Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2012
12:07
`Göy gurultusu`, `Phoenix` əməliyyatı və Vyetnam qırğınları
ABŞ ordusu Vyetnamı tərk etdikdən sonra MKİ əsas rolunu oynadı

DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (XX HİSSƏ)


“GÖY GURULTUSU” ƏMƏLİYYATI
Amerikada Kennedinin və Vyetnamda Ngo Dinh Diemin öldürülməsindən sonra Amerikanın müharibə dəstələrinin Vyetnama girməsinin önü açıldı. 1963-cü ilin noyabrında prezident Conson, Kennedinin Vyetnamdakı ABŞ heyətini 1965-ci ilin sonuna qədər geri çəkmək planını dəyişdirdi. Conson əsəbi bir generala, "məni seçdirin, o lənətlik müharibənizə qovuşun", - deyirdi.

1964-cü ilin avqustunda MKİ və hərbi kəşfiyyat agentləri Şimal Vyetnam sahillərində Tonkin körfəzində saxta Vyetnam hücumu təşkil etdirdilər. Şimal Vyetnamın təcavüzkarlığı kimi göstərilən bu hadisə ABŞ-ın müdaxiləsini vacib edən səbəb idi.

1965-ci ilin martında "İkinci Dünya müharibəsi qəhrəmanı və əsgərlər əsgəri" kimi təqdim edilən general William C.Westmorelandın tabeliyində olan Amerika Dəniz Piyadaları Vyetnama daxil olmağa başladı.

Prezident Lyndon B.Consonun əmriylə eyni il başladılan "Operation Ruling Thunder" (Göy gurultusu əməliyyatı) ilə yalnız 12 ay ərzində bu kiçik ölkəyə bütün İkinci Dünya müharibəsində atılandan daha çox bomba atılmışdı.

Vyetnam xalqının böyük əksəriyyəti öz təşkilatları - Milli Qurtuluş Cəbhəsini (National Liberation Front - NLF; qısa adıyla Vietkonq) dəstəklədiyi üçün, Amerika ordusunun ilk işi kəndləri yox etmək idi. Xalqı düşərgələrə doldurdu, liderlərini tapıb yox etdi və bütün ölkəni "sərbəst atəş bölgəsi" elan etdi; başqa sözlə, hərəkət edən hər şeyə atəş açıldı.

ABŞ ordusu Vyetnama "qələbədən əmin" olaraq adım atmışdı. Amma silahlarının əksəriyyətini, texnikalarını və vasitəçiləri ataraq 1973-cü ildə qaçmağa qərar verdi. Qaçmamışdan əvvəl isə kifayət qədər “Napalm” bombaları, zəhərli qazları və digər qətliam silahlarından istifadə etmişdi. Böyük əksəriyyəti mülki vətəndaş olan 3-5 milyon arasında insan öldürülmüşdü. Şəhərləri, kəndləri, evləri yandırılan 4 milyondan artıq insan didərgin salınmışdı.

“PHOENIX” ƏMƏLİYYATI
Amerikan ordusu dabanına tüpürüb Vyetnamdan qaçdığı bir vaxtda MKİ-nin oynayacağı bir rol var idi. “Phoenix” əməliyyatı sadə və kəsə qırğın proqramı idi. Proqramın əsas hədəfi bələdiyyə rəhbərləri, müəllimlər, həkimlər, vergi məmurları kimi Vietkonqun cənubdakı hakimiyyətə kömək edən əsas şəxsləri öldürərək, ölkəni iflic vəziyyətinə salmaq idi.

"Şübhəlilərin" çoxuna işgəncə verildi və bəziləri vertolyotlardan aşağı atıldı. “Phoenix” əməliyyatını idarə edən MKİ səlahiyyətlisi Villiam Kolbi (sonradan MKİ rəhbəri oldu) əməliyyatları "hərbi zərurət" adlandıraraq müdafiə etməsinə baxmayaraq, Konqresə verdiyi ifadədə öldürülən 20 min vyetnamlıdan neçəsinin Vietkonq, neçəsinin isə "sadiq" vyetnamlı olması barədə məlumatsızlığını bildirdi.

“Phoenix” ABŞ və Cənubi Vyetnamın birgə əməliyyatı idi. Cənubi Vyetnam əməliyyata qan iddiası, müdafiə və torpaq ələ geçirmə vasitəsi kimi baxırdı. Cənubi vyetnamlıların hesablamasına görə, “Phoenix” əməliyyatında ölənlərin sayı 40 min civarındadır. Həqiqi rəqəmlər az, ya da çox olmasına baxmayaraq, cinayətlərin törədildiyinə şübhə yox idi.

"The Phoenix Proqram" adlı kitab yazan Douglas Valentine, "qətliam, qaçırılma və sistematik işgəncə üsulları ilə azadlıq mübarizəsinin mülki vətəndaş arasındakı bünövrəsini yox etmək məqsədiylə tətbiq edilən “Phoenix”, 1967-ci ildə MKİ tərəfindən Sayqonda başladılmışdı", - deyə bildirir. Əslində hər ay qeydə alınaraq 1800 nəfərin öldürüldüyü “Phoenix” əməliyyatının bütün sənədləri MKİ tərəfindən yox edilmişdi, amma əməliyyatın bəzi memarları qırğınla əlaqədar sənədləri, əllərindəki fərdi məlumatları və xatirələrini Douglas Valentineyə verərək, sözügedən kitabın yazılmasına yardımçı olmuşdular. Amma buna baxmayaraq, hələ də ABŞ propoqandası ABŞ prezidentləri əvəzinə, Stalini Hitlerə bənzədən yalanlar yayırlar.

Davamı var

Cavad Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
145

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
121

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
410

Neft ucuzlaşıb

19

Aprel
09:42
İQTİSADİYYAT
275

İraqda hərbi baza raketlə vurulub

19

Aprel
09:30
DÜNYA
361

AMB-nin valyuta məzənnələri

19

Aprel
09:10
İQTİSADİYYAT
380
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2021 15:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru