Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Sentyabr

2012
17:36
Stalinin törətdiyi soyqırıma Amerika da göz yumub

Keçmiş Sovet lideri İosif Stalinin 1940-cı ildə Katın meşəsində 22 min polşalı zabiti qətliam etdirməsiylə əlaqədar yeni tarixi sənədlər ortaya çıxıb. Amerika arxivlərinin açıqladığı gizli sənədlərə görə, İkinci Dünya müharibəsi zamanı Vaşinqton rəhbərliyi Katın faciəsindən xəbərdar imiş, lakin ABŞ faşist Almaniyasına qarşı birgə mübarizəyə zərər verilməməsi üçün səsini çıxarmayıb.

FaktXeber.com-un Rusiya mediasına istinadən verdiyi məlumata görə, Amerika rəsmi arxivlərinin açıqladığı sənədlərdə müharibə zamanı almanlara əsir düşən amerikalı əsgərlərin 1943-cü ildə Sovet İttifaqının qərb sərhədlərindəki Katın meşəsində ortaya çıxarılan kütləvi məzarlıqla əlaqədar kəşfiyyata şifrəli məktub yazdıqları bildirilir. Sənədlərə görə, Amerika əsgərləri kütləvi məzarı öz gözləriylə görsün deyə, faşistlər onları Katın meşəsinə aparıbmış. Kütləvi qəbirləri diqqətlə araşdıran əsir amerikalılar, almanların Smolenks bölgəsini işğal etdikləri 1943-cü ildən əvvəl polşalı zabitlərin güllələndiyi nəticəsinə gəliblər.

1950-ci illərdə bəzi Konqres üzvlərinin tələblərinə baxmayaraq, ABŞ qətliamla əlaqədar Soyuq Müharibə dövrü də daxil olmaqla uzun illər susqunluğunu qoruyub. Rusiya mətbuatı açıqlanacaq minə yaxın gizli sənədin Polşanın ABŞ səfirliyinin veb saytında da yayımlanacağını yazır.

Xatırladaq ki, 1940-cı ildə İosif Stalinin təlimatıyla 22 min polşalı zabit Katın meşəsində güllələnmiş və SSRİ onlarla il hadisələrlə əlaqədar faşist Almaniyasını ittiham etmişdi. 1990-cı ildə SSRİ rəhbəri Mixail Qorbaçov məsuliyyətlərinin olduğunu ilk dəfə qəbul etmişdi. Rusiya isə son 20 ildə Katın faciəsiylə əlaqədar bəzi sənədləri açıqlamasına baxmayaraq, Polşa əsl gizli arxivlərin açıqlanmasını tələb edir. Rusiya hadisəni "Stalin rejiminin vəhşiliyi" kimi xarakterizə edir.

Babək

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
145

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
131

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
420

Neft ucuzlaşıb

19

Aprel
09:42
İQTİSADİYYAT
280

İraqda hərbi baza raketlə vurulub

19

Aprel
09:30
DÜNYA
366
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2021 15:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru