Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2021
09:35
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib

Bakı şəhərində 2 gün ərzində davam edən güclü siklon və qeyri-sabit hava şəraitinin törətdiyi fəsadların tam aradan qaldırılması və genişmiqyaslı təmizlik işlərinin aparılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iyulun 31-də şəhərin bütün rayonlarında geniş daxili iməclik keçirilməsi qərara alınıb.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, daxili iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, zədələnmiş ağaclar budanacaq, digər təmizlik və dezinfeksiya işləri görüləcək.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini bu təmizlik işlərində fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-səhman yaradılmasında iştirak etməyə dəvət edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
267

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
273

Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18

Oktyabr
11:00
HÜQUQ,HADİSƏ
451

Neftin qiyməti artıb

18

Oktyabr
09:56
İQTİSADİYYAT
371

AMB-nin valyuta məzənnələri

18

Oktyabr
09:30
İQTİSADİYYAT
333
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 06:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru