dəstək vermədiyi üçün ABŞ-ın qəzəbinə düçar oldu.

Bishopun mülayim sosialist proqramı (özəl sektora müdaxilə edilmir, lakin pulsuz təhsil və səhiyyə xidmətləri və sair məsələlər nəzərdə tutulurdu) səbir kasasını daşıran son damla oldu. Əvvəlcədən hərəkətə keçən MKİ-nin təbliğat maşını Qrenadanın Sovet İttifaqının müttəfiqi, terrorist bir ölkə olduğu, dişlərinə qədər silahlı 100 min qrenadalının yazıq Amerikaya hücum etmək üçün hazır gözlədiyi iddialarını yayırdı.

İşğal iki il əvvəlcədən planlaşdırıldı və MKİ-nin təxribat tədbirləri işə düşdü. Müxalif partiyalara və qonşu ölkələrin ordularına pul paylandı. Nəhayət, 1983-cü ilin sonlarında Bishop öz partiyasındakı radikallar tərəfindən iqtidardan devrilərək edam olundu və ABŞ işğalı başladı. Kağız üzərində girov götürülən amerikalılar arasındakı MKİ agentləri, qısa dalğada radio yayımla üç günlük müharibəni koordinasiya etdilər.

Sonralar məlum oldu ki, amerikalıların əllərindən xilas edildiyi deyilən kubalı əsgərlərin ümumi sayı 43 nəfər olub. Qrenadadakı o biri kubalıların əksəriyyət isə orta yaşlı inşaat işçiləri imiş. Kubalılar ABŞ-ın "xilasetmə" əməliyyatına qarışmayacaqlarını açıqladılar. Amma Amerika əsgərləri atəş açdı və onlar da özlərini müdafiə etdilər. O gecə, ABŞ Kubaya Qrenadadakı kubalıların Amerikanın hədəfləri arasında yer almadığına dair zəmanət verdi. Səhəri gün isə kubalılara vertolyotlarla hücum olundu. əməliyyat başa çatdıqda 81 kubalı, 296 qrenadalı və 131 amerikalı ölmüşdü.
Və Qrenada Bishopdan əvvəlki vəziyyətinə geri qayıtmışdı; yoxsulluq və ümidsizlik. Bildirilirdi ki, artıq Qrenada həyati əhəmiyyət daşıyan mənfəətlərə qarşı ciddi bir təhdid yaratmır.

PANAMA ƏMƏLİYYATI

Manual Noryeqa həyatının böyük hissəsində MKİ ilə yaxşı dolandı. 1959-cu ildə panamalı solçular amerikalılara xəbər ötürürdü. 1966-cı ilə qədər adı MKİ-nin maaş siyahısında idi. Məhbuslarla pis rəftar etdiyi üçün Noryeqa Panamada Amerika ordusu tərəfindən yaradılan və daha sonra Corciyadakı Fort. Benningə köçürülən "School of Americas"da ("Diktatorlar Məktəbi" ya da "Qatillər Məktəbi" də deyilir – red.) təhsil almağa layiq görüldü.

1972-ci ilin əvvəllərində Noryeqanın narkotik qaçaqmalçılığına dair fikirləri, Narkotiklə Mübarizə Agentliyi DEA üçün çətinlik yaratdı. ABŞ Xarici İşlər Nazirliyi də İsrail və Kuba başda olmaqla digər ölkələrin xüsusi xidmətləriylə əlaqəsindən şikayətçi idi. "Narahat olmayan, bizim oğlandır", - dedi MKİ.

1976-cı ildə Noryeqa MKİ rəhbəri Corc Buşla Vaşinqtonda görüşdü. Buşdan sonrakı MKİ rəhbəri Noryeqadan razı deyildi və onun adını MKİ-nin maaş siyahısından çıxardı. Lakin 1980-ci ildə Buş prezident köməkçisi olduqda, Noryeqa ildə altı sıfırlı maaşla yenidən siyahıya daxil edildi. 1981-ci ildə Panamada sevilən prezident Omar Torrijos təyyarə qəzasında öldü. 1983-cü ildə isə Noryeqa ölkəyə nəzarəti ələ keçirdi. I987-ci ildə Noryeqanın yaxın köməkçilərindən biri şübhələrin əksəriyyətini təsdiqlədi: Noryeqa Torrijosun təyyarəsinə təxribat etmişdi. MKİ dövrün prezident köməkçisi Niksonun təsdiqiylə 1955-ci ildə də Panamada prezidentin öldürülməsi işinə qarışmışdı.
Noryeqanın cinayət qovluğu MKİ üçün heç bir təhlükə yaratmırdı. Və deyirdilər: əks-inqilabçılara silah aparan təyyarələrlə kokain daşınırdı; eləsin, təkcə o deyildi ki, bunu edən. Onu narkotik qaçaqmalçısı adlandıran siyasi müxaliflərinimi öldürürdü; eləsin, iqtidarını möhkəmləndirirdi. 1984-cü ildə keçirilən Panama seçkilərində qələbə çalmaq üçün hiylə və gücmü istifadə etdi; eləsin, onsuz da nəticədən məmnun qalmayacaqdıq...

Bütün bu hadisələr və Noryeqa eşqi 1989-cu ildə başa çatdı. Noryeqa Nikaraquadakı Sandinistlərə müxalifətdə olmaq məsələsində tərəddüd etdikdə, başbilənlərinin ona acığı tutdu. Bundan başqa da bəzi hallarda itaətsizlik göstərirdi. 1989-cu ilin dekabrında ABŞ əsgərləri Noryeqanı tutmaq üçün Panamanı işğal etdi. İşğal zamanı isə 4 minə yaxın mülki vətəndaş qətlə yetirildi.

Bəs işğaldan sonra nə dəyişdi? Təzyiqlər, sui-istifadələr və narkotik qaçaqmalçılığı azalmadı. Lakin Panamanın yeni iqtidarı Noryeqanın əksinə olaraq əmrlərə necə tabe olacaqlarını bilirdilər. Və 2000-ci ilə qədər Panamadakı bütün ABŞ hərbi bazalarını bağlamağı nəzərdə tutan Torrijos, mərhələli danışıqları qəbul etdi.

Davamı var

Cavad Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
543

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
405

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
500

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
507
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 03:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru