Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2012
13:11
Kubaya qarşı “Donuzlar körfəzi” əməliyyatı
Fidel Kastronun müşavirləri sırasında İspaniya kommunistləri və SSRİ KQB-sinin polkovniki var idi

DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (XVII HİSSƏ)

1 yanvar 1959-cu ildə kubalı inqilabçı Fidel Kastro ABŞ-ın dəstəklədiyi Batista diktatorluğu devirdikdən sonra ölkədəki bütün qumarxana və fahişəxanaları bağladı, iqtisadiyyatı milliləşdirdi. Bu, mafiyanı və ABŞ şirkətlərini külli miqdardan qazancdan və gəlirdən məhrum etdi. ABŞ-Kuba əlaqələri getdikcə pozuldu. Kastronun milli siyasətləri nəticəsində amerikalılar Kubada ələ keçirdikləri mal, mülk və torpaqları sürətlə itirirdilər. Bu prosesi tezliklə dayandırmaq lazım idi.

17 mart 1960-cı ildə ABŞ prezidenti Eyzenhauer MKİ-nin Kastronu devirmək planını qəbul etdi. Ən yaxın dostu Bebe Rebozo və digəriləri vasitəsiylə mafiya ilə uzun müddətdir əlaqələr qurmuş prezident köməkçisi Riçard Nikson MKİ ilə birlikdə Kastronu zərərsizləşdirmək üçün gizli planlar hazırlamağa başladı. MKİ bu işə sonrakı prezidentin Nikson olacağı fikri ilə Eyzenhauerdən xəbərsiz qoşulmuşdu.

Əksəriyyəti törətdikləri müxtəlif adi cinayətlərə görə qaçıb ABŞ-a sığınmış sürgündəki kubalılar öyrədiləcək, silahlandırılacaq, ciblərinə pul qoyulacaq və Kastronu devirmək üçün hazırlanan planda istifadə ediləcəkdilər. İllər əvvəl, 1953-cü ildə İranın baş naziri Müsəddiqi, 1954-cü ildə Qvatemalada prezident Quzmanı devirən MKİ Fidel Kastronu da asanca devirəcəyindən çox əmin idi.

Niksonun yerinə Con Fitzgerald Kennedi prezident seçildikdə isə haqqında ciddi narahatlıqların olduğunu eşitdiyi bir əməliyyatı təhvil aldı: Donuzlar körfəzindən Kubanı işğal etmək. Kennedi Kastrodan xilas olmağa can atırdı, amma bu iş üçün Amerika qüvvələrini deyil, yalnız kibalı mühacirləri istifadə etmək istəyirdi.

MKİ Kennedini Amerika ordusunu istifadə etməyə razı salmaq üçün təxribat törətməyə ümid bağladı. Və 17 fevral 1961-ci ildə Kastronun devrilməsinə səbəb olacaq belə bir yalanın uydurulub dünya ictimaiyyətinə çatdırılmasını təklif etdi: Kastro müasir qırıcı təyyarələr və raketlər alaraq Amerikanın təhlükəsizliyini təhdid edir!

15 aprel 1961-ci ilin səhəri MKİ və ABŞ-ın Baş Qərargahı birlikdə belə bir oyunu səhnəyə qoydular: Bir Amerika təyyarəsinin əvvəl motorları çıxarıldı, sonra təyyarəyə atəş açıldı. Təyyarənin gövdəsində güllə dəlikləri açıldıqdan sonra mühərriklər yenidən yerlərinə qoyuldu. Təyyarə Floridadan 90 mil uzaqlıqda yerləşən Kubanın hava sahəsinə alçaqdan uçaraq daxil olan kimi pilot təyyarənin yüksəkliyini və sürətini kəskin şəkildə azaldır. Pilot sanki kubalıların açdığı atəş altında qalıbmış kimi radiorabitə ilə SOS siqnalı verir, Floridadakı ABŞ Dəniz Hava bazasından təcili eniş üçün icazə istəyir. Xəbər bir anda bütün dünyaya çatdırılır. Bununla da ABŞ-ın Kubaya hücum etməsi üçün lazımlı bəhanə yaradılmış olur.

Kuba hökumətinin döyüş planı müzakirəyə açıqdır. Dövlət arxivlərində Fidel Kastronun strategiyasını müəyyənləşdirdiyindən bəhs edilir. Mərkəzdə Santa Klaradakı ordu qüvvələrinin rəhbərliyində mayor Xuan Almeyda var. Fidel Kastronun xüsusi mühafizə dəstəsinə rəhbərlik edən Orlando Rodrigez Puerta Matanzasdakı qüvvələrin səlahiyyətlisi idi. Efigenio Amejeiras İnqilabçı Milli Polis təşkilatının başında idi. Ramiro Valdes isə daxili işlər naziri idi.

Kubada daha çox Şərq Bloku ölkələrindən gələn müşavirlər var idi. Bu məsləhətçilər xüsusilə İkinci Dünya müharibəsi zamanı Sovet Ordularında xidmət etmiş və döyüşmüş şəxslər idi. Bunlardan ən tanınanları İspaniya vətəndaş müharibəsində də iştirak etmiş ispan kommunistlərinin lideri Françesko Kiutat de Migel, Enrike Lister və Alberto Bayo idi. Həmçinin SSRİ KQB-sinin polkovniki Vadim Koçergin və Viktor Simanovun bu dövrdə adada olduğu məlumdur.

Kuba İnqilabının 1959-cu ilin yanvar ayının əvvəlində müvəffəqiyyətlə nəticələnməsindən sonra xüsusilə Eskambray dağlarında inqilab əleyhinə çıxan silahlı qruplar var idi. Bu qruplara qarşı aparılan döyüş 1965-ci ilə qədər davam etdi. Donuzlar Körfəzi Əməliyyatında MKİ bu qrupları dəstəkləsə də, işğal planının bir parçası deyildilər.

Davamı var

P.S. Sabahkı yazımızda Kubaya qarşı həyata keçirilən əməliyyatın gedişindən bəhs edəcəyik.

Cavad Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

23

Aprel
10:24
İQTİSADİYYAT
210

Növbəti buraxılış imtahanları keçirilir

23

Aprel
09:37
ELM / TƏHSİL
506

Neft yenidən bahalaşıb

23

Aprel
09:25
İQTİSADİYYAT
380

AMB-nin valyuta məzənnələri

23

Aprel
09:11
İQTİSADİYYAT
340

Ramazan ayının 10-cu gününün duası - AUDİO

22

Aprel
20:30
MƏNƏVİYYAT
241

Sağalanların sayı yoluxanları keçdi

22

Aprel
18:04
ÖLKƏ
322

DİN əhaliyə müraciət etdi

22

Aprel
16:43
HÜQUQ,HADİSƏ
313
Şərhlər
Miri tərəfindən 03-08-2012 tarixində yazıldı
Salam
Salam 2 ci yazi derc olunmadi?
Redaktorun qeydi : Redaksiyadan: İkinci yazını buradan oxuya bilərsiniz: http://faktxeber.com/55957_mk304-n304n-yaratdi286i-2506-ci-br304qada.html#.UBusFKMkSSo
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 13:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru