Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2012
15:32
MKİ-nin yaratdığı 2506-cı briqada
Onlara yüksək döyüş tapşırığı verilmiş, bütün növ hücum texnikalarından istifadə öyrədilmişdi

DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (XVIII HİSSƏ)

AERODROMLARA HÜCUM

15 aprel 1961-ci il günü səhər saatlarında səkkiz “Douglas B-26B Invader” bombardmançı təyyarəsi üç qrup halında havaya qalxaraq Havana və Santiaqo de Kubadakı aerodromlara hücum etdi. B-26 təyyarələri MKİ tərəfindən xüsusi olaraq hazırlanmış və Kuba hökumətinə aid Kuba Hava Qüvvələri rəngləri ilə boyanmışdı. Təyyarələr bombalarla birlikdə raket və avtomat silahlarla doldurulmuşdu. Təyyarələr Nikaraquadakı Puerto Kabezas bazasından qalxdıqdan sonra adaya hücum edəcəkdi. Hücum nəticəsində yerdəki təyyarələr ziyan görəcək, buna qarşılıq olaraq yerdən açılan zenit atəşi təyyarələrə ziyan versə də, onları sala bilməyəcəkdi.

Hücumlardan dərhal sonra Kuba xarici işlər naziri Raul Roa Birləşmiş Millətlər Təşkilatında ABŞ-ı ittiham edəcəkdi. Birləşmiş Millətlər Təşkilatındakı ABŞ nümayəndəsi Adlai Stevenson ABŞ silahlı qüvvələrinin heç bir şəkildə belə hücuma qarışmadığını iddia etsə də, hücumu həyata keçirən təyyarələrin Mayamidəki hərbi aerodromda çəkilmiş fotoşəkilləriylə üz-üzə qaldıqda geri addım atacaqdı.

Bu üzləşmədən sonra ABŞ prezidenti Kennedi birbaşa ABŞ müdaxiləsi mənasını verən və MKİ tərəfindən əvvəlcədən planlaşdırılan digər hava hücumlarını ləğv etmək məcburiyyətində qalacaqdı.

HÜCUM BRİQADASI TİCARƏT GƏMİSİ İLƏ DAŞINIRDI

16 aprel günü Merardo Leon, Jose Leon və 14 yoldaşı Las Villas vilayətindəki Las Deiliciasda silahlı qiyam başlatsalar da müvəffəqiyyətli ola bilmədilər və yalnız dördü xilas oldu. 17 apreldə isə Kastroya qarşı xarici müqavimətin lideri Osvaldo Ramirez Aromas da Velazquezdə tutuldu və dərhal edam edildi. MKİ sahildən hücum hazırlığı ilə məşğul olduğu üçün bu qiyamdan xəbərdar deyildi.

16 aprel günü isə MKİ-nin nəzarətində olan 2506-cı Briqada adlandırılan hücum dəstəsi yola çıxdı. Nikaraquadan yola çıxan flot beş ədəd 2400 ton ağırlığında olan ticarət gəmisindən ibarət idi. Dördü - “Houston”, “Rio Escondido”, “Caribe” və “Atlantico” 1400 əsgər və sursat daşıyardı. Beşinci “Lake Charles” gəmisində isə digər əsgərlər və qida daşınırdı. Gəmilər Liberya bayrağı altında adaya yaxınlaşdılar. Gəmilər gözlə görünə bilməyəcək qədər uzaqlıqdan ABŞ-ın hücum gəmiləri USS Bache, USS Beale, USS Convvay, USS Cony, USS Eaton, USS Murray, USS Waller tərəfindən qorunur və müşahidə edilirdi. Kayman adalarında isə ehtiyat qüvvət yaradılmış və USS Essex təyyarədaşıyan gəmi hazır halda gözlədilirdi. Burada həmçinin USS Hank, USS John W.Weeks, USS Purdy, USS Wren hücum gəmiləriylə birlikdə USS Cobbler və USS Threadfin sualtı qayıqları da hazır gözləyirdilər.

ƏMƏLİYYAT BAŞLADI

17 aprel günü gecə yarısı MKİ-nin “Blagar” və “Barbara J” çıxartma gəmiləri Kubanın cənub sahilindəki Donuzlar Körfəzinə (Bahia da Cochinos) girdi. Gəmilərdə MKİ əməliyyat zabitləri ilə birlikdə dalğıc qrupları və bomba mütəxəssisləri də var idi. Bu gəmiləri dörd yük gəmisi (“Houston”, “Rio Escondido”, “Caribe”, “Atlantico”) izləyirdi. Gəmilərdə özlərinə 2506-cı Briqada deyən 1300 silahlı kubalı sürgün əsgər də var idi. Ticarət gəmilərində və çıxartma gəmilərində çoxlu sayda sursat və tanklar da yerləşdirilmişdi.

Saat 01:00 radələrində əməliyyatın idarə mərkəzini təşkil edən “Blagar” gəmisi sahilə çıxıb əməliyyatı başladır. Əvvəlcə dalğıclar motorlu qayıqlarla, digər əsgərlər isə kiçik çıxartma gəmiləriylə sahilə çıxırlar. Əməliyyat mühərrik nasazlıqları və görünməyən mərcan qayalıqları üzündən müvəffəqiyyətlə həyata keçirilmədi. Sahildə patrul keşiyi çəkən az sayda Kuba polisi radio rabitə vasitəsiylə Kuba Silahlı Qüvvələrinə xəbər verərək həyəcan siqnalı qaldırdılar. Sahilə ilk çıxan komandoslar qarşısında bu polislər müqavimət göstərə bilməzdilər.

Səhər 06.30 radələrində Kuba Hava Qüvvələrinə aid “Sea Fury”, “B-26” və “T-33” qırıcıları sürgündəki kubalı əsgərləri sahilə endirən çıxartma gəmilərinə hücum etdilər. Saat 06.50-də Larga çimərliyinin 8 km cənubunda “Houston” gəmisi hava hücumu nəticəsində ağır ziyan çəkir və gəmi kapitanı Luis Morse gəmini şüurlu şəkildə saya oturdur. Gəmidən 270 əsgər quruya çıxsa da 180 əsgər ya boğulmuş, ya da sahilə çıxa bilməmişdi. Saat 07.00-da isə kubalı sürgünlərə aid iki ədəd “B-26” təyyarəsi Kuba sahil təhlükəsizlik gəmisi “El Baireni” Pines adası yaxınlığında batırır. Bu təyyarələr daha sonra sahilə gələn Kuba Silahlı Qüvvələrinin əsgərlərinə hücum etmək və çıxartmanı həyata keçirən gəmilərə havadan dəstək üçün Donuzlar Körfəzinə doğru uçurlar.

Saat 07.30-da isə kubalı sürgünlərə aid beş ədəd “C-46” və bir ədəd “C-54” nəqliyyat təyyarəsi sayəsində 177 paraşütçü kubalı sürgün əsgərlərin sahilə çıxdığı bölgəyə tullanaraq əməliyyata daxil olur. Paraşütlə atılan ağır texnika və silahların bir qismi bataqlığa düşdüyü üçün bu birliyin əsas məqsədi olan çıxartma bölgəsinə gələn baş yolu bağlamaq vəzifəsini həyata keçirə bilmədi. Ancaq buna baxmayaraq, çıxartma bölgəsinə gələn yollarda əhəmiyyətli nöqtələr iki gün ərzində bu birliklər tərəfindən tutuldu. Saat 09:00 radələrində digər bölgələrdən gələn Kuba hərbi birlikləri və polislər Covadonga və Yaguaramasa çatdı. Gün ərzində bölgəyə tank və zirehli texnikalar da yük maşınıları ilə daşındı. 09:30 radələrində isə “Sea Fury” ilə “T-33”-ün hava hücumuna məruz qalan “Rio Escondido” göyərtəyə düşən bombalara görə partladı və batdı.

KUBA HAVA QÜVVƏLƏRİNİN MÜVƏFFƏQİYYƏTİ

Havada döyüş təyyarələrinin mübarizəsi davam etdiyi bir vaxtda Matanzas Hərb Məktəbinin müdavimlərindən ibarət birliklər Palpiteni yenidən ələ keçərəcək Larga sahilinə doğru irəliləməyə başlayırlar. Ancaq bu birliklərə sürgündəki kubalılara məxsus “B-26” bombardman təyyarəsi böyük zərər verdilər. Hava qaraldıqdan sonra digər Kuba birlikləri də Covadongadan cənuba, San Blasa doğru və Cienfuegosda Girona doğru irəlilədilər. Ancaq bu birliklər ağır silahlar və zirehli texnikanın dəstəyindən məhrum idilər. Gün ərzində sürgün birliklərinin aid üç ədəd “B-26” bombardman təyyarəsi Kuba Hava Qüvvələrinin “T-33” təyyarələri tərəfindən vuruldu.

Axşama doğru saat 16:00-da Fidel Kastro şəxsən bölgəyə gələrək cəbhə rəhbəri təyin edilən Jose Ramon Fernandezə qoşulur. Gecə saat 21:00-da San Antonio de Los Barios aerodromuna üç ədəd “B-26” tərəfindən edilən hücum müvəffəqiyyətsiz olur. Sıx zenit atəşi və pis hava bu əməliyyatın müvəffəqiyyətsizliklə nəticələnməsinə gətirib çıxarır.

Səhər 10:30 radələrində zirehli birliklərin dəstəyiylə irəliləyən kubalı əsgər və polislər Larga sahilini ələ keçirir. Sürgün qüvvələri Girona tərəf çəkilir. Gün ərzində sürgün qüvvələri Covadonga və Yaguaramas yolundan da San Blasa çəkilirlər. Bu müddət ərzində Kastro və Fernandez cəbhəni oraya sürüşdürürlər. Axşam 17:00 radələrində sürgünlərə aid altı “B-26” bombardman təyyarəsi bölgəyə dəstək gətirən konvoya hücum edir və ağır itkilər olur. Hücumu həyata keçirən altı pilotdan ikisi MKİ əməkdaşı olur. Cəbhəyə əsgər və zirehli texnika daşıyan konvoy daha sonra yenidən yola davam edir və Punta Perdizə çatır.

Sürgünlərin həyata keçirdiyi son hava hücumu beş “B-26” bombardmançı təyyarəsi tərəfindən edilir. Təyyarələrdən dördü MKİ əməkdaşı tərəfindən idarə olunur. Kuba Hava Qüvvələrinə aid bir “Sea Fury” və iki “T-33” təyyarəsi bombardmançı təyyarələrdən ikisini vurur. Düşən təyyarələrdə dörd MKİ əməkdaşı ölür. Digər tərəfdən isə sahilə çıxarılan qüvvələri sursatla təmin etmək üçün havaya qalxan “C-46” təyyarələrindən biri sürgünlər tərəfindən işğal edilən Giron hava limanına enərək həm silah-sursat çatdırır, həm də vurulmuş təyyarələrdən birinin pilotunu götürərək geri qayıdır. Virciniya Qırıcı Flotuna aid “Douglas A-4 Skyhawk” təyyarələri isə ABŞ bayraqları və işarələri sökülmüş şəkildə müharibə bölgəsinin üstündən keçərək həm sürgünlərə mənəvi dəstək verir, həm də kubalılara göz dağı verirdi. Hava dəstəyi olmayan və sursatı sürətlə tükənən 2506-cı Briqada onlara doğru sürətlə yaxınlaşan Kuba topçusu, zirehli birlikləri və quru ordusu qarşısında sıfır nöqtəsinə doğru geri çəkildilər. Gecənin qaranlığından faydalanaraq məğlub olan sürgünləri götürmək üçün körfəzə girən USS Santiago və USS Murray döyüş gəmiləri isə qurudan açılan tank atəşi qarşısında geri çəkilmək məcburiyyətində qalırlar.

19 -22 aprel tarixlərində “Douglas A-4 Skyhavvk” qırıcıları döyüşlə əlaqədar kəşfiyyat məlumatı toplamaq üçün saysız uçuş həyata keçirdilər. Kayman adalarında yerləşmiş USS Shangri-La təyyarədaşıyan gəmisindəki təyyarələr da kəşfiyyat uçuşları həyata keçirdilər. 21 aprel günü isə artıq qəti məğlubiyyətə uğramış sürgünlərin qalanlarını axtarmaq üçün körfəz və ətrafını axtaran USS Conway, USS Cony döyüş gəmiləri və USS Threadfin sualtı qayığı təxminən 30 nəfəri xilas edə bildi. ABŞ-ın hücumu məğlubiyyətlə nəticələnmişdi.

MÜHARİBƏ ƏSİRLƏRİ

Müharibənin ilk günlərində ələ keçən 7 kubalı sürgün döyüşçü və iki MKİ əməkdaşı (Angus McNair və Howard Andersen) Pinar del Rioda edam edildi.
Kubalı sürgün döyüşçülərin 1204-ü ələ keçmiş. Əsirlər Havanaya gətirildilər. Əsirlərin qaytarılmasına dair görüşlər səmərəsiz qaldı. 8 sentyabr 1961-ci ildə 14 döyüş əsiri Donuzlar Körfəzi əməliyyatından əvvəl Kubaya gizli şəkildə girmək və adam öldürmək cinayəti ilə ittiham edilirlər. Onların 5-nə edam, 9-na isə 30 illik həbsə cəzası verilir. 29 mart 1962-ci ildə isə 1179 əsiri “vətən xaini” maddəsi ilə məhkəməyə göndərilir. 7 aprel 1962-ci ildə onların hamısı günahkar bilinib və 30 il həbs cəzası verilib. 14 aprel 1962-ci ildə yaralı və xəstə olan 60 nəfər azad olunub və ABŞ-a getmələrinə icazə verilib. 21 dekabr 1962-ci il tarixində isə Kubanın baş naziri Fidel Kastro ilə bir amerikalı vəkil arasında əsirlərə dair müqavilə imzalanır. 1113 əsir özəl təşkilatlar tərəfindən toplanan 53 milyon dollar pul dəyərində qida və dərman qarşılığında azad olunur. 24 dekabr 1962-ci il günü bəzi məhkumlar Mayamiyə uçur, digəriləri isə “Afrika Pilot” adlı gəmiylə adadan çıxırlar. 29 dekabr 1962-ci il günü ABŞ prezidenti Con Kennedi 2506-cı Briqadanın qalan üzvlərini Mayami Floridada keçirilən “Orange Bowl” Amerika futbol kubokundan əvvəl keçirilən mərasimdə rəsmi şəkildə qarşılayır. Burada etdiyi çıxışında Kennedi, Kastronun "ölkəni idarə etdiyini, ancaq xalqını idarə edə bilmədiyini" iddia edərək, 2506-cı Briqadanın bayrağının kubalı sürgünlərə azad Havanada geri veriləcəyini söyləmişdi.

Davamı var

Növbəti yazıda Fidel Kastronu öldürmək üçün MKİ-Mafiya əlaqəsindən danışacağıq.

Cavad Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
241

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
254

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
257

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
332

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
262

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
299

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
501

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
417
Şərhlər
adam smit tərəfindən 01-09-2014 12:52:36 tarixində yazıldı
kim ve ne
Keyptaun
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 05:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru