Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyul

2012
17:33
Amerika filmlərinin gizli 9-11 kodu!
Və ya Əfqanıstanın işğal planının neçə yaşı var?

Bu məqalədə sizlərə ötən əsrin son 15 ilində çəkilmiş filmlər barədə və orada bizlərə verilmiş işarələrdən söhbət açmaq istərdim. Filmlərdən götürülmüş kadrlara diqqət etsək düşünməliyik ki, 9-11-də nə baş verə bilər? Bu rəqəmlər barədə düşündükcə dünyada aparılan işğal xəritələrinə bir qədər işıq salmaq və bu işğalın neçə il əvvəldən hazırlandığını anlamaq olur. İşğal gücləri filmlərdə bu cür rəqəmlərlə bizlərə nə etmək istədikləri barədə illər əvvəl söyləmək istəyirlər.

Siz "Sui-qəsd nəzəriyyəsi" filmini və Mel Gibsonun digər filmlərində göstərilən həqiqətləri yaxşı xatırlayırsınız. Beləliklə insanlar başa düşməsələr də, hadisələr öz axarı və planı ilə gedir.

Filmlərdəki şüuraltı mənaları incələdikdə görürük ki, verilən işarələr insan tələfatı ilə nəticələnəcək qəzaları göstərir. Ancaq bu o demək deyil ki, filmlərin rejissorları, aktyorları göstərilən rəqəmlər barəsində nəsə bilməlidirlər. Sadəcə olaraq, bu nömrələnmiş elementlər filmdə göstərilməlidir və 9-11 "kadrı"na montaj stolunda qayçı dəyməməlidir.

Bəli, bunun bir həqiqət olmadığını düşünə bilərsiniz. Əgər Yeni Dünya Nizamı barədə heç nə eşitməmisinizsə. Amma əslində Yeni Dünya Nizamı Şeytanın hakimiyyəti deməkdir və bu mənəvi bir mövzudur. Bu mənəvi bir mövzudursa, onda qarşıda daha qaranlıq hadisələr var. Əgər 9-11 rəqəmi təsadüf deyilsə, onda bu haqda bilmək əhəmiyyətlidir. Daha doğrusu 9-11-in ardıcıl qətllər seriyası olduğu aşkar görünür. Və 11 Sentyabr 2001 tarixində təxminən 3000 nəfərin öldüyü planın illər əvvəl, təxminən 1990-cı illərin əvvəlindən hazırlandığı görünür.
Təsəvvür edirsinizmi, Ronald Reyqanın kölgəsi Ağ Evdən uzaqlaşan kimi hakimiyyət başına gələn Ata Buş, ilk çıxışındaca Yeni Dünya Düzənindən danışıb.

Donald Mak Alvanini 1992-ci ildə çap olunmuş "Yeni Dünya Düzəni: Armagedona doğru geri sayım" kitabında yazır: "Corc Buş və onun məmurları hazırkı dövrdə hər çıxışlarında bir neçə dəfə "Yeni Dünya Düzəni" kəlməsindən istifadə edirlər. Corc Buş 9 sentyabr 1990-cı ilin yayında Helsinkidəki çıxışı zamanı 2 dəfə "Yeni Dünya Düzəni" sözünü işlədib. Eyni kəlməni 1990-cı ilin 11 sentyabrında Konqresdəki çıxışı zamanı 4 dəfə səsləndirib."
Bununla Buş demək istəyirdi ki, yeni vəhşilik, qan əsri başlayır.

Dönüb yenidən 9-11-ə baxın. Ola bilsin ki, heç bir şey görməyəsiniz və ya görmək istəməyəsiniz. Amma təkcə bir şeyə diqqət etmək lazımdır; ayın və günün rəqəmləri fövqəladə vəziyyət nömrəsidir, hansı ki, 911 kimi tanınır. Aşağıda görəcəyiniz fotolar baxış bucağınızı artıracaq. 9-11-i daha yaxşı görəcəksiniz. Ola bilsin ki, bəzilərinin təsadüf olduğunu söyləyəsiniz, amma sizcə bir ölkənin çəkdiyi filmlərdə bu qədər təsadüf olarmı?

Yerdəyişmə - 1983. Den Eykord və Eddi Mörfi ticarət palatasına daha yaxın olmaq və saatı izləmək üçün ticarətçilərin arasından keçir. Və saatın əqrəblər 9 və 11-i göstərir.



Yəqin ki, təsadüfdür. 12 mart 2001-ci ildə dərc olunmuş "Nyu York" jurnalının üz qabığında qışqıran və heyrət içində olan qadın, Dünya Ticarət Binasının (Ekiz Qüllələr) şəkli və "Partlayışdan sonra həyat varmı?" sözləri.



1999-cu ildə ekrana çıxarılmış "Matritsa" filmində Tomas (Neo) Andersonun pasportunun etibarlılıq müddəti.



"İlluminati" mason təşkilatının nəzarətində olduğu bildirilən General Electric şirkətinin 2000-ci ildə hazırladığı reklam lövhəsində şirkətin istehsal etdiyi soyuducunun qapısında "Ekiz Qüllə"lər və onlara doğru uçan təyyarə təsvir olunub.



1997-i ildə çəkilmiş "Simasız" (Face off) filmi. 00:54:13-cü dəqiqə. Səhnə: Terrorçu Kastor Troy (Nikolas Keyc) özünü FTX-nin agenti Şon Arçer (Con Travolta) kimi təqdim edir. O Arçerin evinə gələrək həyat yoldaşı Yevanını gündəliyini oxumağa başlayır. Və təsadüfən məhz "11 Sentyabr" yazılmış səhifəni açıb oxuyur. O yazır: "İnsan həyatı kimi nisbi bir şey yoxdur..."

1989-cu ildə çəkilmiş "Betmen" filmi. 00:15:11-ci dəqiqə. Səhnə: Bryus Ueyn (Maykl Kiton) Viki Veylin (Kim Besincer) evinə gəlir. Mənzilin nömrəsi "9"dur. Qapının üstündə isə "9" rəqəmindən aşağıda "11"-i göstərən 2 nazik qara xətt var.

1999-cu ildə çəkilmiş "Perl Harbor" filmi. 00:12:20-ci dəqiqə. Səhnə: Tibbi müayinə zamanı Keyt Bekinseyl Ben Afflekdən aşağıdakı üç sətri oxumağı istəyir. Və lövhənin kənarında şaquli formada 9-11 var.

1991-ci ildə çəkilmiş "Terminator 2" filmi. 00:36:14-cü dəqiqə. Səhnə: Terminator (Arnold Şvartsenegger) və Con Konnor (Edvard Ferlonq) T1000-dən (Robert Patrick) qaçmağa çalışır. Onların düşdüyü kanal yolunun üstündəki sütunda isə yazılıb: TƏHLÜKƏ 9-11.

1993-cü ildə çəkilmiş "Super Mario Bros" filmi. 01:30:39-cu dəqiqə. Səhnə: Mario (Bob Hoskins) və Korol Kupa (Denis Hopper) paralel dünyalar arasında hərəkət edirlər. Bu zaman Dünya Ticarət Mərkəzinin binaları sanki sovrulur və onlardan birinin üzərində 11 sentyabr 2011-ci ildə baş vermiş terror hadisəsi zamanı  təyyarənin çırpılması nəticəsində yaranmış dəlik açılır.

1990-cı ildə çəkilmiş "Gremlins 2" filmi. 01:10:51-ci dəqiqə. Səhnə: TV əməkdaşları Dünya Ticarət Mərkəzinin binası qarşısında onların qarşısını kəsən polis əməkdaşından müsahibə alırlar. Jurnalistlərin "Ekiz Qüllələr" qarşısında dayanaraq əllərində tutduqları mikrofonun üzərində isə bu rəqəmlər var: 9, 11.

1998-ci ildə çəkilmiş "Qodzilla" filmi. 00:41:46-cı dəqiqə. Səhnə: Qodzillanın Nyu-Yorkun kanalizasiya borularından çıxmasının gözləyən bioloq Nik Tatopoulos (Metyu Broderik) qolundakı saata baxır. Və "Yerdəyişmə" filmində olduğu kimi saatın əqrəbləri 9 və 11-i göstərir.

1991-ci ildə çəkilmiş "Çətin uşaq 2" filmi. 00:53:20-ci dəqiqə. Səhnə: Ben Hill (Con Ritter) və balaca (Maykl Oliver) evlərinin qabağı ilə gedirlər. Onların poçt qutularının üstündə isə yazılıb: "Healy 911".

1995-ci ildə çəkilmiş "Yeddi" filmi. 01:24:14-cü dəqiqə. Səhnə: Mills (Bred Pitt) və Comerset (Morqan Friman) masaj salonundan olan iki kişini sorğu-sual edir. Səsyazma aparatındakı rəqəm isə 0:09:11-i göstərir.

1998-ci ildə çəkilmiş "Böyük Lobovski" filmi. 00:02:59-cu dəqiqə. Səhnə: Cef Bridces "Ralfs" mağazasında çek yazır. Çekin tarixi 11 sentyabr 1991-ci ili göstərir. O, həmçinin televizorda ata Corc Buşun İraq prezidenti Səddam Hüseyni tənqid edən çıxışına baxır.

2000-ci ildə çəkilmiş "The Patriot" filmi. 00:03:25-ci dəqiqə. Səhnə: Mel Gibson hazırladığı kreslonu çəkir və deyir: "9 funt 11 unsiya. Bu idealdır".

1984-cü ildə çəkilmiş "Gremlins" filmi. 01:08:58-ci dəqiqə. Səhnə: Zak Kalliqan "Volkswagen"ə əyləşir və motoru çalışdırır. Daha sonra radionu fırladır. Radionun qırmızı göstəricisi 9 və 11 rəqəmlərinin arasında dayanır. Rəqəmlərin üstündə isə "Sapfir XI" yazılıb. Sapfir sentyabr ayının ənənəvi daşı hesab edilir.

1996-cı ildə çəkilmiş "Müstəqillik günü" filmi. 00:45:33-cü dəqiqə. Səhnə: "Air Force 1" prezidenti və ailəsini evakuasiya edir. Cef Qoldblyum notbuku açır geri sayıma baxır. Bu zaman kamera böyük ölçüdə 00:09:11:01 rəqəmini göstərir.

1997-ci ildə çəkilmiş "Sülhməramlı" filmi. 01:28:42-ci dəqiqə. Səhnə: Corc Kluni və Nikol Kidman Nyu-Yorkun "Kennedi" aeroportunda yuqoslaviyalı terrorçunun arxasınca düşüblər. Kluni həyəcanla ətrafa baxır və onun arxa planındakı eskalatorun aşağısında quraşdırılmış köşklərin üzərində 9 və 11 rəqəmləri var.

Sizi bilmirəm, amma bu qədər təsadüflərin olduğuna inanmaq çətindir. Hələ 11 sentyabrdan sonra baş verən işğal planlarına diqqət yetirdikdə, məsələnin tam ciddiliyi ortaya çıxır.

Sonda onu da qeyd edim ki, yuxarıda adı çəkilən filmləri Youtube video portalında taparaq göstərilən dəqiələri izləyə bilərsiniz.

Cavad Turan

FaktXeber.Com-un eksklüziv araşdırması

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
110

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
105

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
120
Şərhlər
elshad tərəfindən 29-07-2012 tarixində yazıldı
elbetde men bu barede cox eshitmishdim. amma azeri dilinde bele bir arashdirmanin aparilmasina cox sevindim. men mutexessis olan iranli doktor Raifipurdan qulaq asiram. size de meslehet gorurem... size ugurlar!
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 17:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru