Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Avqust

2012
13:32
Mərkəzi Kəşfiyyat İdarəsinin mafiya ilə birgə marağı
Con Kennedi: "Qələbənin yüz dənə atası var, ancaq məğlubiyyət yetimdir"

DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (XIX HİSSƏ)

MKİ Fidel Kastronun sıradan çıxarılması üçün əməliyyata hazırlaşdığı bir vaxtda, həmçinin mafiyanı da işə qoşur. Bunu həm MKİ, həm də mafiya ürəkdən istəyirdi. Sui-qəsd işğalla eyni anda olacaqdı. MKİ-nin sağ əlinin sol əlindən xəbəri olmadığı üçün az qala mafiyanın killeri özünü öldürtdürəcəkdi. Killer Kastrodan sonra Kubanı idarə etmək üçün seçilmiş və Kennedinin dəstəklədiyi 8 kubalı immiqrant liderdən biri idi. Lakin Nikson onları işğal cəhdindən sonra həbs etdi. Əgər işğal müvəffəqiyyətlə başa çatsaydı, 8 kubalı öldürüləcək və yerlərinə Niksonun dəstəklədiyi kibalılar keçəcəkdi.

Amma ABŞ-ın Baş Qərargahı və MKİ-nin Kubanı işğal planları fiaskoya uğramışdı.
Donuzlar Körfəzindən sonra da ABŞ-la Kuba arasında elan edilməmiş müharibə halı davam etdi. 1961-ci ildə ABŞ “Mongoose (Firon siçanı) Əməliyyatı” adlı hərəkat başladaraq, adanı işğal planlarını həyata keçirməyə salışdı. Buna görə də, Kuba Sovet İttifaqından işğala qarşı müdafiə etmək məqsədiylə raketdən müdafiə sistemi istədi. Və Kubanın “Raket böhranı” alovlandı. Həmçinin MKİ da Fidel Kastronu öldürmək üçün çoxlu sayda cəhdlərə baş vurdu.

“İNQİLAB DAHA DA GÜCLƏNDİ”

Müvəffəqiyyətsiz sui-qəsd cəhdi Kennedi rəhbərliyini zəiflətdi, Kastro rəhbərliyini isə ABŞ-ın qarşıda baş verə biləcək əməliyyatlarına görə tədbirli olmağa sövq etdi. MKİ rəhbərliyindəki Allen Dulles və qrupu vəzifədən çıxarıldı. ABŞ rəhbərliyinin dövlət çevrilişi ilə bağlı planları uzun müddət gizli saxlanıldı. 1961-ci ilin avqustunda Amerika Ölkələri Təşkilatının Uruqvaydakı toplantısına qatılan Kubanın iqtisadiyyat naziri Ernesto Çe Gevara Ağ Evdə işləyən gənc sekretar Riçard Qoodvinin vasitəçiliyi ilə Kennediyə bir qeyd göndərdi: "Donuzlar Körfəzi üçün təşəkkürlər. Əməliyyatdan əvvəl inqilab zəif idi. İndi əvvəlkindən daha güclüdür."

Çevriliş əməliyyatı ilə əlaqədar aparılan araşdırmada Donuzlar Körfəzindən sonra Kastronun daha məşhur olduğu və adada tətbiq etdiyi iqtisadi siyasətə olan dəstəyin artdığı bildirilir. Kastro ilk B-26 bombardmanlarından sonra Kuba İnqilabının marksist-leninçi olduğunu açıqlayır. Bu əməliyyatdan sonra Kuba Sovet İttifaqı ilə daha da yaxınlaşdı. Kastro iqtidara gəldikdən sonra həmişə nəzəri səviyyədə olan ABŞ-ın işğal təhdidinin reallaşdığını gördükdən sonra ölkə təhlükəsizliyini təmin etmək üçün raketlərin adada yerləşdirilməsinə icazə verir. Kubada xalqın baş verə biləcək işğala hazır olması üçün "Milli Müdafiə Günü" daxilində təlimlər keçirildi.

Donuzlar Körfəzində məğlub olan mühacir kubalılar isə MKİ və ABŞ ordusunun nəzarətində qaldılar. Vyetnam müharibəsində xidmət edən 6 polkovnik, 19 polkovnik-leytenant bu əsgərlərdəndir və çoxu ABŞ-da çirkli işlərdə iştirak edib. “Watergate Skandalı”nda adı çəkilənlər arasında keçmiş 2506-cı Briqadanın üzvləri də var.
MKİ özünə qarşı yönələcək ittihamların qarşısını almaq və Kennedini müharibəyə məcbur etmək üçün başqa plana baş vurdu. Belə təbliğat aparılırdı ki, Kennedi Kubaya hava hücumunu ləğv etdiyi üçün Donuzlar Körfəzi uğursuzluğu baş verib. Əslində hava hücumunun ləğvi qərarı Kennedinin xəbəri olmadan verilmişdi. Eynilə Eyzenhauerin oxşar bir vəziyyətdə etdiyi kimi, Kennedi də bütün məsuliyyəti boynuna götürdü.

Əslində bir çox şəxs və təşkilat tərəfindən planlaşdırılıb tətbiqə yönləndirildiyi halda, bütün yük dövrün ABŞ prezidenti Con Kennedinin üstündə qaldı və o, siyasi tarixə keçən məşhur cümləni işlətdi: "Qələbənin yüz dənə atası var, ancaq məğlubiyyət yetimdir."

Və bu hadisə Kennedi sui-qəsdinin ilk qığılcımı oldu.
Kennedinin ölümündən soma da MKİ-nin Kastro ilə müharibəsi davam etdi. MKİ 1987-ci ilə qədər Kastronu öldürmək üçün ən azından 20 sui-qəsdə baş vurdu. Həmçinin bioloji müharibə də daxil olmaqla, Kubada çoxlu sayda MKİ təxribatı təşkil edildi.

FİRON SİÇANI ƏMƏLİYYATI

ABŞ üçün utancverici məğlubiyyətlə nəticələnən Donuzlar Körfəzi əməliyyatından sonra Kastro barədə daha ciddi düşünmək məcburiyyətində qalan ABŞ prezidenti Con Kennedi 30 noyabr 1961-ci ildə Kubaya qarşı gizli əməliyyatlar həyata keçirilməsi əmrini verdi.

Gizli əməliyyatların planlaşdırılmasını MKİ hazırlayacaq, hərbi əməliyyatları ABŞ-ın Hərbi Hava Qüvvələrinin generalı Edvard Lansdale icra edəcəkdi.

Prezident Kennedi gizli əməliyyatların nəticəsi olaraq Kubada əks-inqilab başladılmasını və ən geci 1962-ci ilin oktyabrında Kastronun devirilməsini istəyirdi.

Kubaya qarşı təşkil ediləcək gizli əməliyyatların məqsədi ABŞ Baş Qərargahına Kubanı işğal etmək üçün səbəb yaratmaqdı.
Bu layihənin icra edilməsində birinci dərəcədə səlahiyyətli prezident Kennedinin qardaşı, ədliyyə naziri Robert Kennedi idi.

20 fevral 1962-ci ildə ABŞ-ın Baş Qərargahından general Edvard Lansdale “Firon Siçanı Əməliyyatı” adlandırılan gizli əməliyyatların altı mərhələli olacağını açıqladı: Siyasi, psixoloji, hərbi, təxribat, kəşfiyyat əməliyyatları və Kuba siyasi liderlərinə sui-qəsd cəhdləri.

Əməliyyat mərhələli şəkildə bu cür həyata keçiriləcəkdi:
• Altı nəfərdən ibarət üç təxribat qrupu hazırlanacaq, bu qruplarla Kubanın sənaye müəssisələrinə təxribatlar hazırlanacaqdı.

• Kastronun ən çox bəyəndiyi növdən olan siqarların içinə öldürücü zəhər inyeksiya edildi. Bir vasitəylə bu siqarlar Kastroya hədiyyə ediləcəkdi.

• Kastronun içəcəyi suya qatılmaq üçün dərhal əriyən həb şəklində zəhərlər hazırlandı.

• Yaxşı bir dalğıc olan Kastronun üzən zaman məhvi üçün okeanın dibinə partlayıcı qurğu yerləşdirildi.

• Öldürücü mikrob yoluxdurulmuş bir dalğıc paltarının Kastroya hədiyyə edilməsi planlaşdırıldı.

• İçinə gizlicə yerləşdirilmiş iynədən öldürücü zəhər axıdan mürəkkəbli qələm Kastroya hədiyyə ediləcək, bununla yazması təmin ediləcəkdi.

• Çox güclü teleskopik binokllu snayperlə Kastronun uzun məsafədən vurularaq öldürülməsi planlaşdırıldı.

• Kubada Kastro əleyhdarlarına bol miqdarda dollar paylanacaqdı.

• Mayamidə çoxlu sayda işçiyə və texnologiyaya malik casus bazası qurulması üçün MKİ təxminən 100 milyon dollar xərclədi.

• ABŞ-ın ədliyyə naziri Robert Kennedi və ABŞ-ın Baş Qərargahı Kastroya sui-qəsd təşkil edilməsi üçün mafiya ilə əməkdaşlıq etdi.

İnqilabdan əvvəl Amerika mafiyası Kubada qumar sektoruna nəzarət edirdi. Kastro inqilabdan sonra bütün qumarxanaları bağladığı üçün mafiyanın da sonu işi bitmişdi. Mafiyanın yenidən bir yol tapıb Kubaya girmək üçün iştahlandığını bilən MKİ, mafiyanın killeri Conni Rosellini Kastronu vurmaq üzrə kirayəyə götürdü. ABŞ prezidenti  Con Kennedi ilə eyni qadını paylaşan mafiya lideri Sam Giansana da plana daxil edildi.

Əməliyyatların başlanacağı anda ABŞ-la Sovet ittifaqı arasında "Kuba Böhranı" başladı. Kubada quraşdırılan Sovyet raketləri üzündən dünya nüvə müharibəsinin Astanasına gəlmişdi. Buna görə də, 30 oktyabr 1962-ci ildə “Firon Siçanı Əməliyyatı” ləğv edildi.

Əməliyyatın ləğv edilməsinə baxmayaraq, 8 noyabr 1963-cü ildə Amerikanın altı nəfərdən ibarət bir təxribat qrupu Kubada sənaye bazalarına partlayıcı yerləşdirdi və 400 fəhlə dünyasını dəyişdi.

Davamı var

Cavad Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

23

Aprel
10:24
İQTİSADİYYAT
195

Növbəti buraxılış imtahanları keçirilir

23

Aprel
09:37
ELM / TƏHSİL
501

Neft yenidən bahalaşıb

23

Aprel
09:25
İQTİSADİYYAT
360

AMB-nin valyuta məzənnələri

23

Aprel
09:11
İQTİSADİYYAT
325

Ramazan ayının 10-cu gününün duası - AUDİO

22

Aprel
20:30
MƏNƏVİYYAT
236

Sağalanların sayı yoluxanları keçdi

22

Aprel
18:04
ÖLKƏ
312

DİN əhaliyə müraciət etdi

22

Aprel
16:43
HÜQUQ,HADİSƏ
293
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 11:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru