Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2021
15:55
DİN: `Saxta COVID-19 pasportu satanla yanaşı, o sənədi alan şəxs də cinayət məsuliyyəti daşıyır`

"Saxta COVID-19 pasportu satanla yanaşı, o sənədi alan və istifadə edən şəxs də cinayət məsuliyyəti daşıyır"

Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, vətəndaşın bu sənədi almaq üçün verdiyi rüşvət maddəyə tövsif edilə bilər: "Bu, istintaq hərəkətləri ilə əlaqəli məsələdir”.

Şöbə rəisinin sözlərinə görə, Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsinə əsasən, saxta sənəd hazırlamaq və istifadə etmək məsuliyyət yaradır: "Bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının digər sənədlərini satma 3 min manatdan 6 min manatadək cərimə və iki ilədək müddətdə islah işləri və ya iki ilədək müddətdə azadlıqdan mərhum etmə cəzası ilə cəzalandırılır. Bu məcəllənin göstərilən digər normasında vurğulanır ki, bu saxta sənədləri bilə-bilə istifadə etmək daha ağır cəzadır. Saxta COVID-19 pasportu alan vətəndaş bilir ki, onun bu sənədi saxtadır. Burada artıq ehtiyatsızlıq yox, qəsd var".

"Bu tədbirlərin geniş miqyasda davam etdirilməsi, vətəndaşlardan bu barədə daxil olan siqnalların yoxlanılması daxili işlər orqanları ilə birlikdə Baş Prokurorluq tərəfindən davam etdirilir. Bu əməlləri törədən şəxslərin hər biri barəsində Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qətimkan tədbirləri seçilir. Saxta COVID-19 pasportu istifadə edən şəxs digərlərini koronavirusa yoluxdurarsa və ölümünə səbəb olarsa, Cinayət Məcəlləsinin digər, yəni 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər", - o vurğulayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM işçi axtarır, maaş 2500-3700 manatdır

20

Oktyabr
12:57
ELM / TƏHSİL
400

Sabahın hava proqnozu

20

Oktyabr
12:32
ÖLKƏ
242

Azərbaycan nefti bahalaşır

20

Oktyabr
11:45
İQTİSADİYYAT
447

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
353

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
387
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2021 09:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru