Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2021
12:43
Polkovnik MTN generalına qarşı 800 minlik iddia qaldırdı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general-mayor Nizami Şirinov, nazirlikdə idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə elan edib ki, zərərçəkmişlərdən Mirzəli Yusifov təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırıb. M.Yusifov ona dəymiş 315 min dollar real ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib. İddia məhkəmə icraatına qəbul edilib.

Daha sonra Nizami Şirinovun vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Hakimlər vəsatəti təmin etməyib.

İş üzrə ilkin məhkəmə baxışı oktyabrın 7-ə təyin olunub.

Xatırladaq ki, bu işdə zərərçəkmiş Mirzəli Yusifov Azərbaycan Ali Hərbi Məktəbinin rəisi olub. Ondan əvvəl isə Müdafiə Nazirliyinin 112 saylı alayının komandiri olub. Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra polkovnik M. Yusifov işdən azad edilib. 2014-cü ildə M.Yusifov rüşvət almaqda ittiham edilərək həbs edilib. 2015-ci ildə məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nizami Şirinov və digər təqsirləndirilən şəxslər barəsində birlikdə zor göstərilməsi, rüsvayedici məlumatlar yayma hədəsi ilə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməsi, xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə alması, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Nizami Şirinov barəsində həbs qətimkam, digərləri barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərin daşınmaz əmlakları üzərinə həbs qoyulub.

Məqalədə : Polkovnik MTN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neftin qiyməti artıb

18

Oktyabr
09:56
İQTİSADİYYAT
180

AMB-nin valyuta məzənnələri

18

Oktyabr
09:30
İQTİSADİYYAT
181

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
808

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
975

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
994
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2021 10:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru