Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyul

2012
14:26
Azərbaycanın super varlıları ölkədən 48 milyard dollar çıxarıblar!
Pullar ölkədən necə çıxarılır?

"Offshore" hesablar mütəxəssisi iqtisadçı Ceyms Henri hazırladığı hesabatda brend hesab edilən beş bankın adı var.  Onlar HSBC, Citigroup, Bank of America, UBS, Credit Suissedir. Ümumilikdə isə bu işlə sözügedən banklar da daxil olmaqla ən böyük 10 bank məşğuldur. Məhz bu bankların yardımı ilə super varlıların təxminən 21 trilyon dolları vergisiz ofşor hesablarda saxladığı bildirilir.

FaktXeber.com-un verdiyi məlumata görə, 2002-ci ildə 10 trilyon dollar olan rəqəm, 2007-ci ildə 23 trilyon dollara qədər qalxıb, 2008 böhranından sonra 2009-cu ildə isə bu rəqəm 19 trilyon dollara qədər enib.

Müxtəlif analizlərə görə, cari ildə bu rəqəm 32 trilyona qədər qalxa bilər. Yalnız Sovet İttifaqının dağılmasından bu yana Rusiyadan çıxarılan pul 800 milyard dollardan artıqdır. Türkiyədən ofşor hesablara köçürülən miqdar isə 158 milyard dollardır.

FaktXeber.com-un məlumatına görə “Avrasiya”ya açıqlama verən Henri, "banklar varlılara pullarını xaricdə etibarlı ad altında vergi vermədən saxlamaları üçün kömək edir. Burada çox ciddi bir problem var. Biz pirat bankçılıq sektorunun öhdəsindən gəlməliyik" çağırışını edib.

G20 OFŞOR HESABLARA BATA BİLMƏDİ


Az bir qrup kimi aşkarlanan ofşor hesab sahiblərinin demokratik sistemlərdə vergi qanunlarına asanlıqla təsir etdiklərini söyləyən Henri, bunun siyasi və iqtisadi həyat üçün birbaşa meydanoxuma olduğunu vurğulayıb.

Ofşor hesablarla əlaqədar məlumat gizliliyinin şəffaflaşdırılması üçün 2009-cu il G20 zirvəsində bəzi işlərin aparıldığına diqqət çəkən mütəxəssis, sonradan bu işin dayandığını deyib.

Hesabata görə, 1970-ci ildən bu yana vergidən gizlədilən pul miqdarı milli borcların ödənməsinə çatacaq miqdardadır. Super varlılar pullarını daha çox İsveçrə və Birləşmiş Krallığın Kayman adalarında açılan ofşor hesablarda saxlayır.

Henrinin hesabatına görə, trilyonlarla dolların yarısına sahib olan super varlıların sayı 92 mindir və bu dünya əhalisinin yalnız 80 mində birini təşkil edir. Henri, 2010-cu ildə yalnız 10 bank ilə əlaqəli ofşor hesablardakı rəqəmin 2009-a nisbətən 2 dəfə artaraq 6 trilyon dollara qalxdığı xəbərdarlığını edib.

AZƏRBAYCAN QAFQAZDA, QAZAXISTAN İSƏ ORTA ASİYADA LİDERDİR


Çindən son 40 ildə çıxarılan miqdar isə 1,1 trilyon dollardır. Səudiyyə Ərəbistanından ofşor hesablarına axan miqdarın həcmi isə 300 milyard dollardır. Sovet İttifaqının dağılmasından sonra Rusiya iqtisadiyyatından qaçırılan pulun miqdarı 800 milyard dollara çatıb. 1970-ci illərin ortalarından etibarən Nigeriya iqtisadiyyatından super varlıların çıxardığı miqdar isə 307 milyard dolları keçib. Küveytli varlıların ofşor hesablarda saxladığı pul 496 milyard dollardır. Keçmiş Sovet İttifaqında Rusiyadan sonra ofşor hesablarda ən çox pul 138 milyard dollarla Qazaxıstan varlılarına aiddir. Sovet İttifaqındakı digər ölkələrdə isə cari ildə vəziyyət belədir:

- Ukrayna - 167 milyard
- Azərbaycan - 48 milyard dollar
- Türkmənistan - 3.4 milyard
- Özbəkistan - 23 milyard
- Tacikistan - 2.4 milyard
- Qırğızıstan - 1 milyard
- Gürcüstan - 4.1 milyard
- Ermənistan - 2.2 milyard

Göründüyü kimi, Azərbaycan ofşor hesablarda keçmiş Sovet İttifaqı ölkələrindən sadəcə Rusiya, Ukrayna və Qazaxıstana uduzur. Henri bu hesablarda saxlanılan pulların kimlərə aid olduğunu açıqlamır.

BƏS VARLILAR VERGİDƏN NECƏ YAYINIRLAR?


Varlıların gizli şəkildə xaricə çıxardığı pullar şirkətlərində maliyyəyə zərəri kimi yazılır. Sistem belə işləyir:

* Sahibkar cibindəki 1 milyon dolları şirkətinə sərmayə kimi qoymaq əvəzinə, xaricə göndərir.

* Xaricə çıxan pul Seyşel, Hollandiyanın Antil və Virgin adaları kimi vergi cənnətlərinə transfer edilir.

* Burada hüquq büroları vasitəsilə bir şirkət yaradılır. Yaradılan şirkət kağız üzərindədir və sahibkara aid deyil. Daha sonra xaricə çıxan pul, bank sistemi vasitəsilə sahibkarın ölkəsindəki şirkətinə kredit kimi göndərilir.

* Sahibkarın şirkətinin götürdüyü xarici borcun əvəzində yüksək faiz ödəyir. Faizi qazanan isə sahibkarın vergi cənnətindəki öz şirkəti olur.

* Sahibkarın ölkəsindəki şirkət isə faiz xərci ilə ziyanda olduğunu göstərib vergidən kənarda qılır. Firmanın xarici şirkətə ödədiyi faiz xərcinə görə aşağı qazanc göstərdiyi üçün dövlətə ödəyəcəyi vergi də azalır.

Cavad Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

23

Aprel
10:24
İQTİSADİYYAT
140

Növbəti buraxılış imtahanları keçirilir

23

Aprel
09:37
ELM / TƏHSİL
491

Neft yenidən bahalaşıb

23

Aprel
09:25
İQTİSADİYYAT
340

AMB-nin valyuta məzənnələri

23

Aprel
09:11
İQTİSADİYYAT
310

Ramazan ayının 10-cu gününün duası - AUDİO

22

Aprel
20:30
MƏNƏVİYYAT
236

Sağalanların sayı yoluxanları keçdi

22

Aprel
18:04
ÖLKƏ
307

DİN əhaliyə müraciət etdi

22

Aprel
16:43
HÜQUQ,HADİSƏ
293

Sabaha gözlənilən hava açıqlandı

22

Aprel
13:30
ÖLKƏ
343
Şərhlər
Azad tərəfindən 25-07-2012 tarixində yazıldı
Vacib sual varlilarin bu pullari necəxaricə qacirmalari deyil.Əsas sual "varlilar"bu pullar necə ogurlayib və bu ölkələrin hüquq mühafizə orqanlari,antikorrupsia komossiyalari hara baxirş
Һаҹы Низами tərəfindən 26-07-2012 tarixində yazıldı
Варлыға нә дарлыг.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 11:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru